Ramazan ətirli Cüməniz Mübarək!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ. (التحریم، ۸)

“Ey iman gətirənlər! Allaha səmimi və ixlaslı bir şəkildə ilə tövbə edin. Ola bilsin ki, Rəbbiniz sizin pis əməllərinizi bağışlasın və sizi altından çaylar axan Cənnətlərə daxil etsin. O gün Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri rüsvay etməz. Onların nuru önlərində və sağ tərəflərində hərəkət edər. Onlar deyərlər:
‘Ey Rəbbimiz! Nurumuzu bizim üçün kamil et və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!’”
(Təhrim surəsi, ayə 8, Nümunə Təəfsirinə əsasən izahı).

Bu ayə, həqiqətdə, Cəhənnəm odundan nicat yolunu göstərir və buyurur:
«Ey iman gətirənlər! Allaha tərəf tövbə edin — xalis, səmimi bir tövbə ilə!»
(Ya əyyuhəlləzinə amənu tubu iləl-lahi tövbətən nəsuhə).
Bəli! Nicatın birinci addımı günahdan tövbə etməkdir — hər baxımdan xalis olan bir tövbə; hərəkətverici səbəbi Allahın əmri olan bir tövbə.
Əziz İslam Peyğəmbərindən (salləllahu əleyhi və alih) nəql olunan bir hədisdə oxuyuruq ki, Məaz ibn Cəbəl “tövbeyi-nəsuh” haqqında sual verdikdə, Həzrət buyurdu:
«O, elə bir tövbədir ki, tövbə edən şəxs heç bir halda günaha qayıtmasın — necə ki, süd heç vaxt yenidən sinəyə qayıtmır!»
Bu incə ifadə bu həqiqəti göstərir ki, tövbeyi-nəsuh insanın daxilində elə bir inqilab yaradır ki, keçmişə dönüş yolunu tamamilə bağlayır, necə ki, südün yenidən sinəyə qayıtması qeyri-mümkündür. Sonra tövbeyi-nəsuhun təsirlərinə işarə edərək əlavə edir:
«Ümid olunur ki, Rəbbiniz bu əməl ilə sizin günahlarınızı bağışlasın» (əsə rabbukum ən yukəffirə ankum səyyiətikum).
«Və sizi altından çaylar axan Cənnət bağlarına daxil etsin» (və yudxiləkum cənnətin təcri min təhtihəl-ənhər).
Bu hadisə «elə bir gündə olacaq ki, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri rüsvay etməz» (yəvmə lə yuxzillahu ən-nəbiyyə vəlləzinə amənu məəh).
«Bu zaman onların nuru (iman və saleh əməl nuru) önlərindən və sağ tərəflərindən hərəkət edəcək», məhşər səhnəsini işıqlandıracaq və onların Cənnətə doğru yolunu açacaq: (nuruhum yəsə bəynə əydihim və bi-əymənihim).
Elə bu məqamda onlar Allah dərgahına yönələrək deyəcəklər: «Ey Rəbbimiz! Nurumuzu bizim üçün kamil et və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!» (yəqulunə rabbənə ətmim lənə nurənə vəğfir lənə innəkə alə kulli şey’in qadir).

Təfsiri Nümunə, cild 5, səhifə 227