Dərzilik və toxuculuq – Şəriət Hökmləri.

Dərzilik və toxuculuq.
Sual: Qadınlara aid açıq-saçıq, əxlaqa tam zidd və Qərb mədəniyyətini tərənnüm edən paltarların tikilməsi sexlərində işləməyin, onları tikib qazanc əldə etməyin hökmü nədir?

Həmçinin bu cür geyimlərin istehsalında iştirak etmək olarmı?
Cavab: Bu kimi yerlərdə işləməyə və qazanc əldə etməyə icazə verilmir.

Sual: Mən dərzilik öyrənirəm. İnşallah, əgər dərzi işləsəm və birisi gəlib mənə qısa geyim tikdirsə, mənə günah yazılırmı?
Cavab: Əgər belə geyim haram istifadə üçün olmasa, onu tikməyin maneəsi yoxdur. Amma əgər belə geyimdən haram istifadənin ediləcəyini bilsəniz, bu sövdələşmə harama dəstək və kömək olduğu təqdirdə, haram sayılır.

Sual: Əgər bir şəxs baletdə istifadə edilməsi üçün paltar tikirsə və ya həmin paltarı bəzəyirsə, bu işin hökmü nədir? Bu paltarlar teatr üçün tikilsə, hökm nədir?
Cavab: Əgər haram istifadə məqsədilə olmazsa və harama kömək etmək də hesab olunmazsa, maneəsi yoxdur.

Sual: Mən dərziyəm və iyirmi ildir ki, hicabdayam. İşimlə bağlı paltar şəkilləri paylaşıram. Bilmirəm, bu iş nə qədər düzgündür. Ürəyim narahatdır, amma reklam etməsəm, işim getmir. Mən işimlə bağlı paltar şəkilləri paylaşa bilərəmmi?
Cavab: Əgər geyimlərin satışı və bu yolla gəlir əldə etmək məqsədilə sosial şəbəkələrdə geyim modellərini paylaşmağın hansısa bir fəsadı olarsa, yaxud günaha düşmək qorxusu mövcud olarsa, yaxud da Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunarsa, buna icazə verilmir.

Ayətullah Xameneinin (h) nəzərinə əsasən.