Tütün məhsulları və narkotik maddələrin satışı – Şəriət Hökmləri.

Tütün məhsulları və narkotik maddələrin satışı.

Sual: Mənə tütün şirkətində iş təklif olunub, lakin bu iş birbaşa siqaretlərin satışı şöbəsində deyildir. Həmin işdə işləmək və maaş almaq halaldır?

Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mənim bir tanışım marixuana satır. Bu yolla qazanılan pul haramdırmı?
Cavab: Narkotik maddələrdən istifadənin fəsadlarını, o cümlədən ciddi fərdi və ictimai ziyanlarını nəzərə alaraq, onlardan istifadə etmək haramdır. Buna görə də narkotik maddələrin daşınması, saxlanılması, satışı və s. yollarla əldə edilən gəlir də haramdır.

Sual: Əgər narkotik maddə satıcısı olmayan, sadəcə çatdırılma edən şəxsə oradan pul qalarsa, o pul haramdır?
Cavab: Narkotikanın çox ciddi fərdi və ictimai ziyanlarını nəzərə alaraq, ondan istifadə etmək haramdır. Bu səbəbdən də onun daşınması, saxlanması, satışı və s. bu kimi işlərdən əldə edilən gəlir də haramdır. Şəxs bu gəlirin sahibi olmur.

Əczaxana və dərman satışı.
Sual: Mənə bir iş təklif edilib. Mən anbarda apteklərin sifarişlərini siyahıya uyğun yığıb təhvil verməliyəm. Amma bəzi dərmanların tərkibində spirt və qeyri-müsəlman ölkələrində hazırlanmış donuzdan alınması ehtimal edilən jelatin vardır. Belə olan halda həmin anbarda işləmək icazəlidirmi?
Cavab: Əgər spirtin və ya jelatinin halal, yoxsa haram qismindən olduğunu bilməsəniz, bu işin iradı yoxdur.

Sual: Bir nəfər tərkibində şəri kəsim olmayan heyvanın ödü olan dərmanı müsəlman şəxsə satıb. Bu alğı-satqının hökmü nədir? Alğı-satqı düzgün deyilsə, satan şəxsin vəzifəsi nədir?
Cavab: Sualda qeyd olunan məsələ alğı-satqının düzgünlüyünə xələl gətirmir.