Şəhadət Günəşi – Ayətullah Xameneinin (h) çıxışlarından seçmələr.

sehadet-gunesi-dinikitabcom

Şiəlik – məhəbbət məzhəbi Şiəlikdə təbliğat məhəbbət və eşq əsasında aparılır. Şiəlik məhəbbət məzhəbidir və məhəbbət şiəliyin özəl xüsusiyyəti. Şiəlik kimi məhəbbətlə əlaqədar olan az məktəb, məslək, din, ayin və təriqət tapmaq olar. Şiəliyin kökü məhəbbət zülalındadır, təvəlla və təbərra, sevgi və nifrət dinidir.

Onda eşq və məhəbbət düşüncə və ağılla uyğun və çiyin-çiyinədir, iman duyğusal bağlılıqla yanaşıdır. Şiələrin etiqad və imanları hərəkət və əməl məqamında lazımi təsiri belə kəsb edir. Hәmin qəribə və sehrli xüsusiyyət bütün sərt müxalifətlərə və geniş düşmənçiliklərə baxmayaraq, belə bir məktəbin və təfəkkürün bu günə qədər yaşamasına bais olmuşdur. Əhli-beyt (ə) məhəbbəti İslam təfəkküründə ən üstün dərəcəli məhəbbətdir və bu fəxr Şiəyə məxsusdur. Bu məhəbbətin zirvəsi həzrət Əbu Abdullaha (ə) hörmət və eşqdə təzahür olunub, Aşura və Kərbəla hadisəsində – ən yaxşı Allah adamlarının fədakarlığı macərasında Şiə tarixi və mədəniyyəti üçün yadigar qalmışdır. Tarix boyu ruhani və din təbliğatçıları dini həmin hadisənin sayəsində qorumuşlar. İndi də belədir, Əbu Abdullahın (ə) əza çadırı din təbliğatı məclisi, inancların və ilahi hökmlərin bəyan edildiyi və xalqa moizə olunduğu yerdir. Təbliğatçılar məhərrəm və səfər aylarında xalqın hisslərini dinə və imana sarı yönəldirlər. Hətta ramazan ayında Allah ziyafəti də Əbu Abdullahın (ə) məhəbbət çadırında keçirilir, bu ayın mənəvi bərəkətləri və nuru İmam Hüseynə (ə) təvəssül süfrəsində paylanır. İlin digər günlərində dətəbliğat məclisləri və minbərlər, hansı adla və hansı bəhanə ilə olsa belə, irfan və qəhrəmanlığın bu əzəmətli binası sayəsində qurulur. Əsrlər boyu və son bir neçə əsrdə bizim cəmiyyətimizdə dinə dair bu baxış və bu xatırlatma Hüseyn ibn Əlinin (ə) adı ilə bağlı olmuş və müəyyən həddə dini xalqın yaddaşında saxlamışdır. Bu geniş kanal inqilabda işə yaradı. Bizim Aşura hadisəsinə  əsaslanan inqilab təfəkkürümüz bütün ölkəyə çəkilmiş bu nizam-intizamlı kanallarla hər yerə yayıldı və xalqı səhnəyə çıxardı. Əgər bizim ölkəmizi bu məsələdə digər müsəlman ölkələri ilə müqayisə etsəniz, İmam Hüseynin (ə) adının yaşanmadığı yerdə açıq fərqi müşahidə edərsiniz. Bu bizim cəmiyyətimizə özəl xüsusiyyətlər bəxş etmişdir.