İstibsar informasiya portalının verdiyi məlumata görə, hənəfi məzhəbli bəluc müstəbəsir Mustafa Qadiri ki, ilk vaxtlardan etibarən şiələrin yanında yaşayarkən zehnində suallar yaranmışdı, öz əqidəsini sübut etmək üçün şiələrin elm hövzəsinə daxil olur, lakin…
Qış fəslinin ən soyuq günlərində, 1992-ci ilin fevral ayının yeddisində, mübarək Ramazan ayına bir neçə gün qalmış, Sistan və Bəlucistanın İranşəhr şəhərində dünyaya gəlmişəm. Qadiri ailəsinin beşinci övladı idim və əsli etibarilə hənəfi məzhəbli bəluc idim. Mənə Mustafa adı verdilər, yəni “seçilmiş”. Rəbbim mənim üçün yazdığı tale ilə məni necə də gözəl seçdi!
Uşaqlıq dünyamı məni nə gözlədiyindən xəbərsiz, səs-küy və nadanlıq içində keçirdim. Yeddi yaşımda oxuyub-yazmağı öyrənmək üçün Ədalət ibtidai məktəbinə daxil oldum və beşinci sinfə qədər bu məktəbin şagirdi oldum.
İkinci sinfin yayında Rəhmani məscidinin mədrəsəsinə daxil oldum. Orada öyrənməli olduğumuz ilk şey təcvid və Qurani-Kərimin düzgün oxunuşu idi ki, bunu xüsusi dərs vəsaiti ilə öyrədirdilər.
Kəlmələrin hərəkələrini tam öyrənmədən Həmd surəsini oxuya bildim. Hər gün dərsdə 30-cu Cüz-dən bir surə oxuyurdum və bir ay müddətində onu tamamladım, sinif yoldaşlarımdan irəli düşdüm. Bu müvəffəqiyyəti qazandıqdan sonra mədrəsədə Quranı əzbərləmə müəllimi məni özü ilə birlikdə hifz (əzbər) şöbəsinə apardı.
Bir müddət hifz dərslərində iştirak etdikdən sonra bəzi uşaqların yaratdığı anlaşılmazlıq və ya mənim müəllimə söyüş söyməyimlə bağlı deyilən yalan səbəbindən mədrəsədən uzaqlaşdım. Çünki müəllim həqiqəti bilmədən məni cəzalandırmaq istəyirdi. Günahsızlığım sübut olunsa da, Quranı və mədrəsəni tərk etdim. Nəhayət, tələbəlik dövründə yenidən Quranı əzbərləməyə başladım.
İbtidai təhsili bitirdikdən sonra orta məktəbi “Rəsul Əkrəm” qeyri-dövlət məktəbində oxudum və orta təhsili “Rahiyan Nur” liseyində təcrübə elmləri üzrə diplom alaraq başa vurdum.
Bu dövrdə dərslərimizdən biri “Dini təlimlər” kitabı idi. Onun bir hissəsi şiə şagirdlərinin dini kitabı ilə ortaq idi, lakin imamət mövzusu olan digər hissədə fərqlər var idi. Bu hissəyə çatanda kitabımız və sinfimiz şiə uşaqlarından ayrıldı. Bu isə mənim üçün bir sual və sarsıdıcı məqam oldu: əgər biz müsəlmanıq və dinimiz birdirsə, bəs niyə dini təlimlərimiz ortaq deyil?!
Növbəti təkan isə ikinci sinifdə olanda, muhərrəm ayında ən azı bir gecə – Tasua və ya Aşura gecəsi – şiələrin məscidinə getməyə təşviq olunanda oldu. Aşura gecəsi evimə ən yaxın olan, “türklər məscidi” adlanan məsciddə iştirak etdim. Mərsiyəçi türkcə oxuyur, əsirlərin Şama aparılmasını və Həzrətin başının nizə üstündə Quran oxumasını danışırdı. Buna baxmayaraq, qəribə bir rahatlıq hiss edirdim ki, heç yerdə belə bir şeyi yaşamamışdım. Mənim üçün sual idi: bunlar həqiqətdirmi, yoxsa şiələrin hisslərindən qaynaqlanır?!
Orta məktəbdə oxuyarkən eyni zamanda semestr sistemi ilə kompüter üzrə diplom ala bildim. Təcrübə elmləri üzrə diplom aldıqdan sonra universitetə hazırlıq mərhələsinə daxil oldum. Bu dövrdə yenidən Aşura gecəsi matəm məclisində iştirak etdim. Bu dəfə farsdilli məscid olan Rəsul Əkrəm (salləllahu əleyhi və alihi və səlləm) məscidinə getdim.
Lakin beynimi məşğul edən əsas sual bu idi: niyə əhli-sünnə arasında ağlamaq və matəm saxlamaq günah sayılır, amma Aşura günü oruc tutmaq günah sayılmır? Öz-özümə dedim: bunlar hansı dəlilə və sənədə əsasən hökm verirlər?! Ya hər ikisi doğrudur və qəbul etməliyəm, ya da hər ikisi batildir. Mənim bu məsələlərdə heç bir təəssübüm yox idi, əksinə, həmin məclislərdəki şəxsi maraq və qəribə rahatlıq hissi məni cəlb edirdi.
Universitetə hazırlıq mərhələsindən sonra kompüter elmlərinə olan marağıma görə 2010-cu ildə şəbəkə ixtisası üzrə təhsil almaq üçün Zahidanda bir özəl müəssisəyə daxil oldum. Altı ay ərzində ölkə üzrə etibarlı sertifikat əldə etdim və Malaziyada keçirilən beynəlxalq imtahana qatılmağa hazır olduğumu bildirdim.
Zahidanda təhsil aldığım müddətdə hər gün şiələrin elmi hövzələrinin xidmət mərkəzinin qarşısından keçirdim və çox həvəslənirdim ki, görəsən bu mərkəzin içində nə baş verir? Suallarımın cavabını orada tapa bilərəmmi?!
Nəhayət, bir gün qərara gəldim ki, elə bəluc geyimimlə həmin mərkəzə daxil olum. İçəri girəndə mühafizəçi geyimimə və zahiri görkəmimə baxıb soruşdu: kiminlə işiniz var? Mən də qətiyyətlə dedim: mərkəzin rəisi ilə! Bir az dayandı və təəccüblə soruşdu: nə işiniz var? Dedim: bir neçə sualım var, özüm soruşmalıyam. Bunu da deyim ki, məsələ təkcə sual vermək deyildi; mən qərəz və təəssüb motivi ilə onları (şiələri) məhkum etmək, özümü və məzhəbimi sübut etmək istəyirdim.
Mühafizəçi şəxsiyyət vəsiqəmi gördükdən sonra məni özü ilə birlikdə mərkəzin rəhbərinin otağına apardı. Otağa daxil olduqda, gənc, xoşsimalı və əmmaməli bir cənab masasının arxasından qalxaraq bizi qarşıladı. Əlimi səmimi şəkildə sıxdı və məni yanında əyləşdirdi. Onunla mübahisə və söhbətə başlamazdan əvvəl dedim: mən şiə deyiləm! Bu, ona etdiyim ilk xəbərdarlıq idi. Bu da sünni olmağıma qarşı göstərdiyim xüsusi təəssübün bir nümunəsi idi. Dedi: bəli, xəbərim var.
Söhbətə başlayan mən oldum. Buna görə ilk sual olaraq soruşdum: şiə daha yaxşıdır, yoxsa sünni? Dedi:
«Şübhəsiz ki, Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır.»[1]
Təqvalı olan Allah yanında daha əzizdir. Üstünlük meyarı təqvadır. Mən bu ikisinin arasında fərq görmürəm. Sən təqvalı ol, Allahın buyurduğuna əməl et, hansı yolda olmaq istəyirsənsə ol. Əgər əhli-sünnəsənsə, Peyğəmbərin (s) buyurduğu kimi ol; əgər şiə olmaq istəyirsənsə, haqqın ardınca get.
İkinci sual olaraq ondan soruşdum: əgər şiə olmaq istəsəm, nə etməliyəm? Eşitmişəm ki, şiə olan şəxs şəhadəteyndə “Əşhədu ənnə Əliyyən vəliyyullah” da deməlidir, çünki bu, şəhadəteynin bir hissəsidir (bu, səhv bir bəhanə idi və mən onu təsir altına salmaq, sonra da buna istinad edərək onu məhkum etmək istəyirdim). Lakin o, çox iti düşüncə və agahlıqla cavab verdi və dedi: belə deyil; əgər şiə “Əşhədu ənnə Əliyyən vəliyyullah” deməsə, şiə sayılmaz demək düzgün deyil.
Ondan soruşdum: İslamın ilk dövrlərində xəlifələr arasında olan ixtilafları necə təsvir edirsiniz? Bu ixtilaflar həqiqi idimi və siz bunu təsdiq edirsiniz? (Əslində məqsədim Həzrət Zəhranın (səlamullahi əleyha) şəhadətinə istinad etmək idi ki, buna necə izah verəcəklər.) Əgər ixtilaf yox idisə, onda şəhadət məsələsi də inkar olunur, əgər ixtilaf olubsa, izah edin. Dedi: mən inanıram ki, Həzrət məhz bu ixtilafların ardınca şəhid edilmişdir. İstəsəniz, sizi müvafiq kitablara yönləndirə bilərəm.
Həmin görüş başa çatdıqdan sonra belə bir nəticəyə gəldim ki, deyilənlərin əksinə olaraq şiələr də yolunu azmamış ola bilərlər və bəlkə də əhli-sünnənin bəzi etiqadları səhvdir.
Məni daha çox təsirləndirən isə onun xoşrəftarı və mehriban davranışı idi. Mən orta məktəb yaşlarında bir gənc idim, o isə böyük bir təşkilatın rəhbəri idi, buna baxmayaraq, məni belə səmimiyyətlə qarşıladı və söhbət zamanı heç vaxt tərəfkeşlik etmədi.

Həqiqət axtarışında.
Zahidanda qalmağımın bir ili keçdi və mən kompüter şəbəkələri ixtisası üzrə ən yüksək dərəcəni aldım. Lakin Malaziyaya gedib beynəlxalq sertifikat almaq üçün taleyim həyat kitabımın başqa bir səhifəsini çevirdi. Doğma şəhərim İranşəhrə qayıtdım və təhsilimi davam etdirmək üçün İranşəhr Azad Universitetində kompüter proqram təminatı ixtisası üzrə tələbə oldum.
Zahidan mərkəzindəki həmin görüşdən sonra araşdırmalarımı davam etdirməyə həvəsləndim. Şiələrin Əmirəl-möminin (əleyhis-salam) mədrəsəsinə yaxın olan bir internet kafedə işləməyə başladım. Həmin mədrəsənin müəllimlərindən biri tez-tez ora gəlirdi. Bu əlaqə mənə müxtəlif mövzular ətrafında onunla müzakirə və söhbətlər aparmaq üçün zəmin yaratdı.
Dostluğumuz o qədər artdı ki, onunla birlikdə mədrəsənin kitabxanasına gedirdim. O, mənə əhli-sünnə kitablarından dəlillər gətirirdi və ya öz noutbukunda “Camiul-Kəbir” proqramı vasitəsilə mətnləri axtarırdı. Mən isə hədis nömrələrini və səhifələri qeyd edirdim. Daha sonra Rəhmani məscidinin kitabxanasındakı kitablarla da müqayisə edirdim ki, görüm o, nə qədər doğru danışır.
İmam Hüseynin (əleyhis-salam) və Həzrət Zəhranın (səlamullahi əleyha) şəhadəti, Aşura mərasimləri, Qədir-Xum hadisəsi, Hədisi-İnzar və sair mövzular haqqında əhli-sünnənin mötəbər və səhih kitablarında çoxlu hədisləri araşdırdım və həqiqəti dərk etdim. Həqiqət axtarışında onunla əlaqəmi davam etdirirdim. “Pişəvar Gecələri” kitabını oxumaq da – orada şiə alimi ilə əhli-sünnə aliminin mübahisələri – mənim baxışımı genişləndirir, zehnimi daha da aydınladırdı. “Necə şiə oldum”[2] kitabı da mənim üçün yolgöstərici oldu.
2012-ci ildə, hələ tələbə ikən, qohumlardan olan və o da kompüter ixtisası üzrə tələbə olan bir qızla nişanlandım. 2013-cü ildə kompüter proqram təminatı üzrə sub-bakalavr diplomu aldım.
Quranı əzbərləmə müəssisəsində olduğum zaman Cask elmi hövzəsi ilə də əlaqədə idim. Bir dəfə hövzənin məsul şəxsi cənab Fatimi soruşdu: indiyə qədər Quma səfər etmisinizmi? Dedim: xeyr. Dedi: Quma getsəniz, mənim yanımda sizin üçün bir hədiyyə var.
Quma çatdıqda Həzrət Məsumənin (səlamullahi əleyha) hərəmini ziyarət edərkən cənab Fatimini və vədini xatırladım. Ziyarətdən sonra ona zəng edib dedim ki, Qumdayam. O, bir tələbənin evini bizim üçün təşkil etdi və üç gün onların qonağı olduq. Çox hörmət və ehtiram gördük, amma narahat idik ki, onlara çətinlik yaratmayaq. Buna görə ayrıca ev istədik.
Qumun köhnə məhəllələrindən birində bir neçə günlük qalmaq üçün ev göstərdilər. Köhnə, yararsız bir ev idi və ölkə daxilindən və xaricdən gələn çoxlu zəvvarlar orada qalırdı. O evin bir otağını bizə verdilər. Gediş-gəliş çox olduğundan şərait nizamsız idi və bir an belə qalmaq əzabverici idi. Hərəmə getdik ki, ertəsi gün İranşəhrə qayıdaq. Orada da istirahət edə bilmədik. Hərəmdən çıxarkən yalvararaq Həzrətdən istədim ki, məni ailəm qarşısında utandırmasın və problemimi həll etsin. Sonra istirahət üçün evə qayıtdıq.
Səhər İranşəhrə getməzdən əvvəl hövzədən mənə zəng etdilər ki, bir həftəlik möhkəmləndirici təlim kursu üçün Təfrəş şəhərinə getməliyəm.
Həyat yoldaşım da mənimlə idi və onu geri qaytarmağa fürsət yox idi. Qumda da tanışımız yox idi. Problemi Feyziyyə mədrəsəsinə dedim. Yenə Quran köməyimə çatdı və hafizlər üçün olan imtiyazdan istifadə edərək Əmirkəbir Universitetində bir həftəlik bütün şəraitli ev bizə verildi.
Mənə kömək edəcək kimsə varmı?
O gecə məcburən həmin evdə qalanda yuxuda gördüm ki, sonsuz bir səhrada dayanmışam və bütün varlığımla fəryad edirəm: “Həl min nasirin yənsuruni?” – Mənə kömək edəcək kimsə varmı?!
Həzrət Məsuməyə (səlamullahi əleyha) etdiyim o istiğasə nəticəsində Həzrət problemimi həll etdi, məni utandırmadı və mən rahatlıqla kursu başa vurdum. Bu çox faydalı kursda cənab Muhəmməd Mirzayi ilə – Dəstcərd elmi hövzəsinin rəhbəri – tanış oldum və bu tanışlıq taleyimi dəyişdi, bu da Həzrət Məsumənin (s) köməyi ilə oldu.
İmam Zaman (əccəlləllahu fərəcəhuş-şərif) əsgəri.
Elmi hövzələrin tədris ili başlayanda Mədinətül-ilm mədrəsəsində təhsilə başladım. Lakin ailəmlə birlikdə Qumda qalmaq və sığınacaq olmaması çətinliklər yaradırdı. Quran hafizi olduğum üçün Muhəmməd Mirzayinin məsləhəti ilə uzunmüddətli kursu qısamüddətli “Səfiran Hidayət” proqramı ilə Dəstcərd hövzəsinə dəyişdim və bizim üçün ev təmin olundu ki, həm təhsil alaq, həm də Quran fəaliyyətləri ilə məşğul olaq.
Dərslə yanaşı, dolanışıq üçün bir müddət Mahmudabad sənaye zonasında kimyəvi gübrə zavodunda işlədim, lakin kimyəvi maddələrə qarşı həssaslıq yarandığından işi davam etdirə bilmədim. 2017-ci ildə oğlum Mühəymin dünyaya gəldi. Atam gözaydınlığı olaraq bizə bir “Səmənd” avtomobili hədiyyə etdi və bir il dərslə yanaşı sərnişin daşımaqla məşğul oldum.
Dərslər və işlə yanaşı, “Səhifeyi-Səccadiyyə”ni əzbərləməyə başladım ki, öz iddiam – Əhli-beytə (əleyhimus-salam) məhəbbət – yalnız söz olaraq qalmasın. Allahın kitabını əzbərlədiyim kimi, bunu da həyata keçirmək istədim. Bu, İmam Səccadın (əleyhis-salam) uca məzmunlu dualarından və sözlərindən dini təbliğdə istifadə etmək üçün ən yaxşı fürsət idi. Əhli-beytin (ə) inayəti ilə 2018-ci ilin oktyabr ayında rəsmi olaraq əzbərə başladım və 2019-cu ilin mart ayında uğurla başa vurdum.
Etiraf etməliyəm ki, sahib olduğum hər nə varsa, Allahın və Peyğəmbər Əhli-beytinin (salləllahu əleyhi və alihi) lütf kölgəsindədir. Ümid edirəm ki, Uca Allaha təvəkkül və Əhli-beytin (əleyhimus-salam) köməyi ilə İslam dininin təbliğində faydalı və üzüağ olum, inşallah.
1. Hucurat surəsi, ayə 13.
2. Bu kitab, illər əvvəl şiəliyi qəbul etmiş əhli-sünnə alimlərindən olan Muhəmməd Şərif Zahidi tərəfindən qələmə alınmışdır.
Fev 7 2026
Hənəfi məzhəbli bəluc müstəbsir Mustafa Qadiri: təəssüblə şiələri məhkum etmək istəyirdim!

By azari • Hidayət olanların hekayələri 0 • Tags: #doktor_ticani #vahhabilik, #Iman #günah #eşq, #isam_əl_imad, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #istibsar #mustebsir #müstəbsir, #mustafa_qadiri, #vahhabi #şiə #sünni #imam_əli