Hər bir şəxs ölümü dadacaqdır!

Bismilləhir Rahmənir Rahim!

ُکلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ (الانبیا، ۳۵)

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Və sizi yoxlamaq məqsədilə şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) Bizim hüzurumuza qaytarılacaqsınız!
(Ənbiya surəsi, ayə 35)

Ayənin təfsiri:

Sonra ölümün ümumi qanunu bütün şəxslər barəsində, istisnasız olaraq belə bəyan edilir: «Hər bir insan ölümü dadacaqdır» (كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ).

Ümumi ölüm qanunu zikr edildikdən sonra bu sual ortaya çıxır: bu fani həyatın məqsədi nədir və faydası nədən ibarətdir?

Quran bu sözün ardınca buyurur: «Biz sizi şər və xeyirlə imtahan edirik və sonda Bizə qaytarılacaqsınız» (وَ نَبْلُوكُمْ بِالشَّرِّ وَ الْخَيْرِ فِتْنَةً وَ إِلَيْنا تُرْجَعُونَ).

Şübhəsiz ki, müsibətlər vasitəsilə olan imtahan daha çətindir.

Sizin əsas məskəniniz bu dünya deyil, başqa yerdir. Siz yalnız imtahan vermək üçün buraya gəlirsiniz və imtahan bitdikdən, lazım olan kamala çatdıqdan sonra əsas məskəniniz olan axirət yurduna dönəcəksiniz.
(Nümunə Təfsiri, cild 3, səh. 168)