Dek
3
2025
imam-hadi-dinikitab.com_

Allah tərəfindən təyin edilmiş məsum İmamların onuncusu İmam Əliyyən-Nəqi-(Hadi)-dir (ə).
İmam Hadi (ə), hicri 220-ci ildə Mötəsim dövründə imamət məqamına oturdu. İmam Hadi (ə) altı Abbasi xəlifəsi dövründə yaşamışdır. Bunlardan xəlifə Mütəvəkkilin dövrü, İmam Hüseynin (ə) qəbrinin və ətrafındakı evlərin dağıdılmasını əmr edən qatı Əhli-Beyt (ə) düşməni idi. O, özündən sonra oğullarını yerinə vəliəhd təyin etmişdi.
Xəlifə Mütəvəkkil, İmam Hadini (ə) Mədinədən gətizdirərək Samirrada həbs etdirdi. Belə ki, 244-cü ildə, yəni taxta çıxışından iki il sonra Yəhya ibn Hərsəməyə Mədinəyə getməsini və İmam Hadini (ə) Samirraya gətirməsini əmrini verdi.
Yəhya Mədinədə yaşananları belə təsvir edir:
“Mədinəyə getdim. Şəhərə girəndə böyük bir həyacan yaşandı. İnsanların qışqırıq və fəryad səsləri yüksəlməyə başladı. İmam Hadi (ə) insanlara həmişə yaxşılıq edirdi. Dünya malına zərrə qədər belə meyli yox idi. Xalqı sakitləşdirməyə çalışdı. Ona bir pislik etmək əmri almadığımıza dair and içdim. Ondan sonra evində axtarış etdim. Evdə Müshəflərdən, dualardan və elmi kitablardan başqa bir şey tapa bilmədim. İmam (ə) gözümdə xeyli böyümüşdü”.
By azari •
Şiə kitabxanası
• Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #imam_həsən_əskəri #imam_məhdi #imam_hadi #imamət #vilayət #quran #hədis #ayə #surə, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt
Dek 3 2025
14 Məsumun (ə) həyatı – İmam Hadi (ə).
imam-hadi-dinikitab.com_
Allah tərəfindən təyin edilmiş məsum İmamların onuncusu İmam Əliyyən-Nəqi-(Hadi)-dir (ə).
İmam Hadi (ə), hicri 220-ci ildə Mötəsim dövründə imamət məqamına oturdu. İmam Hadi (ə) altı Abbasi xəlifəsi dövründə yaşamışdır. Bunlardan xəlifə Mütəvəkkilin dövrü, İmam Hüseynin (ə) qəbrinin və ətrafındakı evlərin dağıdılmasını əmr edən qatı Əhli-Beyt (ə) düşməni idi. O, özündən sonra oğullarını yerinə vəliəhd təyin etmişdi.
Xəlifə Mütəvəkkil, İmam Hadini (ə) Mədinədən gətizdirərək Samirrada həbs etdirdi. Belə ki, 244-cü ildə, yəni taxta çıxışından iki il sonra Yəhya ibn Hərsəməyə Mədinəyə getməsini və İmam Hadini (ə) Samirraya gətirməsini əmrini verdi.
Yəhya Mədinədə yaşananları belə təsvir edir:
“Mədinəyə getdim. Şəhərə girəndə böyük bir həyacan yaşandı. İnsanların qışqırıq və fəryad səsləri yüksəlməyə başladı. İmam Hadi (ə) insanlara həmişə yaxşılıq edirdi. Dünya malına zərrə qədər belə meyli yox idi. Xalqı sakitləşdirməyə çalışdı. Ona bir pislik etmək əmri almadığımıza dair and içdim. Ondan sonra evində axtarış etdim. Evdə Müshəflərdən, dualardan və elmi kitablardan başqa bir şey tapa bilmədim. İmam (ə) gözümdə xeyli böyümüşdü”.
By azari • Şiə kitabxanası 0 • Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #imam_həsən_əskəri #imam_məhdi #imam_hadi #imamət #vilayət #quran #hədis #ayə #surə, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt