Quran, Bəqərə surəsi, ayə 20 və 21-in Nümunə Təfsiri əsasında izahı.

Bismilləhir Rahmənir Rahim!

يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ (۲۰)
“Yaxud (münafiqlərin halı) elədir ki, ildırım az qala onların gözlərini çıxarsın.

İldırım (hər dəfə) onların üzərinə çaxanda, onun işığında bir neçə addım atırlar, qaranlıq çökəndə isə dayanıb qalırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını kar və gözlərini kor edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.” (Bəqərə, 20).

İldırım ardıcıl olaraq qaranlıq səmada çaxır:
«İldırımın işığı o qədər göz qamaşdırıcıdır ki, az qala onların gözlərini kor etsin» (يَكادُ الْبَرقُ يَخطَفُ أَبصارَهُم).

«Hər dəfə ildırım çaxıb qaranlıq səhranın üzünü işıqlandıranda, onun işığında bir neçə addım atırlar. Lakin qaranlıq çökən kimi onlar yerindəcə dayanıb qalırlar» (كُلَّما أضاءَ لَهُم مَشَوا فيهِ وَ إِذا أظلَمَ عَلَيهِم قاموا).

Onlar hər an təhlükəni qarşılarında hiss edirlər. Çünki bu səhrada nə dağ görünür, nə də ağac ki,  şimşəyin zərbəsindən onları qorunsun. Hər an ildırım onları hədəfə ala və bir andaca külə çevirə bilər! Hətta bu təhlükə də var ki, göy gurultusunun şiddəti onların qulaqlarının pərdəsini deşsin, ildırımın göz qamaşdırıcı nuru isə gözlərini kor etsin. Bəli, «Əgər Allah istəsəydi, onların qulaqlarını kar və gözlərini kor edərdi. Çünki Allah hər şeyə qadirdir» (وَ لَو شاءَ اللّهُ لَذَهَبَ بِسَمعِهِم وَ أَبصارِهِم إِنَّ اللّهَ عَلى كُلِّ شَيءٍ قَديرٌ).

Təəssüf ki, onlar iman adlı etibarlı sığınacağa pənah aparmayıblar ki, Allahın ölümcül ildırımının cəzasından və müsəlmanların silahlı cihadından nicat tapsınlar.

Hər bir Cəmiyyətdə münafiqləri tanımağın zərurəti:

Bu ayələrin nüzul səbəbi Peyğəmbər (s) dövrünün münafiqlərinə aid olsa da, nəzərə almaq lazımdır ki, nifaq xətti hər bir dövrdə və zamanda haqq olan inqilabların qarşısında mövcud olmuş və olacaqdır. Buna görə də bu ayələr bütün əsr və dövrlərin münafiqlərinə şamil edilir. Biz öz gözlərimizlə bu nişanələri tək-tək, tam şəkildə dövrümüzün münafiqlərində də görürük: onların çaşqınlıqlarını, qorxu və iztirablarını, nəticədə isə pənahsızlıq, bədbəxtlik, qara gün və rüsvayçılıqlarını — tam olaraq Quranda ən aydın şəkildə təsvir edilən həmin məxluqların halı kimi müşahidə edirik.
Nümunə Təfsiri, cild 1 səh-49.

يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (۲۱).

“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizi ibadət edin ki, bəlkə təqvalı olasınız.” (Bəqərə, 21)

Belə bir Allaha ibadət edin! Üç dəstənin (təqvalılar, kafirlər və münafiqlər) halını bəyan etdikdən sonra bu ayə, nicat və səadət yolunu – birinci dəstəyə qoşulmağı – müəyyənləşdirərək buyurur:
«Ey insanlar! O Rəbbinizə ibadət edin ki, həm sizi, həm də sizdən əvvəlkiləri yaratmışdır, bəlkə təqvalı olasınız» (يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ).

يَا أَيُّهَا النَّاسُ”
(Ey insanlar) xitabı Quranda təqribən iyirmi dəfə təkrar olunmuşdur və bu, ümumi və hərtərəfli bir xitabdır. Bu da onu göstərir ki, Quran müəyyən bir tayfa, qəbilə, nəsil və ya xüsusi bir təbəqəyə aid deyil. Əksinə, hamını bu ümumi dəvətə şamil edir, bütün insanları yeganə Allaha ibadətə, hər cür şirk və tövhid yolundan azmağa qarşı mübarizəyə çağırır.

Nümunə Təfsiri, cild 1, səh. 50,