Bismilləhir Rahmənir Rahim!
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ (۱۱), أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ (۱۲), وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ (۱۳)، وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ (۱۴), اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ (البقره، ۱۵).
Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz yalnız xeyirxahlıq edənlərik!”– deyirlər (11),
Bilin ki, onlar əsl fəsad törədəndirlər, lakin (bunu) anlamırlar (12), Onlara: “(Bu )insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Agah olun ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər (13), Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər (14), Allah da onları istehza edir və onları azğınlıqlarında sərgərdan, çaşqın bir halda buraxır.
(Bəqərə surəsi, ayə 11, 12, 13, 14 və 15).
15-ci ayənin təfsirində Əllamə Təbabəti belə yazır:
“Allah da onlarla istehza edir” ifadəsi metaforikdir. Əllamə izah edir ki, Allahın istehzası onların öz hiylələrinin nəticəsinə düçar olmalarıdır. Yəni, onlar möminləri aldatmaq istədikdə, əslində özlərini aldatmış olurlar.
İstehza – qarşılıqlı cavabdır. Münafiqlər möminlərlə istehza etdiklərinə görə, Allah da onları bu davranışlarının nəticəsi ilə cəzalandırır!
“Sərgərdanlıq və çaşqınlıqda buraxmaq” – Əllamə bu ifadəni onların qəlblərinin haqqı tanımamasına və daim şübhə içində olmalarına işarə kimi şərh edir. Onlar öz azğınlıqlarında irəliləyirlər, lakin bu irəliləyiş onları hidayətə deyil, daha da uzaqlaşmağa, azğınlığa aparır.
Əllamə bu ayəni digər ayələrlə əlaqələndirərək Qurani-Kərimin özünü təfsir etmə prinsipinə əsaslanır. Məsələn, “Allah onların qəlblərini möhürlədi” kimi ayələrlə paralel aparır.
Bu ayə münafiqlərin daxili vəziyyətini və Allahın onlara verdiyi cavabı təsvir edir. Əllamə Təbatəbai bu ayəni həm məntiqi, həm də əxlaqi baxımdan təhlil edərək, münafiqlərin öz seçimlərinin nəticəsinə düçar olduqlarını vurğulayır.
Noy 8 2025
Quran, Bəqərə surəsi, ayə 11, 12, 13, 14 və 15.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #bəqərə #nur, #əllamə_təbatəbai #təfsir #əlmizan_təfsiri #quran_təfsiri #mufəssir, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #surə #ayə #rəd_surəsi #allah #zikr