14 Məsumun (ə) həyatı – Hz Fatimə (s).

həzrəti-fatimə-dinikitab.com_

İnsanın vücudunun ilk təməli onun nütfəsinin bağlandıqda atılır, çünki, insanın vücudunun dəyərlərinin ən əhəmiyyətli hissəsini özündə saxlayan məhz nütfədir.

Məhz bu səbəbdən İslam qaynaqlarındakı hədislərdə bu özülü düz qoymaqla əlaqədar çoxsaylı göstərişlər vardır. İslam Peyğəmbərinin (s) sevimli qızı Fatimeyi Zəhranın (əleyhəs-salam) həyatına nəzər saldıqda görürük ki, o, bu baxımdan müstəsna məqama malikdir. Bu məqam kişi və ya qadın olmasından asılı olmayaraq dünyanın böyük şəxsiyyətlərinin tarixində misilsizdir. Yaxşı olar ki, bu sözü Peyğəmbərin (salləllahu əleyhi və alih) öz dilindən eşidək:
İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (salləllahu əleyhi və alih) Fatiməni çox öpərdi. Bir gün Ayişə dedi:
− Siz Fatiməni niyə çox öpürsünüz?
Allah rəsulu (salləllahu əleyhi və alih) belə cavab verdi:
− (Bunun səbəbi var.) Meraca getdiyim gecə Cəbrail məni Cənnətə apardı və bütün Cənnət meyvələrindən mənə verdi. O meyvələrin cövhərindən (suyundan) Fatimənin nütfəsi Xədicənin bətnində bağlandı.