Tibb işçisi.
Sual: Ölkəmizdə dərman şirkətləri xəstəxana həkimlərinə deyirlər ki, xəstələrinizə şirkətin dərmanını yazsanız, dərman satışından əldə edilən gəlirin müəyyən faizi sizə ödəniləcək.
Bizim ölkədə bu iş cəmiyyətin nəzmi və idarə olunması üçün qəbul olunan qanunlara zidd deyil. Sualım budur ki, bu gəlir şəri baxımdan halaldır, yoxsa haramdır? Həkimin bu yolla pul qazanması şəri baxımdan icazəlidirmi?
Cavab: Əgər cəmiyyətin nəzmi və idarə olunması üçün qəbul olunan qanunlara zidd olmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.
Təmir işi.
Sual: Usta dostumuz var, təmir işi ilə məşğuldur. Ona bir soyuducunun təmirini sifariş ediblər. Amma usta görüb ki, bu soyuducuda süd məhsulları ilə yanaşı, alkoqollu içkilər də saxlanılır. Suallarım bunlardır:
1) Əsas təyinatı ərzaq saxlamaq olan, amma bir hissəsində haram içki və ya ərzaq saxlanılan mağaza soyuducularını təmir etmək icazəlidirmi?
2) Ev soyuducuları ilə bağlı hökm necədir? Qarışıq ərzaq saxlanılan və qeyri-möminlərə aid olan soyuducuları təmir etmək olarmı?
3) Müxtəlif verilişlərə, o cümlədən ğina və haram kinolara baxan insanların televizorlarını təmir etmək icazəlidirmi?
4) Usta rüşvətxor məmurlardan zəhməthaqqı ala bilərmi?
Cavab: 1-3) Halal istifadələr niyyətilə onları təmir etməyin maneəsi yoxdur.
4) Əgər usta ona verilən pulun haram olduğunu bilmirsə, bu pulu almasının maneəsi yoxdur.
Ayətullah Xameneinin (h) nəzərinə əsasən.
Dek 3 2025
Tibb işçisi – Şəriət hökmləri.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #fiqh #əhkam #şəri_hökm #ayətullah_xameneyi #ayətullah_sistani #şəri_məsələ, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər