Nimeyi-Şəban gecəsinin bəzi əməlləri.

Bismilləhir Rahmənir Rahim!

Nimeyi-Şəban gecəsinin bəzi əməlləri.
1. Qüsl almaq.

Niyyət: Nimeyi-Şəban gecəsinin qüsulunu alıram qurbətən iləllah.
2. Əhya saxlamaq (gecəni səhərə qədər oyaq qalıb, dua və ibadətlə keçirmək).
Rəvayətdə nəql olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir.
3. İmam Hüseyn (ə) ziyarət etmək.
4. Kumeyl duasını oxumaq.
5. Zikr etmək.
Təsbihati-ərbəə zikrini 100 dəfə (subhənallahi vəlhəmdulilləhi və-lə iləhə illəllahu vəllahu əkbər) demək.
6. Cəfəri Təyyar namazını qılmaq.
7. Oruc tutmaq.