72 Kəlam.

72-kelam

Bir daha məhərrəm ayı gəlib çatır və şəhidlər sərvəri İmam Hüseynin (ə) ad və xatirəsi İslam cəmiyyətini öz gözəl qoxusu ilə ətirləndirir.

Böyük Aşura hadisəsindən keçən əsrlər boyu çoxsaylı alim, fəqih, mütəfəkkir və tədqiqatçılar İmam Hüseynin (ə) və o həzrətin vəfalı səhabələrinin hərəkatının fəlsəfəsini bəyan və təbliğ etmək istiqamətində çalışıblar və müxtəlif əsərlər yazıb dini maarifi dərk etmək istəyən insanların ixtiyarında qoyublar. İmam Hüseyn (ə) hərəkatının bərəkət və nəticələrindən bəhrələnmək istiqamətində göstərilən səylər arasında imam Xomeyninin (r) adı ulduz kimi parlayır. İmam Xomeyninin (r) vəfatından sonra Ayətullah seyid Əli Xamenei də (h) Aşura hərəkatına çox böyük diqqət göstərib və müxtəlif münasibətlərlə etdiyi çıxışlarda İslam tarixinin bu böyük hadisəsini izah edib və ona aydınlıq gətirib. Ayətullah Xamenei həzrətlərinin bu barədəki çıxışlarında diqqəti çəkən xüsusiyyət onun hərtərəfliliyi, eyni zamanda İmam Hüseyn (ə) hərəkatının aşkar və gizli cəhətlərinin dəqiq, yararlı, tarixə əsaslanan, elmi və analitik təhlilə söykənən şəkildə bəyan etməsidir. Misal üçün aşağıda qeyd edilənlərə işarə etmək olar: Dinin əsası ilə Aşura arasında sıx bağlılıq var və din onun sayəsində yaşayır. İmam Hüseynin (ə) belə bir fədakarlıq və şücaət göstərməsinin səbəb və kökü o həzrətin mənəviyyat, ixlas və bəsirəti, bir sözlə, kamil insan olmasıdır. Digər tərəfdən, Aşurada çoxsaylı ibrət və dərslər var və hər bir müsəlmana və bütün müsəlman millətlərə həmin dərsləri öyrənmək və həmin ibrətlərə diqqət etmək vacibdir. Çünki Aşuranın ən böyük ibrəti İslam cəmiyyətinin əlli ildən az bir müddətdə dəyişməsi və tənəzzülə uğraması olub. Aşura hərəkatında və həmçinin islam tarixinin ilk əlli ilinin tarixi hadisələrində cəmiyyətin seçilən şəxslərinin, xüsusilə haqq tərəfdə olan şəxslərin mühüm və ibrətamiz rolu olub. Bəsirətsizlik xəstəliyi və bəlası, həmçinin ondan da təhlükəli olan dünyapərəstlik Peyğəmbər (s) Əhli-beytinin (ə) şəhidliyinə səbəb olduğu kimi, bütün zamanlarda İslam cəmiyyətinin tənəzzülünə səbəb olan və zəmanənin yezidlərinin yenidən cəmiyyətə hakim olması ilə nəticələnə biləcək bir bəladır.