Dek
16
2025
Xəstəxanada-Gorus-dinikitabcom

“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər Sədr vəfat edəndə onun iki yaşı var idi.
Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır. Nəcəf şəhərində anasından oxumaq və yazmağı öyrənir. On bir yaşında qardaşları Seyid İsmayıl ilə Məhəmmədbaqir Sədrdən təhsil almağa başlayır. Öz elmi mütaliələrini davam etdirən Aminə Sədr görkəmli müsəlman publisist və ziyalı qadın kimi yetişir. Bu sahədə onu görkəmli filosof, iqtisadçı və siyasi ideoloq olan qardaşı Məhəmmədbaqir Sədr (1935-1980) istiqamətləndirir. Bintül-hüda şəxsiyyətinin ən bariz cəhətini, şübhəsiz, ədəbiyyat və maarifçilik təşkil edir. Fitri istedada malik olan Aminə on üç yaşından şeir yazmağa başlayır. İlk gənclik illərindən öz məqalələri ilə tanınır. O, iyirmi yaşına qədəm qoyanda artıq qadınla bağlı düşüncələrdə böyük dəyişikliklərə nail olmuşdu. Bu illərdə o, Nəcəfdə nəşr olunan Adva (1959) jurnalına məqalələr yazır. Öz məqalələrində qərbpərəstliyə və feminizmə qarşı çıxır, İslamın qadına daha böyük status verdiyini vurğulayır. Elmi və qələmi ilə İraq qadınlarının maariflənməsi yolunda yeni bir fəaliyyətə yol açan Aminə Sədr onların ideoloji liderinə çevrilir. Bağdad və Kazimiyendə qızlar üçün müxtəlif təhsil ocaqları təsis edir. Bu təhsil müəssisələrinin idarəçiliyində yer tutaraq müsəlman qızların savadlanmasında böyük rol oynayır. Məktəb, xəstəxana və xeyriyyə cəmiyyətlərinin açılmasına təşəbbüs göstərir. Onun maarifpərvər addımları qadınların intellektual səviyyəsinin inkişafına, cəmiyyətin qadına, qadınların da İslama baxışının dəyişməsinə səbəb olur. O öz ölkəsində İslamla bağlı təhriflərin aradan qaldırılmasında təsirli rol oynayır. O deyirdi: “Bu nəslin xidmətində olmağı və bir nəsli tərbiyə etməyi daha üstün tuturam”. Desək ki, ötən əsr İraq qadınının dirçəlişinin əsasında bu qadının fəaliyyətləri dayanır, bəlkə də, yanılmarıq.
By azari •
Şiə kitabxanası
• Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #tövhid #şirk #allah, #xəstəxanada_görüş #aminə_sədr #amine_sadr #bintul_huda #bintül_hüda #şəhidə_aminə_sədr #şəhid_sədr
Dek 16 2025
Xəstəxanada Görüş – povest.
Xəstəxanada-Gorus-dinikitabcom
“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər Sədr vəfat edəndə onun iki yaşı var idi.
Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır. Nəcəf şəhərində anasından oxumaq və yazmağı öyrənir. On bir yaşında qardaşları Seyid İsmayıl ilə Məhəmmədbaqir Sədrdən təhsil almağa başlayır. Öz elmi mütaliələrini davam etdirən Aminə Sədr görkəmli müsəlman publisist və ziyalı qadın kimi yetişir. Bu sahədə onu görkəmli filosof, iqtisadçı və siyasi ideoloq olan qardaşı Məhəmmədbaqir Sədr (1935-1980) istiqamətləndirir. Bintül-hüda şəxsiyyətinin ən bariz cəhətini, şübhəsiz, ədəbiyyat və maarifçilik təşkil edir. Fitri istedada malik olan Aminə on üç yaşından şeir yazmağa başlayır. İlk gənclik illərindən öz məqalələri ilə tanınır. O, iyirmi yaşına qədəm qoyanda artıq qadınla bağlı düşüncələrdə böyük dəyişikliklərə nail olmuşdu. Bu illərdə o, Nəcəfdə nəşr olunan Adva (1959) jurnalına məqalələr yazır. Öz məqalələrində qərbpərəstliyə və feminizmə qarşı çıxır, İslamın qadına daha böyük status verdiyini vurğulayır. Elmi və qələmi ilə İraq qadınlarının maariflənməsi yolunda yeni bir fəaliyyətə yol açan Aminə Sədr onların ideoloji liderinə çevrilir. Bağdad və Kazimiyendə qızlar üçün müxtəlif təhsil ocaqları təsis edir. Bu təhsil müəssisələrinin idarəçiliyində yer tutaraq müsəlman qızların savadlanmasında böyük rol oynayır. Məktəb, xəstəxana və xeyriyyə cəmiyyətlərinin açılmasına təşəbbüs göstərir. Onun maarifpərvər addımları qadınların intellektual səviyyəsinin inkişafına, cəmiyyətin qadına, qadınların da İslama baxışının dəyişməsinə səbəb olur. O öz ölkəsində İslamla bağlı təhriflərin aradan qaldırılmasında təsirli rol oynayır. O deyirdi: “Bu nəslin xidmətində olmağı və bir nəsli tərbiyə etməyi daha üstün tuturam”. Desək ki, ötən əsr İraq qadınının dirçəlişinin əsasında bu qadının fəaliyyətləri dayanır, bəlkə də, yanılmarıq.
By azari • Şiə kitabxanası 0 • Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #tövhid #şirk #allah, #xəstəxanada_görüş #aminə_sədr #amine_sadr #bintul_huda #bintül_hüda #şəhidə_aminə_sədr #şəhid_sədr