Hər gün bir Şəri (dini) məsələ/hökm öyrənək.

Kitab əhli ilə (xristian və yəhudilərlə) evlilik.

Sual: Kitab əhli ilə evlənməyə icazə verilirmi?
Cavab: Müsəlman qadınlara xristian və yəhudilərə ərə getmək qadağandır, icazəli deyil.
Müsəlman kişilərə isə kitab əhli qadınlarla yalnız müvəqqəti nikah bağlamağa icazə verilir.

Kitab əhli (xristian və yəhudi) ilə evlənməyin qadağan olunmasının səbəbi.

Sual: Niyə İslam müsəlman kişilərə xristianlarla evlənməyə icazə verir, amma müsəlman qadınlara xristian və yəhudi dininin ardıcılları ilə evlənməyə icazə vermir?

Cavab: Müsəlman qadınlara xristianlarla, həmçinin digər kitab əhli ilə evlənmək qadağandır, caiz deyil. Çünki ailə həyatında əksər hallarda qadın kişinin təsiri altında olur, onun düşüncələri və inanclarının təsiri ilə yaşayır. Bu səbəbdən evli qadın çox vaxt ərinin düşündüyü kimi düşünməyə, onun kimi davranmağa başlayır. Əgər müsəlman qadın bir xristianla evlənsə, onun təsiri altına düşməsi və həqiqi imanının əldən verməsi ehtimalı böyükdür. Buna görə də şəriət, dinimiz müsəlman qadınların xristianlarla evlənməsinə icazə vermir!