Müstəbsirlərin əsərləri

Bu әsәr bir tәvazökar çalışmadan ibarәtdir. Bu әsәr bir sәyahәtnamә
sayıla bilәcәyi kimi mәnim yeni bir kәşfimin hekayәsidir. Әlbәttә bu kәşf texniki kәşflәr
növündәn deyil, dini anlayışlar vә mәzhәbi mәktәblәrlә әlaqәdardır. Yә’ni inam alәminә aid bir kәşfdir.

Hәr bir kәşfin insanı başqa mәxluqlardan fәrqlәndirәn ağlın vә
istiqamәtli düşüncәnin mәhsulu olduğunu nәzәrә alaraq, kitabımı batilin qaranlıq
buludları arasında sağlam düşüncә ilә haqqı batildәn ayıran vә sözlәri әdalәt tәrәzisindә çәkib ağlabatan gözünü üstün tutan vә danışıqlarda irәli sürülәn görüşlәri (qәbul vә rәdd etmәdәn qabaq) bir-biri ilә qarşılaşdıran vә sözlәrin bәzәklisinә yox,
mәntiqlisinә tabe olan fәrdlәrә ithaf edirәm. Necә ki, Allah-Tәala buyurmuşdur: “. . . O qullarıma muştuluq ver ki, sözü dinlәyib әn yaxşısına tabe olarlar. Onlar
Allahın doğru yola gәtirdiyi kimsәlәrdirlәr vә onlar ağıl sahibidirlәr”. (Zumәr surәsi,
17-18-ci ayәlәr)
Kitabımı belә olan şәxslәrә ithaf edir vә Allahdan gözlәrimizi açmasını, bizi doğru
yola gәtirmәsini, qәlblәrimizi aydınlaşdırıb bizә haqqı pak vә olduğu kimi göstәrәrәk
ona tabe olmağımızı rahatlaşdırmasını, batili bütün içiboşluğu vә fәsadı ilә bizә
tanıtmasını vә belәliklә ondan uzaq durmağımızı tә’min etmәsini vә bizlәri saleh qullarının sırasına daxil etmәsini dilәyirәm. O, şübhәsiz eşidәn vә qәbul edәndir.
M ә h ә m m ә d  T i c a n i  S ә m a v i