Mərhum Nurəddin Müdərrisi Çəhardəhi 1918-ci il, Şəban ayının on beşi (Niməyi-Şəban) gecəsi, Kərbəlada, ruhani bir ailədə dünyaya göz açmışdır. Atası tərəfdən nəsəb silsiləsi “Gövhəri Murad” kitabının müəllifi Molla Əbdürrəzzaq Lahiciyə, ana tərəfdən isə Seyyid Bəhrülülum’a çatır. Babası Ayətullah Mirzə Muhəmməd Əli Müdərrisi Çəhardəh Şiə aləminin tanınmış alimlərindən olub, Əllamə Ağa Şeyx Böyük Tehrani və Ayətullah Mərəşi Nəcəfinin ustadı olmuşdur.
O, bir müddət sonra ailəsi ilə birlikdə İrana (Gilan bölgəsinə) qayıtmış və gəncliyinin ilk çağlarında təsəvvüfə və irfani meyllərə üz tutmuşdur. Nurəddin Müdərrisi Çəhardəhi dinlər, məzhəblər, məktəblər və müxtəlif cərəyanlar sahəsində geniş araşdırmalar aparmış, həmin yolların böyükləri ilə yaxın ünsiyyətdə olmuşdur.
Yəhudi dinini yəhudi hahamlarından öyrənmiş, Tövrat və Babil və Qüds Talmuduna olan dərin biliyi sayəsində yəhudi şəriətinə aid 613 hökmü ivrit dilindən farscaya tərcümə etmişdir.
Xristianlığı Səid xan Kürdistani və professor Millerin yanında öyrənmiş, hətta katolik, ortodoks və protestant məzhəblərinə əməli şəkildə daxil olmuş, altı ay kilsədə yaşayaraq ibadətlə məşğul olmuş və keşişlər zümrəsinə daxil olmağa hazırlaşmışdır.
Sonra zərdüştilik dininə daxil olmuş, Hoşəng ayinini tanınmış mobədlərdən olan Rəşid Şəhmərdanın yanında öyrənmiş və bir müddət onunla yaxın münasibətdə olmuşdur.
Hind dinlərini, jogilər məktəbini və Sənkhya fəlsəfəsini Abbas Şuştəri (Məhrin) vasitəsilə öyrənmişdir.
Manilik və Mitraizmi ustad Zəbih Behruzun yanında təhsil almışdır. Nöqtəviliyi Nöqtəvilərin rəhbəri Muhəmməd Babadan öyrənmiş, onun tərəfindən canişin təyin edilərək “Baba” tituluna layiq görülmüşdür.
Bu mərhələlərin hamısı keçici olmuşdur və onun qeyd olunan dinlərə tam və qəti şəkildə meyl etdiyini söyləmək olmaz. Çünki əvvəlcədən mövcud olan sufi və irfani meylləri səbəbilə, o, təsəvvüf silsilələrinə də ixtisaslı şəkildə daxil olmuş və bu sahədə mütəxəssis səviyyəsinə çatmışdır. Məsələn, Xaksar təriqətində “Şeyx-i İrşad” məqamına yüksəlmiş, Zəhəbiyyə təriqətində də irşad icazəsi almışdır. Digər məsləklərdə də son həddə qədər irəliləmiş, bir neçə yol üzrə irşad icazəsi əldə etmiş, lakin qütb olmamışdır.
Nəhayət, o, getdiyi bütün bu yolların, xüsusilə təsəvvüfə olan əsas meylinin və inanc dəyişikliklərinin batil və azdırıcı olduğunu dərk etmiş, bu səbəbdən təsəvvüfdən tam şəkildə uzaqlaşmış və Şiəliyi qəbul etmişdir.
Mərhum Çəhardəhi təsəvvüf bağlarından qurtulduqdan sonra, sufiləri daha düzgün tanıtmaq məqsədi ilə bir sıra kitablar qələmə almışdır. O, “İranın sufi silsilələri” adlı kitabının müqəddiməsində belə yazır:
“Bu aciz bəndə yetkinlik yaşının əvvəlində təsəvvüfə qarşı şiddətli və izaholunmaz bir meyl hiss etdi. Bu meyl ailəmin yoluna zidd idi. Çünki ata və ana tərəfdən nəsillərim öz dövrlərinin böyük alimləri və müctəhidləri idilər. Ariflərin kitablarına üz tutdum, harada bir dərviş var idisə, ona tərəf tələsirdim. İrfanı öyrəndim, terminologiyaya vaqif oldum, süluk yolunu tanıdım… Bir neçə silsilədən irşad icazəsi aldım, bir-birinə düşmən olan müxtəlif təriqət rəhbərlərini görmək üçün səfərlərə çıxdım, vaxtımı, malımı, xidmətimi əsirgəmədim… İslam təsəvvüf silsilələrinin gizli zikrlərini, hind nəfəs həbsini, zərdüşti və siklərin süluklarını böyük ciddiyyətlə yerinə yetirdim və qırx beş il – gənclik illərimin hamısını əhatə edən bir müddət – bu yolda sərf etdim… Nəhayət, bir ömürlük araşdırmadan sonra anladım ki, təsəvvüf kürsüsündə oturanların əksəriyyəti nə əməli süluk çəkmiş, nə də irfan elmindən bəhrələnmişdir.”
Tarixdə Müdərrisi kimi şəxslər çox olmuşdur ki, irfan və mərifət eşqi ilə bu firqəyə cəlb olunmuş, lakin sufilərin iddiaları ilə uyğun gəlməyən ziddiyyətli təlim və davranışlarını gördükdən sonra onlardan ayrılmışlar. Bəziləri – Kivan Qəzvini və Mədrəsi Çəhardəhi kimi – bu firqənin inanc və davranış incəliklərini illərlə öyrəndikdən sonra, saxta irfanın təhlükəsini həm aldanmış üzvlərə, həm də həqiqi irfan axtaranlara xəbərdarlıq etmişlər.
İnsan ağlı hər bir çətinlikdə mütəxəssisə müraciət etməyi hökm edir. Mənəvi və irfani süluk yolunu axtaranlar, bu sahənin əhli olan şəriətə bağlı alimlərə müraciət etməlidirlər. Çünki onlar həm Allah yolunu, halal-haram sərhədlərini tanıyır, həm də nəfslə mübarizə apararaq ruhlarını tərbiyə etmişlər. O, nəhayət, ruhi süluku qəbul edir, lakin mürid–mürşid münasibətlərini (məşhur təsəvvüf formasını) alver hesab edirdi.
Mərhum Çəhardəhi çoxsaylı ustadları arasında Abbas Kivan Qəzviniyə xüsusi bağlılıq hiss etmişdir. O, on altı yaşında Kivanın hüzuruna yol tapmış və həmin şəxsiyyətin vəfatına qədər onun yanında elmi və əməli irfan təlimləri almış, ruhi tərbiyə görmüş və hətta inanc dəyişikliyini də birlikdə yaşamışdır.
O, 1997-cı il, 3 Dekabr tarixində (2 Şəban) bu maddi aləmlə vidalaşmış və Tehrandakı Behişti Zəhra qəbiristanlığında, 37-ci hissə, 147-ci sıra, 32-ci məzarda dəfn edilmişdir.
Nurəddin Müdərrisi Çəhardəhinin çap olunmuş əsərləri bunlardır:
1. Xaksar və Əhli-Həqq – Xaksar firqəsi və Əhli-Həqqin on bir qolu haqqında – (Əşraqi Nəşriyyatı, Tehran).
2. İranın sufi silsilələri – (Elmi-Mədəni Nəşriyyat, Tehran).
3. Təsəvvüfə bir baxış – (Əşraqi Nəşriyyatı, Tehran).
4. Xaksar və Əhli-Həqq firqələrinin sirləri – (Peyke Fərhəng, Tehran).
5. Əhsadan Kermana qədər – Şeyxiyyə etiqadları haqqında – (Mir Qutenberq, Tehran).
6. Həsən Səbbahın tanınması və onun qeyri-adi işləri – (Qutenberq Nəşriyyatı, Tehran).
7. Siklərin tanınması – (Qutenberq Nəşriyyatı, Tehran).
8. Bəhaiyyə necə yarandı – (Afərineş Nəşriyyatı, Tehran).
9. Vəhhabilik və kökləri – (Afərineş Nəşriyyatı, Tehran).
10. Peyğəmbərlik və ilahlıq iddiaçıları – (Afərineş Nəşriyyatı, Tehran).
11. Bab kimdir və sözü nədir – (Afərineş Nəşriyyatı, Tehran).
12. Yoqa məktəbi və 84 oturuşu – (Qutenberq Nəşriyyatı, Tehran).
13. Sabiilər və cəbr–ixtiyar mövzusu – (Qutenberq Nəşriyyatı, Tehran).
14. Yoqa məktəbinin gizli sirləri – (Parsa Peyk-e Fərhəng, Tehran).
15. Ruhlarla əlaqə (spiritizm) – (Afərineş Nəşriyyatı, Tehran).
16. Cazibə qanunundan kənarda beyin nəğməsi – (müəllif nəşri, Tehran).
17. İrfannamə – Keyvan Qəzvininin əsəri –Nurəddin Çəhardəhinin müqəddimə və haşiyələri ilə – (Afərineş Nəşriyatı, Tehran).
18. Xəyyam rübailərinin şərhi – Keyvan Qəzvininin əsəri – Nurəddin Çəhardəhinin müqəddimə və haşiyələri ilə – (Qutenberq Nəşriyyatı, Tehran).
19. Keyvanın söhbətləri – Keyvan Qəzvinidən Yeddi Risalə – Nurəddin Çəhardəhinin müqəddimə və haşiyələri ilə – Afərineş Nəşriyyatı, Tehran).
20. Əbu Səid Əbulxeyrin həyatının şərhi – Nurəddin Çəhardəhinin müqəddimə və haşiyələri ilə – Afərineş Nəşriyyatı, Tehran).
21. Sual-cavab – Nurəddin Çəhardəhinin əsəri (çapa hazırdır).
22. Ruh meyarında dinlər və məzhəblər – Nurəddin Çəhardəhinin əsəri (çap olunmayıb).
23. Çardəhinin məktubları – Nurəddin Çəhardəhinin əsəri (çap olunmayıb).
24. Ruhlarla əlaqə (2-ci cild) – Nurəddin Çəhardəhinin əsəri (çap olunmayıb).
25. Zahir əd-Dövlənin “Yalansız Tarix” əsəri, Nurəddin Çəhardəhinin müqəddiməsi ilə – (Mənuçehri Nəşriyyatı, Tehran).
Həmçinin onun “Vəhid” və “Xandənihə” jurnallarında dərc olunmuş məqalələri də mövcuddur.
1. Bir-biri ilə düşmənçilik.
2. İranın sufi silsilələri, Nurəddin Müdərrisi Çəhardəhi, Elmi və Mədəni Nəşriyyat, 2-ci çap, səh. 1
Fev 23 2026
Nurəddin Müdərrisi Çəhardəhi.

By azari • Hidayət olanların hekayələri 0 • Tags: #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #istibsar #mustebsir #müstəbsir, #muselman #şiə #sünni #xristian #məsihi #islam #haqq #hidayət #nur, #nurəddin_müdərrisi_çəhardəhi