Sual: Mən təmir işləri görən və usta dəstəsi olan iş icraçısıyam. Ümumi təmir işi üçün xərclənən pulun 15%-i qədər müştəridən zəhməthaqqı alıram.
Adətən, evin mətbəx və digər mebellərinin yığılmasını da müştəri mənə həvalə edir, ancaq bəzi müştərilər bu işi təmirdən saymadığı üçün bu işə görə mənə mebel işinin 15%-i qədər zəhməthaqqı vermir. Bu halda mən mebel ustası üçün iş tapdığım və dolayısıyla bu işin keyfiyyətinə də cavabdeh olduğum üçün ondan öz faizimi istəyə bilərəmmi? Nəzərə alın ki, mən öz faizimi mebel ustasından istədiyim üçün mebel ustası görəcəyi iş qarşılığında müştəridən daha çox pul istəyə bilər.
Cavab: Əgər siz ustaya desəniz ki, mən sənə müştəri yönləndirirəm və sən də mənə filan məbləğ pul verəcəksən, bu sövdələşmənin maneəsi yoxdur.
Sual: Ev sahibi tikinti materialının qiymətinin 100 manat olduğunu görüb və ustaya 100 manat verib ki, usta onun üçün həmin materialı alsın. Amma usta satıcı ilə danışıb və bu materialı 90 manata alıb. Qiymət fərqi olan 10 manat ustaya halaldırmı? Bu, ev sahibini bir növ aldatmaq deyilmi?
Cavab: Əgər usta ev sahibinin verdiyi pul ilə tikinti materialları almaq üçün ev sahibi tərəfindən vəkildirsə, endirimdən əldə edilən məbləğ pul sahibinə aid olacaqdır. Amma əgər usta bu işdə ev sahibinin vəkili deyildirsə, əksinə, ev sahibinə satmaq üçün tikinti materiallarını özü alırsa, endirimdən əldə edilən məbləğ ustaya aiddir.
Taksi xidməti.
Sual: Mən taksi şirkətində işləyirəm. Əgər müştəridən xahiş etsəm ki, sifarişdən imtina etsin və şirkətin xəbəri olmadan mən onu getmək istədiyi yerə aparım, bu müştəridən aldığım pul haram sayılırmı?
Cavab: Siz şirkət ilə sizin aranızda bağlanılan müqaviləyə müvafiq şəkildə əməl etməlisiniz!
Ayətullah Xameneinin (h) nəzərinə əsasən.
Dek 6 2025
Təmir İşi – Şəriət Hökmləri.

By azari • Müstəbsirlərin jurnalı 0 • Tags: #fiqh #əhkam #şəri_hökm #ayətullah_xameneyi #ayətullah_sistani #şəri_məsələ, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər