Əyyame-Fatimiyyə (Fatimiyyə günləri).

اللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبیها وَ بَعْلِها وَ بنیها وَالسِّرِّ الْمُسْتَوْدَعِ فیها بِعَدَدِ ما اَحاطَ بِه عِلْمُکَ

Hz Fatimeyi Zəhranın (s) hüzn dolu şəhadətinin ildönümü münasibətilə, başda İmam Zaman (ə.f) olmaqla bütün Əhli-Beyt (ə) ardıcıllarına baş sağlığı veririk.. 🤲🥺

Əyyame-Fatimiyyə haqqında qısa məlumat:

Əyyame-Fatimiyyə — Şiə məzhəbində Muhəmməd Peyğəmbərin (s) əziz qızı Fatimeyi Zəhranın (ə) şəhadət günlərinə həsr olunmuş matəm və əza günləridir. Tarixi mənbələrdə o həzrətin şəhadət tarixi ilə bağlı ixtilaf olduğuna görə bu günlər ildə iki dəfə qeyd olunur.

📅 Birinci matəm versiyası Cəmadiul-Əvvəl ayının 13-də baş verib — rəvayətə görə, Xanım Fatimeyi Zəhra (s) İslam Peyğəmbərinin (s) vəfatından 75 gün sonra bu fani dünyanı tərk etmişdir.

📅 İkinci matəm tarixi isə Cəmadius-Sani ayının 3-ə təsadüf edir — başqa bir rəvayətə görə, o həzrət, Peyğəmbər Əkrəmin (s) vəfatından 95 gün sonra şəhid olmuşdur.

🕯 Bu günlərdə Şiələr — İslam Peyğəmbərinin (s) pak Əhli-Beytinin (ə) davamçıları — məscidlərdə, hüseyniyyələrdə və dini məkanlarda toplaşaraq matəm mərasimləri, moizələr, mərsiyələr keçirir və hz Fatimənin (ə) atasının vəfatından sonra çəkdiyi əziyyətləri, müsibətləri yad edirlər.

Fatimiyyə-günləri xüsusilə İran, İraq, Azərbaycan və digər Şiə əhalisinin yaşadığı ölkələrdə geniş şəkildə qeyd olunur.

قال رسول الله ص:
إنَّ فاطِمةَ بَضعَةٌ مِنّي و هِىَ نورُ عَيني و ثَمَرَةُ فُؤادي؛ يَسوؤُني ما ساءَها و يَسُرُّني ما سَرَّها و إنَّها أوَّلُ مَن يَلحَقُني مِن أهلِ بَيتي؛
الامالی، صدوق، ص ۵۷۵.
Muhəmməd Peyğəmbər (s) buyurur:
“Fatimə mənim bir parçamdır. O, gözümün nuru və qəlbimin meyvəsidir. Ona əziyyət edən, mənə əziyyət etmiş, onu sevindirən, məni sevindirmişdir. O, mənim əhli-beytimdən mənə ilk qovuşan şəxs olacaqdır.”
(Əl-Əmali, Şeyx Səduq, səh. 575)