Hz. Zeynəb binti Əli (ə) hicrətin 5-ci ilində cəmadiul əvvəl ayının 5-də Mədinədə dünyaya gəlmişdir. Kərbəla hadisəsində misilsiz qəhrəmanlıq göstərmiş, 56 yaşında ikən Dəməşqdə vəfat etmişdir. İslam dünyasında O həzrət (s) fədakarlıq, elm və iffət nümunəsidir.
Hz. Zeynəbin (ə) həyatı.
Qeyd etdiyimiz kimi, O həzrət (ə) hicrətin 5-ci ilində (miladi 626) Mədinədə dünyaya gəlmişdir. Atası İmam Əli (ə), anası Hz. Fatimeyi-Zəhra (ə), babası Hz. Məhəmməd Peyğəmbər (s) idi. Rəvayətlərə əsasən adını da Peyğəmbər (s) özü qoymuşdur.
Hicrətin 17-ci ilində əmisi oğlu Abdullah ibn Cəfər ilə evlənmişdir. Bu evlilikdən Muhəmməd, Əvn, Əli və Ummu Gülsüm adlı övladları olmuşdur. Muhəmməd və Əvn Kərbəla hadisəsində şəhid olmuşlar.
Hz. Zeynəb (ə) Aşura günü İmam Hüseynin (ə) yanında olmuş, şəhidlərə yardım etmiş, sonra isə Kufə və Şamda əsirlik dövründə mükəmməl nitqləri ilə Yezid və yandaşlarını xar və cinayətlərini ifşa etmişdir. Onun Kufə və Dəməşqdəki xütbələri Şiə tarixində mühüm və misilsiz yer tutur.
Şiə mənbələrində Hz. Zeynəb (ə) alimə, arifə, mühəddisə kimi tanınır. O, İmam Hüseynin (ə) və İmam Zeynülabidinin (ə) yanında dini və ictimai məsələlərdə fəal olmuşdur.
O həzrət (s) miladi 682-ci ildə, 56 yaşında Suriyanın Dəməşq şəhərində vəfat etmişdir. Məqbərəsi bu gün də ziyarətgahdır.
Hz. Zeynəbin (ə) həyatı Şiə dünyasında iffət, cəsarət və iman simvolu kimi qəbul edilir. Onun Kərbəladakı rolu və sonrakı xütbələri İslam tarixində qadınların ictimai və dini rolu baxımından örnək sayılır.
Okt 27 2025
Hz Zeynəbi Kübranın (ə) mövludu münasibətilə təbrik edirik!

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #hz_zeyneb #zeynebi_kubra, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #siyaset_ve_din #siyaset_ve_islam