Dek
7
2025
imam-mehdi-dinikitab.com_

On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.
Onun adı İslam Peyğəmbərinin (s) adından, yəni, Muhəmməd, künyəsi də Peyğəmbərin (s) künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar (ə) onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-Zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir (əf). Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrət Məhdi (əf) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli, yəni kiçik qeyb dövrü (qeybəti suğra), digəri isə uzunmüddətli yəni, böyük qeyb dövrü (qeybəti kubra) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin (əf) anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət (əf) zühur edənə qədər davam edəcəkdir.
By azari •
Şiə kitabxanası
• Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #imam_həsən_əskəri #imam_məhdi #imam_hadi #imamət #vilayət #quran #hədis #ayə #surə, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər
Dek 7 2025
14 Məsumun (ə) həyatı – İmam Məhdi (ə).
imam-mehdi-dinikitab.com_
On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.
Onun adı İslam Peyğəmbərinin (s) adından, yəni, Muhəmməd, künyəsi də Peyğəmbərin (s) künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar (ə) onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-Zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir (əf). Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrət Məhdi (əf) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli, yəni kiçik qeyb dövrü (qeybəti suğra), digəri isə uzunmüddətli yəni, böyük qeyb dövrü (qeybəti kubra) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin (əf) anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət (əf) zühur edənə qədər davam edəcəkdir.
By azari • Şiə kitabxanası 0 • Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #imam_həsən_əskəri #imam_məhdi #imam_hadi #imamət #vilayət #quran #hədis #ayə #surə, #Iman #günah #eşq, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər