Fev
11
2026
kod-adi-hesen-baqiri-dinikitabcom

Bismilləhir-Rahmənir-Rahim!
Bu kitabda 65 nəfərin Şəhid Baqiri ilə bağlı xatirələri qeyd olunub. Həmin şəxslər arasında olan görkəmli şəhidlər Muhəmməd İbrahim Himmət, Mehdi Zeynuddin, Mehdi Bakiri və Həmid Müiniandan 1983-cü ildə, Səyyad Şirazidən 1996-cı ildə, Davud Kərimidən 2004-cü ildə (şəhadətindən 2 ay qabaq) “Şəhid Baqiri müəssisəsi”ndə General Fətulla Cəfəri tərəfindən müsahibə alınıb. Qeyd etdiyimiz kimi, həm şəhidin əlyazma və sənədləri, həm də alınan müsahibələr ilk növbədə kağız üzərinə köçürülüb tərtib edildikdən sonra üçcildlik xatirələr toplusu hazırlanıb. Qarşınızdakı bu kitab da həmin üçcildlik materialların arasından seçilib yazılıb.
Həsən Baqiri ləqəbi ilə tanınan Qulamhüseyn Əfşurdi ömrünün 18 ayını jurnalistika sahəsində keçirib. İslam Cümhuriyyəti qəzetinin arxivində Qulamhüseyn Əfşurdinin inqilabın qaynar və böhranlı vaxtlarında baş vermiş hadisələrlə bağlı yazdığı ictimai-siyasi təhlillərlə rastlaşdım. Onun həmin dövrdə Kürdüstan vilayətinin tanınmış şəxsiyyətlərindən və əhli-sünnə alimlərindən olan Əhməd Müftizadə ilə müsahibəsi diqqətimi cəlb etdi. Müsahibə 1979-cu il, sentyabrın doqquzunda alınmışdı.
Əfşurdi İslam inqilabından sonra xarici ölkəyə göndərilən ilk jurnalist olmuşdu. 1979-cu ildə Mehdi Bazərqanın, İbrahim Yəzdinin və Doktor Çəmranın təmsil olunduğu, İran dövləti tərəfindən Əlcəzair Respublikasının Müstəqillik günü münasibəti ilə keçirilmiş mərasimə yollanmış heyətə Qulamhüseyn Əfşurdi jurnalist kimi dəvət olunmuşdu. Onun bu səfərdən hazırladığı reportaj 1979-cu ilin 3 noyabrında İslam Cümhuriyyəti qəzetində çap olundu. 1980-ci ilin 25 aprelində Amerikanın Təbəs səhrasına hərbi müdaxiləsindən bir neçə saat sonra Qulamhüseyn oraya yollandı və hadisə yerinə çatan ilk jurnalist oldu. O, bu barədə dörd reportaj hazırlayaraq hadisənin təfərrüatını xronoloji ardıcıllıqla qəzetdə dərc etdirdi.
Qulamhüseyn Əfşurdinin qiymətli əsərlərindən bir qismi onun Livan reportajlarıdır. 1980-ci ilin yayında baş tutmuş ikihəftəlik səfərin nəticəsi olan beş reportaj mətbuatda geniş əks-səda doğurdu. O, bu reportajlarda Livanın ictimai, siyasi, iqtisadi və mədəni həyatı barədə geniş məlumatlar vermişdir. Qulamhüseynin toxunduğu mövzular üstündən 40 il keçməsinə baxmayaraq, hələ də aktuallığını qoruyub saxlayır. Bu reportajların bəzi hissələrini kitabda əziz oxuculara təqdim edəcəyik.
General Muhəmməd Baqiri ilə söhbətdə başa düşdüm ki, Qulamhüseyn hələ inqilabdan öncə mübarizə illərində Mətbuat qanunu barədə tənqidi yazı hazırlayıb Keyhan qəzetində dərc etdiribmiş. Arxivi axtararkən onu, həmin qəzetin 05.10.78 tarixində çap olunmuş sayında tapdım. O zaman şah rejimi siyasi gərginliyi azaltmaq məqsədilə mətbuat haqda yeni qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. Ölkənin məşhur jurnalistlərindən bir neçəsi o barədə öz fikirlərini geniş oxucu kütləsi ilə bölüşmüşdü. O zaman hərbi xidmətə yeni çağırılmış gənc Qulamhüseyn də dəyərli bir məqalə yazaraq mövzuya münasibət bildirmişdi. O, yaxın zamanlarda təsdiq olunaraq qanuna çevriləcək Mətbuat layihəsini təcrübəli bir hüquqşünas kimi tənqid etmiş, onun nöqsanlı olduğunu peşəkarcasına vurğulamışdı. O zaman məqaləni oxuyanlar inanmırdılar ki, onun 22 yaşlı müəllifinin peşəkar deyil, heç həvəskar hüquq və jurnalistika təcrübəsi də yoxdur.
Oxucular şəhidin iti qələmi, təhlil və tənqid istedadı ilə tanış olsunlar deyə, həmin məqalənin bəzi hissələrini kitabda gətirmişik. Kitabda Şəhid Həsən Baqirinin müharibənin əvvəlində həyata keçirilmiş ibtidai əməliyyatlardan başlayaraq, genişmiqyaslı hücumlara qədər inkişaf edən 28 aylıq komandirlik həyatı işıqlandırılmışdır. Döyüşlərin gedişatını çatdırmaqda mümkün qədər gənc nəslin başa düşəcəyi tərzdə yazmağa üstünlük vermiş, hərbi terminlərdən, mürəkkəb ifadələrdən çəkinmişik.
Bu girişin sonunda dəyərli xatirələri ilə Şəhid Həsən Baqirinin şəxsiyyətinə işıq salmış əziz şəhid komandirlərimizi, o cümlədən, İbrahim Himmət, Mehdi Bakiri, Həmid Müinian, Mehdi Zeynəddin, Davud Kərimi və Səyyad Şirazi kimi qardaşları yad etməyi özümə borc bilirəm. Eləcə də bir zamanlar həmsöhbət olmaq şərəfinə nail olduğum əziz insanları – Şəhid Hacı Həmid Təqəvini, Şəhid Hacı Hüseyn Həmədanini və Hacı Əhməd Səyyafzadəni dərin hüznlə xatırlayıram. Uca məqamlı bu insanlar bu gün aramızda olmasalar da, şirin kəlamları həyatımızın bütün sahələrinə nur saçır. Ruhları şad olsun!
By azari •
Şiə kitabxanası
• Tags: #həsən_baqiri #dini_kitab #şəhid #şəhadət, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt
Fev 11 2026
Kod adı: Həsən Baqiri (dini kitab).

By azari • Şiə kitabxanası 0 • Tags: #həsən_baqiri #dini_kitab #şəhid #şəhadət, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt