Bismilləhir Rahmənir Rahim!
أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِ اللَّهِ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِكَ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا (النسا، ۷۸)
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə haqlayacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” – deyərlər. Və əgər onlara bir pislik yetişərsə: “Bu səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, heç bir söz də başa düşmürlər!
(Nisa surəsi, ayə 78).
Ayənin Təfsiri:
Əvvəlki və sonrakı ayələrə əsasən, bu ayə və ondan sonrakı ayə də müsəlmanların sıralarında yer almış münafiqlər (iki üzlülər) dəstəsinə aiddir. Onlar cihad meydanına çıxmaqdan qorxur və cihad əmri verildikdə narahat olurdular. Quran onların bu düşüncəsinə iki cavab verir: «De: dünya malı azdır, axirət isə təqva sahibləri üçün daha xeyirlidir» (قُل مَتاعُ الدُّنیا قَلِیلٌ وَ الآخِرَةُ خَیرٌ لِمَنِ اتَّقی).
İkinci cavab isə bu ayədə oxuduğumuzdur: “ölümdən qaçmaq sizə nə fayda verə bilər? «Harada olursanız olun, ölüm sizi haqlayacaq, hətta ən möhkəm qalalarda olsanız belə» (أَینَما تَکونُوا یدرِککمُ المَوتُ وَ لَو کنتُم فِی بُرُوجٍ مُشَیدَةٍ). Doğrudur ki, möhkəm qalalar bəzən qeyri-təbii ölümlərin qarşısını alır, lakin nə fayda! Ölümü tamamilə ki, aradan qaldıra bilməzlər. Onsuzda bir neçə gün sonra təbii ölüm insanın qarşısına çıxacaq. Elə isə bu qaçılmaz və mütləq ölümü cihad kimi faydalı və düzgün bir yolda qarşılamaq daha yaxşı deyilmi, yoxsa bihudə və faydasız ölüm yaxşıdır?!
Quran bu ayənin sonunda münafiqlərin başqa əsassız sözlərinə və batil təsəvvürlərinə işarə edir: «Onlara bir uğur və yaxşılıq yetişdikdə deyirlər: bu Allahdandır» (وَ إِن تُصِبهُم حَسَنَةٌ یقُولُوا هذِهِ مِن عِندِ اللّهِ). Yəni biz buna layiq idik ki, Allah bizə bu nemətləri versin. Lakin məğlubiyyətə uğradıqda və ya döyüş meydanında zərər gördükdə deyirlər: «Bu, Peyğəmbərin (s) pis idarəsi və hərbi planlarının kifayət etməməsi səbəbindəndir» (وَ إِن تُصِبهُم سَیئَةٌ یقُولُوا هذِهِ مِن عِندِکَ).
Quran onlara cavab verir ki, mömin və Allahpərəst bir baxışla «bütün bu hadisələr, qələbələr və məğlubiyyətlər Allahdandır» və bunlar insanların ləyaqət və dəyərlərinə uyğun olaraq verilir (قُل کلٌّ مِن عِندِ اللّهِ).
Ayənin sonunda isə onların düşünməməsinə etiraz olaraq buyurur: «Belə isə bu qövmə nə olub ki, heç bir sözü anlamırlar?» (فَما لِهؤُلاءِ القَومِ لا یکادُونَ یفقَهُونَ حَدِیثاً).
Nümunə Təfsiri.
Dek 8 2025
Quran, Nisa surəsi, ayə 78-in Nümunə Təfsiri əsasında izahı.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #tövhid #şirk #allah