Sual: Mən hicablıyam və tibb bacısı işləyirəm. Gün ərzində xəstələrlə təmasda oluram və onlardan qan analizi götürürəm.
Adətən, əlim onların qoluna dəyir, amma əlimdə əlcək olur. Bacardığım və mümkün olan qədər xəstələrə az toxunmağa çalışıram. Bu kimi hallarda naməhrəmə toxunmağım günahdırmı?
Cavab: Əgər xəstələrlə eynicinsli tibb işçisi yoxdursa və zərurət olarsa, bunun maneəsi yoxdur. Amma mümkün olduğu qədər əlcəkdən istifadə edin!
Sual: Mən özəl klinikada işləyirəm və cərrahiyyə zamanı xəstələrə narkoz verirəm. Bəzən *abort* etdirən qadınlara da narkoz verməli oluram. Mənim abort zamanı narkoz verməyim haram işdirmi? Bu işə görə mənə də günah yazılırmı?
Cavab: Əgər ürfə görə (camaatın nəzərində) günaha kömək etmək sayılırsa, icazə verilmir!
Sual: Mən Almaniyada yaşayıram. Hicablı xanımam. Tibb sahəsində təhsil almaq və tibb bacısı və ya fizioterapevt olmaq istəyirəm. Amma hər iki işdə naməhrəmə toxunmaq vəziyyəti yaranır. Ümumiyyətlə, burada seçim etmək (məsələn, kişilər üzərində deyil, yalnız qadınlar üzərində öyrənmək və işləmək kimi seçim etmək) imkanı yoxdur. İslam dininin bu haqda hökmünü bilmək istəyirəm.
Cavab: Əgər tibb elmini və xəstəliklərin müalicə yollarını öyrənmək öz-özlüyündə haram olan müayinələrin aparılmasına bağlı olarsa, bu halda müayinələrin və təmasların iradı, eybi yoxdur. Amma bu şərtlə ki, tələbə gələcəkdə insanların həyatını xilas etmək bacarığının bu yolla əldə edilən bilik və təcrübələrə bağlı olduğuna əmin olmalıdır. Həmçinin əmin olmalıdır ki, gələcəkdə xəstələr ona müraciət edəcək və o da xəstələrin həyatını qurtarmaq vəzifəsini daşıyacaqdır.
Ayətullah Xameneinin (h) nəzərinə əsasən.
Dek 2 2025
Tibb işçisi -Şəriət hökmləri.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #fiqh #əhkam #şəri_hökm #ayətullah_xameneyi #ayətullah_sistani #şəri_məsələ, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər