Hacı Baba Qəzvini hicri 12-ci əsrin sonları və 13-cü əsrin əvvəllərində Yəzd yəhudiləri arasında böyük alimlərdən biri hesab olunurdu. O, müxtəlif dinlər və səmavi kitablar üzərində apardığı geniş mübahisələr, saysız-hesabsız araşdırmalar və həmçinin özü də həmin bölgənin görkəmli yəhudi alimlərindən olan möhtərəm atasının göstəriş və tövsiyələri nəticəsində İslam dinini qəbul etmək şərəfinə nail olmuşdur.
Atası Məhəmməd İsmayıl Cədidül-İslam müqəddəs İslam dinini qəbul etdikdən sonra yəhudilərlə olan əlaqələrini kəsməmiş, əksinə gecə-gündüz onlarla bir araya gələrək, yəhudilik və digər dinlər barəsində elmi mübahisələr aparmış və onları daim batil olan yəhudi dinini tərk edib, haqq din olan İslama tabe olmağa dəvət etmişdir. Bu hal sözügedən kitabın müəllifinin elmi şəxsiyyətinin formalaşmasında olduqca dəyərli təsirlər buraxmışdır.
Müəllif kitabının əvvəlində belə deyir:
“Bu yoxsulun atası Bəni-İsrail nəslindən idi və onların arasında fəzilət və nüfuz sahiblərindən sayılırdı. Həmin tayfanın bütün alimləri və ağıl sahibləri onun elminə və araşdırmalarına etiraf edir, onu zahidlik və təqva sifətləri ilə tanıyırdılar. O mərhum bütün ömrü boyu elm öyrənməklə, kitablar mütaliə etməklə, keçmiş peyğəmbərlərin adətlərinə və sonrakı alimlərin yoluna tabe olmaqla məşğul olmuşdur. Nəhayət, İlahi tovfiq ona nəsib olmuş və o, hənif dinin şərəfi ilə ucalaraq bu böyük nemət sayəsində öz tayfası və həmyaşıdları arasında seçilən şəxsə çevrilmişdir. Yəhudilər bu xəbəri eşitdikdə son dərəcə qorxuya düşmüş, böyük vahiməyə qapılmış, bu hadisəni öz din və millətlərinin zəifləməsinin səbəbi və özləri üçün nöqsan və qınaq mənbəyi hesab etmiş, çarə axtarmağa başlamış, düşüncə və heyrət içində diz çökərək hər tərəfdən ittiham və qınaqlar yağdırmışlar.
Bu möhtərəm şəxs onların hər birinə müxtəlif yollarla və fərqli cavablarla tutarlı şəkildə cavab verir, müxtəlif üsul və formalarda moizə və nəsihət qapılarını onların üzünə açır, dəlil, izah, sübut və bürhanlarla onları son İlahi Peyğəmbərə (s) tabe olmağa irşad və dəvət edirdi. O dövrdə bu yoxsul gənclik çağında idi və əksər vaxtlarda həmin möhtərəm şəxsin elmi bəhrələrindən faydalanır, eşitdiklərini qənimət bilib ayıq qəlbinə həkk edir və o inadkar camaatın qulaq asmamasına son dərəcə təəccüblənirdi.
O, fürsətlərdən tam şəkildə istifadə edərək müqəddəs İslam dininə dəvətlə məşğul olurdu və harada, kimlə və hansı şəkildə mümkün idisə, həmin səmavi dinin həqqaniyyət dəlillərindən söz açırdı. Nəhayət, iş elə bir mərhələyə çatdı ki, ümumi məclislər təşkil edir, alimləri, böyükləri və nüfuz sahiblərini bir yerə toplayır və onların huzurunda yəhudilərlə mübahisə və mücadiləyə girişir, həqiqəti lazımınca hamıya aşkar edir və iştirak edənlərin şahidliyini sənədlərdə qeydə alırdı ki, heç bir üsyankar üçün inkar yolu açıq qalmasın.
O, istibsardan (haqqa hidayətdən) sonra yəhudi dininə rəddiyyə mahiyyətli bir kitab qələmə almışdır ki, həmin əsər “Məhzərüş-şühud fi rəddil-yəhud” adlanır.”
Fev 25 2026
Hacı Baba Qəzvini Yəzdi.

By azari • Hidayət olanların hekayələri 0 • Tags: #hacı_baba_qəzvini_yəzdi, #hidayet #nur, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #istibsar #mustebsir #müstəbsir, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər