Afrika qitəsində yerləşən Komor adalarından olan dəyərli müstəbsir Şeyx Muhəmmud Abdullah İbrahim ilə müsahibə:
İndiyədək adi bir vəhhabi və ya xristianın Şiə olması ilə bağlı çoxlu xəbərlər eşitmişik, lakin vəhhabi təbliğatçı, elm əhlindən olub sonradan Şiə olan şəxslərlə daha az rastlaşmışıq. Bir milyon əhalisi olan Komor ölkəsindən olan Şeyx Muhəmmud İbrahim bu şəxslərdən biridir.
O, Mədinədə təhsil aldıqdan sonra öz ölkəsinə qayıdaraq vəhhabilik təbliği ilə məşğul olmuş və vəhhabilik müdafiəsinə dair çıxışları hələ də mövcuddur. Aşağıda “Hövzə” xəbər agentliyi müxbirinin [1] bu müstəbsirlə müsahibəsini təqdim edirik:
Zəhmət olmasa fəaliyyətləriniz və keçmişiniz barədə bir qədər danışın.
Mən Komor ölkəsindən olan Şeyx Muhəmmud Abdullah İbrahiməm. Yetmişinci illərdə əvvəlcə Mədinəyi-Münəvvərədə təhsil almağa başladım. Daha sonra Küveytə, ordan da Misirə getdim və sonra vətənimə qayıtdım. Şiə olduqdan sonra isə qısa müddətli bir dövr üçün İrana gəldim.
Necə oldu ki, sünni məzhəbindən şiəliyə keçdiniz?
Mən sünni yox, vəhhabi idim! Vəhhabi ilə sünni arasında fərq var. Səksəninci illərə qədər və Küveytə gedənədək vəhhabi idim. Sonra ölkəmə qayıtdıqdan sonra da hələ vəhhabi olaraq qalırdım. Hətta o dövrdə etdiyim və bəzi məsələlərə, məsələn, təvəssülə qarşı çıxdığım çıxışlar mövcuddur. Daha sonra Şiələr barədə bəzi məsələlər eşitdiyim üçün həqiqəti axtarmağa başladım və bu araşdırmalar zamanı həqiqətə çatdım.
Şiəlikdə nə gördünüz ki, Şiə oldunuz?
Həqiqəti tapdım. Belə bir hədis var ki, yalnız o mənim üçün kifayət idi. Hz Peyğəmbər (ə) bir hədisdə buyurmuşdur:
«حدثنا عبد اللَّهِ حدثني أبي ثنا بن نُمَيرٍ ثنا عبد الْمَلِكِ بن أبي سُلَيمَانَ عن عَطِيةَ العوفي عن أبي سَعِيدٍ الخدري قال قال رسول اللَّهِ صلى الله عليه وسلم اني قد تَرَكْتُ فِيكُمْ ما ان أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا بعدي الثَّقَلَينِ أَحَدُهُمَا أَكْبَرُ مِنَ الآخَرِ كِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إلى الأَرْضِ وعترتي أَهْلُ بيتي الا وانهما لَنْ يفْتَرِقَا حتى يرِدَا عَلَىَّ الْحَوْضَ.» [2]
Əbu Səid Xudridən nəqlən Rəsulullah (s) buyurdu: “Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram ki, əgər onlara sarılsanız, məndən sonra heç vaxt azmazsınız. Onlardan biri digərindən böyükdür: Allahın Kitabı – göydən yerə uzanan bir ipdir – və mənim itrətim, Əhli-beytimdir. Bu ikisi hovuzun (Kövsər) başında mənim yanıma gələnədək heç vaxt bir-birindən ayrılmaz.”
“Lən” kəlməsi əbədilik bildirir və gələcəyə aiddir. Mən azğın olmaq istəmirdim, buna görə də Əhli-beytin (ə) davamçısı oldum.
Bu barədə başqa hədis də varmı?
Bu mövzuda hədis çoxdur. Digər məşhur və səhih bir hədisdə Peyğəmbər (s) buyurmuşdur:
«مَثَلُ أهلِ بَيتي مَثَلُ سَفينَةِ نُوحٍ؛ مَن رَكِبَها نَجا و مَن تَخَلّفَ عَنها غَرِقَ» [3]
“Əhli-beytimin (ə) sizin aranızdakı misalı Nuhun gəmisi kimidir, kim ona minsə nicat tapar, kim ondan uzaqlaşsa, həlak olar.”
Mən batmaq istəmirəm, nicat tapmaq istəyirəm, buna görə də Şiə oldum. Buxaridə gəlmişdir ki, Peyğəmbər (s) buyurmuşdur:
«حدثني محمد بن الْمُثَنَّى حدثنا غُنْدَرٌ حدثنا شُعْبَةُ عن عبد الْمَلِكِ سمعت جَابِرَ بن سَمُرَةَ قال سمعت النبي صلى الله عليه وسلم يقول يَكُونُ اثْنَا عَشَرَ أَمِيرًا فقال كَلِمَةً لم أَسْمَعْهَا فقال أبي إنه قال كلهم من قُرَيْشٍ» [4]
“Gələcəkdə on iki əmir olacaq.” Sonra bir söz buyurdu ki, mən eşitmədim. Atamdan soruşdum, dedi: Peyğəmbər (s) buyurdu: “Onların hamısı Qüreyşdəndir.”
Peyğəmbərin (s) bir hədis buyurub ki, onu açıqlamamaq mümkün deyil. Və mümkün deyil ki, Peyğəmbər bu hədisi səhabələrə desin və səhabələrdən heç biri ondan bu xəlifələrin kim olduğunu soruşmasın! Hər iki ehtimal qeyri-mümkündür. Demək ki, Peyğəmbər (s) “məndən sonra on iki xəlifə olacaq” buyursun, lakin onları müəyyən etməsin – bu, Peyğəmbəri (s) məsxərəyə qoymaqdır. Bütün bu hədislər məni Şiəliyə yönəltdi.
Ölkənizdə müsəlmanların sayı nə qədərdir?
Deyə bilərəm ki, əhalinin 99 faizi müsəlmandır. Lakin iyirmi ildən bəri ölkəmizdə təbliğatçı xristian hərəkatları başlamışdır ki, insanları xristianlığa dəvət edirlər və təəssüf ki, bəziləri onlara qoşulmuşdur.
Onlar xristianlıqda nə görüblər ki, meyl ediblər?
Yaxşı imtiyazlar verirlər. Məsələn, Fransaya viza almaq daha asan olur və onlara maddi imkanlar təqdim edilir.
Komor harada yerləşir?
Madaqaskar ilə Mozambik arasında yerləşir və dörd adadan ibarətdir. Mən Anjuan adasındanam.
Komorda neçə dini təbliğatçı var?
Ondan artıq Cəfəri Şiə təbliğatçısı var. Vəhhabi təbliğatçıları da mövcuddur.
Orada elmi hövzə varmı?
Xeyr, Anjuan adasında heç bir dini məktəb yoxdur.
Mənbələr:
[1]. Xəbər kodu: 340765. Xəbər tarixi: 17/09/1393. Klik edin.
[2]. Əhməd ibn Hənbəl, Musnəd Əhməd ibn Hənbəl, c. 3, s. 59, h. 11578. Naşir: Qurtube Müəssisəsi, Misir.
[3]. Əhməd Təbərani, əl-Mucəmul Əvsət, c. 6, s. 85. Naşir: Darul Hərəmeyn, Qahirə, 1415. Təhqiq: Tariq ibn Avzullah ibn Muhəmməd, Əbdülmuhsin ibn İbrahim əl-Hüseyni.
[4]. Buxari, əl-Camius Səhih əl-Muxtəsər, c. 6, s. 2640. Naşir: Dar İbn Kəsir, əl-Yəmamə, Beyrut, 1987, üçüncü nəşr. Təhqiq: Dr. Mustafa Dib əl-Buğa.
Fev 15 2026
Muhəmmud Abdullah İbrahim.

By azari • Hidayət olanların hekayələri 0 • Tags: #doktor_ticani #vahhabilik, #isam_əl_imad, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_abdullah_ibrahim #istibsar #müstəbsir #şiə #hidayət #nur #haqq #batil #vəhhabi #sünni, #vahhabi #şiə #sünni #imam_əli