Noy
20
2025
imam-seccad-dinikitab.com_

İmam Əli ibn Hüseyn – İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu xanım idi.
İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Hz Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə yaşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra xəbis Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Muhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərlənərək, şəhadətə qovuşmuşdur. O həzrət bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.
By azari •
Şiə kitabxanası
• Tags: #14məsumun_həyatı #imam_səccad #məsum #imam, #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər
Noy 20 2025
14 Məsumun (ə) həyatı – İmam Səccad (ə).
imam-seccad-dinikitab.com_
İmam Əli ibn Hüseyn – İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu xanım idi.
İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Hz Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə yaşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra xəbis Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Muhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərlənərək, şəhadətə qovuşmuşdur. O həzrət bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.
By azari • Şiə kitabxanası 0 • Tags: #14məsumun_həyatı #imam_səccad #məsum #imam, #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər