Quran, Bəqərə surəsi, 233-cü ayə – Əl-Mizan təfsiri əsasında.

وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ .بَصِيرٌ (الهود، 233)

Analar övladlarına tam iki il süd verməlidir. (Bu,) süd verməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah yazılmaz. Əgər uşaqlarınıza süd anası tutmaq istəsəniz və (süd haqqını )müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Hud surəsi, ayə 233).

Ayənin mövzusu – Əl-Mizan təfsiri əsasında – qısa xatırlatma.

Ayə südvermə dövrü, ana-ata məsuliyyəti, atanın maddi təminatı, ananın zərərə salınmaması, qarşılıqlı razılaşma və uşağın xeyrinin əsas meyar olması haqqındadır.

Əllamə Təbatəbai bu ayədə əsas diqqətin uşağın hüququnun qorunmasına yönəldiyini qeyd edir. Ayədəki bütün hökmlər – ana, ata və digər şəxslərlə bağlı göstərişlər – əslində körpənin mənafeyini təmin etmək məqsədi daşıyır!

1. Südvermə müddəti.

Ayədə qeyd olunan “iki tam il” hökmü, vacib mənasında deyil, normal və kamil südvermə müddətini göstərən bir ölçüdür. Yəni ayə ana südü ilə bəslənmənin tam və ideal müddətinə işarə edir.

2. Ananın rolu və hüququ.

Ana uşağa süd verməklə təbii və fitri bir vəzifəni yerinə yetirir. Lakin ayə açıq şəkildə bildirir ki:

ana bu vəzifəyə görə zərərə salınmamalı,

ona təzyiq göstərilməməli,

onun fiziki və ruhi vəziyyəti nəzərə alınmalıdır.

3. Atanın maddi məsuliyyəti.

“Onların ruzisi və geyimi ataya aiddir” ifadəsi göstərir ki, uşağın dolanışığı və ananın yaşayış xərcləri şəri baxımdan atanın öhdəsinə düşür.

Əllamə Təbatəbai vurğulayır ki, bu xərclər:

atanın maddi imkanına uyğun olmalı,

israf və çətinliyə səbəb olmamalıdır.

4. Qarşılıqlı zərərin qadağan edilməsi.

Ayədəki “ana uşağa görə zərərə salınmasın, ata da uşağa görə zərərə salınmasın” cümləsi Əl-Mizanda “ümumi hüquqi prinsip” kimi izah edilir.

Yəni: nə ana uşağı bəhanə edərək ataya zərər vurmalı, nə də ata uşağı bəhanə edərək anaya təzyiq göstərməlidir.

5. Südvermənin dayandırılması.

Əllamə Təbatəbai qeyd edir ki, südvermə müddətinin iki ildən az edilməsi yalnız: ata və ananın qarşılıqlı razılığı və məsləhətləşmə
şərti ilə mümkündür.

Bu da göstərir ki, İslam ailə hüququnda tək tərəfli qərar əsas sayılmır.

6. Süd anası tutulması.

Əgər uşaq üçün başqa qadın süd ana kimi tutulursa, bu iş: şəri baxımdan caizdir (icazəli), lakin müqavilə və ödəniş düzgün və ədalətli şəkildə yerinə yetirilməlidir.

Əsas meyar yenə uşağın mənafeyidir!