*وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا*
“EY RƏBBİM! QÖVMÜM BU QURANI TƏRK ETDİ!”
*Quran, Furqan 25;30*
Ayənin təfsiri..
Sözügedən ayədə isə İslam Peyğəmbərinin (s) narahatlığı və Allah dərgahına həmin dəstənin Quranla davranışından şikayəti nəql edilib. Buyurur: “Peyğəmbər dedi: *“Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”*
Hz Peyğəmbərin (s) bu söz və şikayəti bu gün də aktualdır və o, müsəlmanların böyük hissəsindən və onların Quranı – həyat rəmzi, qurtuluş vasitəsi, zəfər, hərəkət və tərəqqi amili, həyat proqramları məcmuəsi olan bu ilahi kitabı tərk etmələrindən Allah dərgahına bu gün də şikayətçidir. Onlar Quranı kənara qoyub, hətta mülki və cəza qanunları üçün də başqalarına üz tutublar.
Əgər biz müsəlman ölkələrinin əksəriyyətinə, xüsusilə qərb və şərq mədəniyyətinin hökmranlığı altında olan ölkələrə nəzər salsaq, Quranın onların arasında ritual və rəsmiyyət xarakterli bir kitab şəklinə düşdüyünü və onun kəlamlarının ancaq göstəriş xatirinə səsucaldıcı vasitələrdən yayımlandığını görərik. Onun yeri incəsənət əsəri kimi məscidlərin mozaikasındadır, ondan yeni evin açılışında, səfərdə olan şəxsin qorunması, xəstələrin sağalması, ən çoxu savab qazanmaq məqsədi ilə oxunur.
Hətta bəzən Qurandan dəlil gətirərkən sapdırıcı “şəxsi nəzərə əsaslanan təfsir” metodundan istifadə edərək ayələrin köməyi ilə özlərinin əvvəlcədən yürütdükləri fikir və siyasətləri isbat edirlər.
Bəzi müsəlman ölkələrində “Quran əzbərləmək kursları” adı altında böyük məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə çoxsaylı oğlan və qız uşaqları Quran əzbərləməklə məşğuldurlar. Lakin onların düşüncələri bəzən şərqdən, bəzən də qərbdən qaynaqlanır və onlar öz qanunlarını İslama yad mənbələrdən götürürlər. Quran yalnız onların yanlış işlərini örtən vasitədir.
Peyğəmbər (s) elə bu gün də uca səslə *”Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi”*, – deyib fəryad edir.
Quran məna və məzmun baxımından tərk edilib, düşüncə və təfəkkür baxımından kənara qoyulub, qurucu proqramları baxımından istifadəsiz qalmışdır.
Nümunə Təfsiri.
Noy 19 2025
Quran, Furqan surəsi, ayə 30-un Nümunə Təfsiri əsasında izahı.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #tövhid #şirk #allah