Proqramçı, kompyuter proqramları.
Sual: Mən proqramçıyam. Bir şirkətdən mənə iş təklifi gəlib və mən orada qumar oyunlarının məlumatları (məsələn, kim nə qədər xərcləyir, hansı şirkət bu sahədə populyardır və s.) ilə işləməliyəm.
Bir başa qumar saytı və ya proqramı hazırlamayacağam, yalnız qeyd etdiyim məlumatlarla işləyəcəyəm. Bu işin hökmünü bilmək istəyirəm. Mən orada işləyə bilərəm?
Cavab: Suala əsasən, bu iş fisq və günaha köməklik etmək olduğuna görə, onu görməyə icazə verilmir.
Sual: Bir şəxs proqramçıdır və peşəsi üzrə banklarla da işləyir. Bankların işinin daha da asanlaşması üçün müəyyən proqramlar hazırlayaraq onlara kömək edir və bu yolla qazanc əldə edir. Yəni bu şəxsin yazdığı proqramlara bütün bank baxır – şöbələr, idarə heyəti və s. hamısı baxır və proqrama əsasən qərarlar verir. Yəni bu şəxs öz işi ilə bankın işinin tezləşməsinə kömək olur və bank daha yaxşı işləyib pul qazanır. Bu şəxsin bankla işləməsinin (belə ki, bank insanlara kredit verib, faizlə insanlardan artıq pul alır) şəri baxımdan hökmü nədir? Belə olan halda bu şəxs bankla işləyə, onların işinin asanlaşması və tezləşməsi üçün onlara kömək edə bilərmi? Yəni bu işə şəriət icazə verirmi?
Cavab: Əgər şəri baxımdan haram olan müqavilələr və sövdələşmələr ilə əsla əlaqəsi olmazsa, iradı yoxdur.
Sual: Pul ilə alınan bir proqram var. Mən və dostum bu proqramı almaq istəyirik. Məsələn, proqram 20 manatdırsa, mən 10 manat, dostum da 10 manat verib bu proqramı alırıq və bu zaman bir proqramı iki nəfər işlədir. Belə etməyin iradı vardırmı?
Cavab: Bu məsələ sizin ilə proqram sahibi arasında əldə edilən razılığa bağlıdır. Əgər alğı-satqı zamanı proqram sahibi bu barədə xüsusi bir şərt qoymayıbsa, sualda qeyd edilən işin iradı yoxdur.
Sual: Mən video paylaşım platformasında olan hesabımı sataraq qarşılığında pul aldım. Bildiyimə görə lisenziyasız, yəni original olmayan proqramdan istifadə edərək qazanılan pul haramdır. Mən bu video paylaşım platformasında lisenziyasız (original olmayan) proqramdan istifadə edib-etmədiyimi xatırlamıram və o zaman bunun haram olduğunu da bilmirdim. Bu halda qazandığım pulun hökmü nədir?
Cavab: Əgər satılan platformanın haram videogörüntülərin paylaşımı ilə əlaqəsi yoxdursa, onu satmağın və bu yolla gəlir əldə etməyin öz-özlüyündə maneəsi yoxdur.
Dek 16 2025
Proqramçı, kompyuter proqramları – Şəriət Hökmləri.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #fiqh #əhkam #şəri_hökm #ayətullah_xameneyi #ayətullah_sistani #şəri_məsələ, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt