Hüseyn Marko Moreli.
İtaliyalı müstəbsir Hüseyn Marko Moreli. Hüseyn Moreli İtaliyada xristian ailəsində dünyaya gəlmişdir. O, İslam dini ilə tanış olduqdan və araşdırmalar apardıqdan sonra Şiə məzhəbini seçmişdir. Hazırda Əhli-beyt (ə) maarifinin yayılması istiqamətində İtaliyada fəaliyyət göstərir.
Abdullah Dehduh.
Hörmətli müstəbəsir, şəhid Şeyx Abdullah Dehduh (Mərakeş): Abdullah Dehduh 1966-cı ildə Mərakeşdə anadan olmuşdur. Mərakeş əsilli olan bu şəxs, Əhli-beyt (əleyhimus-salam) maarifindən təsirlənərək, geniş araşdırma, dərindən düşünmə və çoxsaylı mütaliələrdən sonra Şiə məzhəbinə keçmişdir. İslam dininə və Əhli-beyt (əleyhimus-salam) maarifinə olan dərin məhəbbəti səbəbilə 1980-ci ildə hövzə elmlərini öyrənmək üçün Qum Elmi Hövzəsinə daxil […]