25 il əvvəl, 2000-ci ilin noyabr ayının ortalarında, illik 60 milyard dollar gəlirdən imtina edərək Əhl-i Beyt (Allahın salamı onların üzərinə olsun) davamçısı olan bir şəxs dünyasını dəyişdi.
Eduardo Anielli 1954-cü il iyunun 9-da Nyu-Yorkda anadan olmuşdur. O, Atlantik Kollecini bitirmişdir. Universitet diplomunu “müasir ədəbiyyat” ixtisası üzrə almış, bundan sonra isə ciddi şəkildə şərq fəlsəfəsi və dini ilə maraqlanmışdır. O, Prinston Universitetində təhsil almış, daha sonra Hindistana, ardınca isə İrana gedərək mistika və şərq dinlərini öyrənmişdir. İranda olduğu müddətdə şiə məzhəbinə mənsub islamı qəbul etmişdir. Onun atası – senator Covanni Anielli, İtaliyanın məşhur sahibkarı, Fiat, Ferrari, Lamborghini, Lancia, Alfa Romeo və Iveco şirkətlərinin, bir neçə sənaye zavodunun, özəl bankların, moda şirkətlərinin, çoxtirajlı “La Stampa” və “Corriere della Sera” qəzetlərinin, Ferrari avtomobil yarış klubunun və “Juventus” futbol klubunun sahibi idi. Bundan əlavə, Anielli ailəsi bir sıra tikinti, helikopter və tibbi şirkətlərin əsas səhmdarlarından idi. Ailə o qədər nüfuz və sərvətə malik idi ki, İtaliya mediası onları böyük bir “imperiya” adlandırırdı. İqtisadçılar Anielli ailəsinin illik gəlirini təxminən 60 milyard dollar hesab edirdilər ki, bu da İran İslam Respublikasının neft gəlirlərindən üç dəfə çox idi.
Eduardo və İslam
Eduardo Nyu-Yorkdakı Prinston Universitetində dini fəlsəfə üzrə təhsil almışdı. O, İncil və Tövratı öyrənmişdi, lakin bunlar bir din kimi onu inandıra bilməmişdi. 20 yaşında təsadüfən kitabxanada Qurana rast gəlmiş və bir neçə ayəni oxuyaraq bunun insan sözü ola bilməyəcəyini hiss etmişdi. O, islamı qəbul etmə hekayəsini belə təsvir edir:
“Bir gün Nyu-Yorkda kitabxanada gəzirdim, kitabların adlarına baxırdım. Birdən gözümə Quran sataşdı. Maraqlı gəldi ki, orada nə yazılıb. Onu vərəqləməyə və ayələri ingilis dilində oxumağa başladım. Hiss etdim ki, bu sözlərdə ilahi bir rəng var, bunlar insan sözü deyil. Dərhal ona bağlandım, götürüb daha dərindən mütaliyə etdim və başa düşdüm ki, mən onu qəbul edirəm.”
Bundan sonra Eduardo Nyu-Yorkdakı islam mərkəzinə müraciət edərək müsəlman olmaqda ona kömək etmələrini xahiş etmişdir. Orada ona “Hişam Əziz” adı verilmişdir. Onun müsəlman dostu Muhəmməd İshaq Abdullah belə deyirdi: “Eduardo bəzən sübhə qədər şam işığında Quran oxuyurdu.” Eduardonun islamı müsəlmanlarla ünsiyyət nəticəsində qəbul etməsi iddiası əsassızdır, çünki atasının siyasi və maliyyə mövqeyinə görə heç kim onu yeni dinə dəvət etməyə cəsarət etmirdi. Eduardo doktor Abyani Qədiri ilə görüşdən sonra Şiə məzhəbini qəbul etmiş və özünə “Mehdi” adını seçmişdir.
Eduardo siyasi və maliyyə mövqeyinə görə dünyanın bir çox siyasi və dini liderləri ilə görüşmüşdü, lakin İmam Xomeyni (r) ilə görüşü onun üzərində dərin bir təsir qoymuş, bu görüş onun həyat yolunu kökündən dəyişmişdir. “La Stampa” qəzetinin müxbiri İqorman yazır ki, Eduardo şəhadətindən bir ay əvvəl İrana getmək istəyirdi, lakin valideynləri onun pasportunu gizlətmişdilər.

Eduardoya təzyiq.
Abyani Qədirinin sözlərinə görə, katolik İtaliyada senator Aniellinin oğlunun islamı qəbul etməsi ailə üçün çox ağır idi. Buna görə də ona maliyyə təzyiqi göstərərək islamdan dönməyə məcbur etmək istədilər, hətta onu mirasdan məhrum etdilər. Lakin o, inadla öz imanını müdafiə edirdi. Bu fakt onun intihar versiyasını istisna edir, çünki o, imanına görə milyardlarla dollardan imtina etmişdi. İslam intiharı qadağan etdiyi halda, necə ola bilərdi ki, o, intihar etsin?

İntihar, yoxsa şəhadət?
İtaliyanın ən varlı sahibkarının oğlu və varisi Eduardo Anielli mafioz və israilli təşkilatların gizli məlumatlarından xəbərdar idi. İslamı qəbul etdikdən sonra o, çox təhlükəli görünürdü. O, İranda islam inqilabını müdafiə edir, İtaliyada Salman Rüşdiyə qarşı kampaniya aparır, işğal olunmuş Fələstində sionistlərin cinayətlərini pisləyirdi. Bunun üçün o, hətta İtaliyanın baş naziri və prezidenti ilə telefonla əlaqə saxlamışdı.
O, sionistlərin onu öldürəcəyini əvvəlcədən hiss etmiş və İtaliyadakı İran səfirliyinin mətbuat attaşesinə demişdi ki, “nəhayət, onlar məni islamı qəbul etdiyimə görə öldürəcəklər, ölümümün səbəbini isə intihar, qəza və ya xəstəlik kimi göstərəcəklər.”
Eduardonun şəhidliyi ilə bağlı ən böyük şübhə onun cəsədinin ölümündən dərhal ertəsi gün heç bir istintaq aparılmadan dəfn edilməsidir. Bu, ekshumasiya və araşdırma üçün vaxt qoymamışdı. Hətta polis onun ölümünü rəsmi olaraq “intihar” elan etməzdən əvvəl bəzi qəzetlər Fiat sahibinin oğlunun intihar etdiyi xəbərini yaymışdılar. Eduardonun şəhidliyindən sonra onun həyatı, ideyaları, islamı qəbul etməsi və İrana səfəri senzura edildi. İtaliya mediası iranlı qəzetlərin “qətl” versiyasını müzakirə etmədi. Halbuki Anielli ailəsi ilə bağlı ən kiçik şərh dərhal mediada əks olunurdu. İtaliyanın baş naziri ailəyə başsağlığı verdi, hətta İtaliya və İngiltərə milli futbol komandalarının oyunu başlamazdan əvvəl stadionda Eduardonun xatirəsinə bir dəqiqəlik sükut elan edildi.

Onun ölümündən sonra ona aid bütün sənədlər aradan götürüldü. Hətta özünün yaratdığı sənədli film də İtaliyanın birinci kanalının arxivindən silindi. Bir neçə il sonra Eduardonun yaxın dostu Luka Koetani Luatli də eyni ssenari ilə öldürüldü. O da Eduardo ilə birlikdə İrana gəlmiş və şiə məzhəbini qəbul etmişdi. Luka İtaliya oliqarxiyasına mənsub idi. Onun atası “İtaliya şərabının sultanı” kimi tanınırdı. Onun da Eduardo ilə eyni aqibəti yaşaması göstərir ki, “intihar” gəncləri aradan götürmək üçün əsas taktikalardan biridir – onlar cəhalət qaranlığında qalmaq istəmirdilər.
Noy 24 2025
Şəhid Eduardo Anielli!

By azari • Hidayət olanların tərcümeyi-halı 0 • Tags: #Allah #Quran #Islam #Din #Axirət #İman #Nur #Cənnət #Muhəmməd #Məhdi #Şiə, #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #şəhid_eduardo #şəhid_anielli #eduardo_anielli italiyalı_şəhid