Ağlı şəhvətinə qələbə çalan şəxs mələklərdən üstündür!

قال النبی(ص): ان الله تعالی خلق الملائکه و رکب فیهم العقل، و خلق البهائم و رکب فیهم الشهوه ، و خلق بنی آدم و رکب فیهم العقل و الشهوه ، فمن غلب عقله شهوته فهو اعلی من الملائکه، و من غلب شهوته عقله فهو ادنی من البهائم.
بحارالانوار، ج ۷۵, ص ۲۹۲.

Hz Peyğəmbərimiz (s) buyurur:
“Həqiqətən, Allah təala mələkləri yaradanda onlara ağıl verdi. Heyvanları yaradanda onlara şəhvət (ehtiras) verdi. Adəm övladını (insanı) yaradanda isə ona həm ağıl, həm də şəhvət verdi.
Elə isə, ağlı şəhvətinə qələbə çalan şəxs mələklərdən üstün olar. Şəhvəti ağlına qələbə çalan şəxs isə heyvanlardan da alçaq olar”.
(Biharul ənvar, cild 75, səh-292)