Üç Mühüm Əməl!

قال امام الباقر عليه السلام:
ثَلاثٌ لَمْ يَجْعَلِ اللّهُ (عَزَّوَجَلَّ) لاَِحَدٍ فِيهِنَّ رُخْصَةً اَداءُ الاَْمانَةِ اِلَى الْبَرِّ وَالْفاجِرِ وَالْوَفاءُ بِالْعَهْدِ لِلْبَرِّ وَالْفاجِرِ وَبِرُّ الْوالِدَيْنِ بَرَّيْنِ كانا اَوْ فاجِرَيْنِ.
(الکافی، ج۲, ص۱۶۲, ح ۱۵).

Hz İmam Baqir (ə) buyurur:
Allah təala bu üç əməldən boyun qaçırmağı heç kimə icazə verməmişdir;
“Əmanəti sahibinə qaytarmaq (sahibi) istər pis olsun, istərsə yaxşı.
Əhdə (vədə) vəfa etmək, (qarşı tərəf) istər yaxşı (insan) olsun, istərsə pis.
Və ata-anaya yaxşılıq, istər yaxşı (valideyn) olsun, istərsə pis”.
(Əl-kafi, c-2, səh-162, h-15).