Təqva Libası!

Orucun əzəmət və gözəlliyi!
Bir gün Ramazan ayında oruc tutan iki gənc, kənarda gizlincə meyvə yeyib su içən bir qocanı görürlər. Özlərini haqlı və imanl; hesab edən gənclər ona yaxınlaşıb təkəbbürlü səslə deyirlər:

Ey Ağsaqqal! Məgər bilmirsən ki, Ramazandır? Niyə oruc tutmursan?
Qoca sakitcə başını qaldırıb onlara baxır və deyir:
Niyə oruc tutmuram? Mən qocayam və xəstəyəm. Allah Öz mərhəməti ilə mənə icazə verib ki, yemək yeyim və su içim ki, tamamilə taqətdən düşməyim. Amma mən oruc tuturam.
Gənclər istehzalı baxışlarla bir-birinə baxıb dedilər:
Necə yəni oruc tutursan? Axı yeyirsən və içirsən! Belə də oruc olar?
Qoca təbəssümlə cavab verir:
Mənim orucum başqalarını məsxərəyə qoymamaqdır, lağa qoymamaqdır, qeybət etməməkdir, böhtan atmamaqdır, söyüş söyməməkdir, heç kəsə — hətta ən kiçik bir əziyyət belə — verməməkdir. Mənim orucum budur. Bəs siz oruc tutursunuzmu?
Bu zaman gənclər başlarını aşağı salaraq, xəcalətli halda və asta səslə deyirlər:
Yəqin ki, yox… Biz sadəcə yemir və içmirik.

Hz Fatimeyi Zəhra (ə) buyurmuşdur:
«Əgər insan dili, qulağı, gözü və bədən üzvlərini qorumasaydı, oruc onun üçün nə ifadə edər?»
Biharül-ənvar, c. 93, s. 295