Şəriət hökmləri.

Sual: Qəssablıq etmək və un satmaq məkruh (bəyənilməyən) əməldirmi?


Cavab: Heyvan kəsməyi və un satmağı peşə etmək məkruhdur.

Sual: Mənim bir itim var, onu satmaq istəyirəm. Ümumiyyətlə, it, dovşan, yaxud əti haram olan və ya nəcasət sayılan heyvanı satmağın hökmü nədir?

Cavab: İt və donuz istisna olmaqla, digər əti haram sayılan heyvanları satıb-almağın maneəsi yoxdur.
Əlbəttə ki, keşikçi it, çoban iti və ov itini də alıb-satmağın maneəsi yoxdur. Bundan qeyri məqsədlər üçün isə it alverinə icazə verilmir!

Ayətullah Xameneinin (h) nəzərinə əsasən.