Mehyar Deyləmi.

Məhyar ibn Mərzuyə Deyləmi (Zərdüştilikdən İslama keçmiş, dövrünün məşhur şairlərindən idi).
Əbulhəsən Mehyar ibn Mərzuyə Deyləmi — Bağdadın böyük şairlərindən biri olmuşdur.
Tarixçi və bioqraf İbn Xəlkanın şəhadətinə görə, o, öz dövrünün ən üstün şairlərindən hesab edilirdi.

Mehyar Ənuşirəvanın nəslindən olmuşdur. O, hicri-qəməri təqvimi ilə 394-cü ildə, müəllimi Seyyid Rəzinin — Nəhcül-Bəlağənin toplayıcısı — vasitəsi ilə zərdüştilikdən İslama, daha sonra isə Şiəliyə keçmişdir.
Onun ən qiymətli əsəri “Divan-i Mehyar”dır. Bu divan dörd cilddə tərtib edilmiş və müxtəlif dövrlərdə dəfələrlə nəşr olunmuşdur.
Mehyar ibn Mərzuyə hicri-qəməri təqvimi ilə 428-ci ildə Bağdadda vəfat etmişdir.

📚 Mənbələr:
Fehres ət-Təras
Seyyid Muhəmməd Hüseyn Hüseyni Cəlali,
Təhqiq: Seyyid Muhəmməd Cavad Hüseyni Cəlali,
Qum, “Dəlil Ma” nəşriyyatı, 1-ci nəşr, 2001 ci il,
cild 1, səh. 492
Muʿcəmül-müəllifin, Ömər Rıza Kəhalə, Beyrut, “Məktəbətül-Musənna” və “Dar İhya ət-Təras əl-Ərəbi”,
cild 13, səh. 32.

Mənbə: “Rah Rasti” saytı.