
Müasir dünyagörüşlü hüquqşünas ki, Seyyidüş-Şühədanın (əleyhis-səlam) müsibətlərinə ağlamaq qəlbini iman nuru ilə nurlandırdı!
Ailəsi və həyatının başlanğıcı.
“Əl-Ətüm” ailəsi əsil-nəcabətli və köklü ərəb qəbilələrindəndir. Bu qəbilə uzun illər Şimali-Qərbi Afrika bölgəsində, indiki Mərakeş ərazisində yaşamışdır. Onlar Qəhtani ərəblərindən olmuş, Afrikaya köç etməzdən əvvəl İslam fəthlərində mühüm rol oynamış, Şimali-Qərbi Afrikanın fəthi zamanı bu ərazilərdə məskunlaşmış və zaman keçdikcə həmin bölgədə tanınmış bir nəsil kimi məşhurlaşmışlar. Daha sonra bu qəbilənin bir hissəsi bu gün İordaniyada qədim vilayət sayılan “Cərəş” bölgəsinə köç etmişdir. Şeyx Hüseyn Yaqub da bu qolun nümayəndələrindən idi və ata-babaları həmin ərazidə məskunlaşmışdılar. O, həyatının ilk çağlarından Cərəş bölgəsinin “Kəfərxəl” adı ilə tanınan dağlıq ərazisində yaşamış və öz bölgəsində “Əl-Ətüm” qəbiləsinin başçısı olmuşdur.
Şeyx Hüseyn hicri-qəməri 1358-ci ildə xeyirli və bərəkətli bir övlad sahibi oldu. O, oğluna Həzrət Peyğəmbərin (salləllahu əleyhi və alih) mübarək adına ehtiram olaraq Əhməd adını verdi və onu özünün və bölgənin istedadlı, ağıllı qadınlarından olan anasının himayəsində böyütdü.
Təhsili.
Mərhum və məğfur Əhməd Hüseyn uşaqlıq yaşlarından təhsilini doğma yurdunda başlamış, daha sonra təhsilini tamamlamaq üçün Misirə getmiş və orta təhsil mərhələsini bu ölkədə başa vurmuşdur. O, bu mərhələni bitirdikdən sonra Dəməşqə yollanmış və bu şəhərin universitetində hüquq ixtisası üzrə ali təhsilini davam etdirərək müvafiq diplom almışdır. Elm axtarışındakı tükənməz şövqü onu Livana aparmış və orada da hüquq sahəsində əlavə ixtisas təhsili keçmişdir. O, bu ölkədə ikinci diplomunu almış, həmçinin Beyrut şəhərində yerləşən Hikmət Universitetindən hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır. O, təcrübəli vəkil və peşəkar hüquqşünas olmuş, eyni zamanda dini biliklərə malik olduğu üçün bəzi bölgələrdə cümə imamlığı vəzifəsini də icra etmişdir. Onun digər fəaliyyət sahələrinə bələdiyyə sədrliyi və jurnalistlik də daxil idi. Bir sözlə, cənab Əhməd Hüseyn Yaqub tam mənada elmi və mədəni bir şəxsiyyət idi, onun bütün fəaliyyəti elm, ədəbiyyat, mədəniyyət və qanunla bağlı olmuşdur.
Hidayət qığılcımı.
Əhməd ilk gündən etibarən açıq fikirli, tənqidçi və həqiqət axtaran bir şəxsiyyət idi. Onun Beyrut Universitetində yazdığı dissertasiyanın mövzusu “İslam şəriəti və tarixi baxımından dövlət rəhbərliyi və xilafətin tənqidi araşdırılması və bu sahədə təqlidçi yanaşma” idi. O, dissertasiyasını müdafiə etmək üçün Beyruta səfər etdiyi zaman ilahi hidayət nuru onun əlinə həyat yolunu dəyişdirən bir kitab verdi. Bu kitab sünni məzhəbinə mənsub bir müəllif tərəfindən Kərbəla hadisəsi haqqında yazılmış “Əbnaur-Rəsul fi Kərbəla” (Peyğəmbər övladları Kərbəlada) adlı əsər idi. Müəllifi Xalid Muhəmməd Xaliddir.
Hərçənd ki, kitabın müəllifi Aşura faciəsinin cinayətkarlarını təmizə çıxarmağa çalışmışdı, lakin Seyyidüş-Şühədanın (əleyhis-səlam) bayrağının əzəməti və hidayət qüdrəti Əhmədin qəlbini istər-istəməz həqiqəti axtarmağa sövq etdi. Əhməd bu barədə yazır: “Bu kitabı bir qədər oxuduqdan sonra İmam Hüseynə (əleyhis-səlam), onun Əhli-beytinə və səhabələrinə edilənlər qəlbimi dərin şəkildə sarsıtdı.” O bildirir ki, İmam Hüseynin (əleyhis-səlam) şəhadətindən xəbərdar olmaq qəlbini dərin şəkildə yaraladı və bu yaralı qəlb yalnız daha çox kitab oxumaqla sakitləşirdi. Buna görə də o, şiə mənbələrində daha geniş araşdırma aparmağa qərar Verdi, çünki bilirdi ki, İslam tarixində İmam Hüseynin (əleyhis-səlam) qanını tələb edən yeganə bayraqdar məzhəb şiəlikdir. Əvvəlcə mərhum Əllamə Şərəfuddinin “Əl-Muraciat” kitabını əldə edib diqqətlə oxudu. Bu və digər kitabları dərindən mütaliə etdikdən sonra zehnində çoxsaylı suallar yarandı. Bu suallar qəlbinin dənizini fırtınalı dalğalar kimi sarsıdırdı. Açıq fikirli və haqq axtaran bir şəxsiyyət olduğu üçün Livandakı mövcud azad mühitdə tədqiqatlarını daha da genişləndirdi.
Əhməd daha geniş araşdırmalara qərar verdikdən sonra İslam tarixini etnik və məzhəbi təəssübkeşliklərdən uzaq, tam bitərəf şəkildə araşdırmağa başladı ki, hadisələr haqqında düzgün hökm verə bilsin.
O, hələ rəsmi şəkildə şiə olduğunu elan etməzdən əvvəl qısa müddətli Tehrana səfər etdi və İranda xalqın Əba Əbdillah Hüseynin (əleyhis-səlam) müsibətləri ilə bağlı mərasimlərində iştirak etdi. Bu səfər onun hidayət yolunun sürətlənməsində güclü bir amil oldu. O bu barədə deyir: “İrana və Tehrana səfərimdən sonra müxtəlif mənbələrdən araşdırma və qeydlərimi kədər və hüzn içində davam etdirdim. Getdikcə hər dəfə Həzrət Zeynəbin (salamullahi əleyha) müqəddəs məzarını ziyarət edərkən oxuduqlarım sanki gözlərim önündə canlanırdı. Tədqiqatlarımı Əhli-beyti (əleyhimus-salam) sevən həqiqi alimlərə təqdim etdikdə isə məni daha da təşviq edir və deyirdilər ki, siyasi düşüncəni nəzərə alsaq, bu qeydlər mütləq fərqli bir kitaba çevriləcək.”
İstibsar.
Əhməd Hüseyn demişdir ki, Hikmət Universitetinə daxil olduğu vaxtdan etibarən qəlbi heç bir şübhə və tərəddüd qalmadan Əhli-beyt (əleyhimus-salam) məzhəbinin nuru ilə işıqlanana qədər təxminən on dörd il vaxt keçmişdir [1]. O bildirirdi ki, Əhli-beytin (əleyhimus-salam) tarix boyu müsəlmanlar üçün ən doğru sığınacaq və müraciət mənbəyi olduğunu dərk etmişdir. Lakin onların düşmənləri daim onları kənarlaşdırmağa çalışmış və onların yerinə fikri, etiqadi və əməli sapmalara malik, heç vaxt Əhli-beytin (əleyhimus-salam) yerini tutmağa layiq olmayan şəxsləri xəlifə və hakim kimi təqdim etmişlər. İllər boyu azğın alimlərin fikirlərini təqlid etdiyini anlayan Əhməd Hüseyn dərin peşmançılıq hissi keçirmiş, bu səbəbdən namazlarının qunutunda şiddətlə ağlamış və Allahdan qəlbini daim iman nuru ilə nurlandırmasını diləmişdir. Nəhayət hicri-qəməri 1408-ci il ətrafında rəsmi şəkildə Şiə məzhəbinə keçmiş və bunu açıq şəkildə elan etmişdir.
O, həqiqəti tapdıqdan sonra Allah-taala ilə əhd bağladı ki, ömrünün sonunadək Əhli-beytin (əleyhimus-salam) məqamını qoruyacaq, başqalarını da çatdığı bu həqiqətə yönəldəcək və qələm və dil silahı ilə tarix boyu onlara zülm edənlərə qarşı onların hüquqlarını müdafiə edəcəkdir.
Əsərləri.
Mərhum Şeyx Əhməd Hüseyn Yaqubun ömür boyu apardığı fikri, mədəni və etiqadi mübarizənin bəhrəsini onun Əhli-beyt (əleyhimus-salam) məzhəbinin müdafiəsi və ona zidd düşüncələrin ifşası sahəsində qələmə aldığı dəyərli əsərlərində görmək mümkündür. O, iyirmiyə yaxın qiymətli əsər qoyub getmişdir ki, onların ən mühümlərindən biri “Kərbəla, əs-Səvra və əl-Məsaə” (Kərbəla – qiyam və müsibət) adlı kitabıdır.
Şeyx Əhməd deyir: “Doqquzuncu kitabım olan ‘Məsahətun lil-hivar’ nəşr edildikdən sonra Kərbəla mövzusu ətrafında yazmağa başladım. Bu kitabı yazdığım günlər həyatımın ən kədərli günləri idi, çünki araşdırmalarım zamanı əldə etdiyim hər bir qeydlə ağlayırdım və qəlbimdə bu sual yaranırdı: insan Kərbəlada baş verənləri eşidib necə ağlamaya bilər?!”
Mərhum Əhməd Hüseynin qələmi hüquqi yönümlü olduğu üçün onun əsərlərini Əhli-beytə (əleyhimus-salam) edilən zülmlərin hüquqi müdafiəsi kimi qiymətləndirmək olar. Bu qələm azacıq da olsa insanlıq duyğusu olan hər bir kəsin vicdanını yaralayır [2].
Mərhum ustad Əhməd Hüseyn Yaqubun bəzi əsərlərinin siyahısı aşağıdakılardan ibarətdir:
- Kərbəla, əs-Səvra və əl-Məsaə.
- ən-Nizam əs-Siyəsi fil-İslam (İslamda siyasi sistem); müəllif bu kitabda İslamda siyasəti fiqh, tarix və s. baxımından şiə və sünni məzhəbləri arasında müqayisəli şəkildə araşdırmış və daha sonra nəticə çıxarmışdır.
- Nəzəriyyətu Ədalətis Səhabə vəl -Mərcəiyyət əs-Siyəsiyyə fil-İslam; (Səhabələrin ədaləti nəzəriyyəsi və İslamda onların siyasi mərcəliyi); bu kitabda müəllif səhabələrin ədaləti mövzusunu şiə və sünni iki məzhəbin baxışları əsasında müqayisəli və bitərəf şəkildə araşdırmış, sonra isə nəticə təqdim etmişdir.
- Murtəkəzat əl-Fikr əs-Siyasi (İslamda siyasi düşüncənin əsasları); bu kitabda müəllif müxtəlif müsəlman firqələrinin və ideoloji cərəyanlarının müasir siyasi yanaşmalarını araşdırmışdır.
- əl-Xutat əs-Siyəsiyyə li-Təvhid əl-Ummətil İslamiyyə (İslam ümmətinin birliyinin yaradılması üçün siyasi strategiyalar).
- Tabiət əl-Əhzab əs-Siyəsiyyə əl-Ərabiyyə (Ərəb siyasi partiyalarının mahiyyəti); bu əsərdə ərəb dünyasının siyasi partiyaları Əhli-beyt (əleyhimus-salam) məktəbi ilə müqayisə edilmişdir.
- əl-Vəciz fil-İməmə vəl-Vilayə (İmamət və vilayət haqqında qısa risalə); müəllif bu əsərdə vilayət və imamət anlayışlarını araşdırmış, bu anlayış çərçivəsində xilafət və imamət tarixini təhlil etmişdir.
- Məsahə lil-Hivar, min əclil Vifaq və Mərifət əl-Həqiqə (Anlaşma və həqiqəti tanımaq üçün dialoq meydanı); bu kitabda möhtərəm müəllif sünni məzhəbindən olan dostu ilə apardığı dialoq formasında şiə məzhəbinin bəzi həqiqətlərini izah edir.
- əl-Haşimiyyun fiş-Şəriə vət-Tarix (Bəni-Haşim İslam şəriətində və tarixdə).
- Həqiqətul- İtiqad bil İmam əl-Məhdi əl-Muntəzar (əleyhis-salam): (İmam Mehdi Muntəzər (əf) inancının həqiqəti); bu kitabda İmam Zamanın (əleyhis-salam) şəxsiyyəti və tanınması, habelə onun mövcudluğunun müxtəlif mənbələr əsasında sübutu araşdırılmışdır.
- Əynə Sunnətur Rasul, və Məzə Fəəlu bihə; (Peyğəmbərin sünnəsi haradadır və onunla nə etmişlər?); bu kitabda müəllif Peyğəmbərin (salləllahu əleyhi və alih) həqiqi sünnəsini tanıtmağı qarşısına məqsəd qoymuş, bu sünnəni təhrif edənləri göstərmiş və onun həqiqi davamçıları kimi yalnız Əhli-beyt ismət və paklıq sahiblərini (ə) və onların ardıcıllarını təqdim etmişdir.
- əl-İctihad beynəl Həqaiquş-Şəriyyə vəl Məhəzil ət-Tarixiyyə (İctihad – şəri həqiqətlərlə tarixi məsxərələr arasında).
- əl-Mərcəiyyətu Siyəsiyyə fil İslam (İslamda siyasi mərcəlik).
- Muxtəsərul Muvəcəhə (Qısa qarşıdurma).
“Ədalətus-Səhabə” kitabının yenidən nəşri ilə bağlı bir xatirə.
İordaniya vəqflər naziri sələfi və vəhhabı təəssübkeşlərin təhriki ilə ustad Əhməd Hüseynin “Ədalətus-Səhabə” kitabının nəşrinin qarşısını almaq istəyirdi. Şeyx Əhməd bacarıqlı jurnalist olduğu üçün redaktoru və yazarı olduğu qəzetin bir sayında bu etiraza açıq şəkildə yer verdi. Bu addım təsirsiz qaldıqda, o, vəqflər nazirinə qarşı rəsmi şikayət etdi. Şikayət hüquqi nəticə verməsə də, nazir onu görüşə dəvət etdi. Şeyx Əhməd əvvəlcə hüquqi məntiqlə danışaraq dedi: “Siz kitabımın nəşrini qadağan etmisiniz, halbuki İordaniyada müxtəlif mövzularda kitab və məqalələrin nəşri azaddır. Siz hətta İslama zidd fikirləri təbliğ edən, Qərb müəlliflərinə aid kitabların nəşrinə icazə verirsiniz, amma yalnız tarixi sənədlərə əsaslanan kitabıma niyə icazə vermirsiniz?” Müzakirə uzandı və nəhayət o, dedi: “Siz Kral Hüseynin nazirisiniz, yoxsa sələfilərin?” Nazir cavab verdi: “Əlbəttə, mən Kral Hüseynin naziriyəm.” Əhməd dedi: “Elə isə nə üçün kitabımda Kral Hüseynin əcdadlarının təriflənməsinə baxmayaraq onu qadağan edirsiniz? Mən bu kitabın bir nüsxəsini krala təqdim etdim və o, onu çox bəyəndi.” Nazir dedi: “Kitabda bəzi səhabələr tənqid olunur və bu İslama zərər verir.” Əhməd cavab verdi: “İslam səhabələr üzərində qurulub, yoxsa səhabələr İslamı yaşadıb?” Nəticədə nazir elmi və hüquqi arqumentlər qarşısında geri çəkilərək nəşr icazəsini verdi [4].
Şəxsi həyatı və vəfatı.
Şeyx Əhməd Hüseyn Yaqub (rəhmətullahi əleyh) gənc yaşlarında ailə qurmuş, ondan on oğul və dörd qız övladı dünyaya gəlmişdir. Şiəliyi qəbul etdikdən sonra bu qərarını ailəsinə bildirmiş və onları Əhli-beyt (əleyhimus-salam) məzhəbi ilə tanış etmişdir. Nəticədə ailə üzvlərinin hamısı onun tapdığı həqiqəti qəbul edərək şiəliyə keçmişdir.
O, şiəliyi qəbul etdikdən sonra Cərəş bölgəsində yaşayan vəhhabıların ciddi təzyiq və təhqirləri ilə üzləşmişdir. Onlar onu və ailəsini davamlı olaraq kafir, rafizi, mürtəd adlandırır, cəmiyyət içində nüfuzunu sarsıtmağa çalışırdılar.
Deyilənə görə, həmin bölgədə fələstin əsilli, vəhhabı düşüncəli bir müfti məskunlaşmış və Şeyx Əhmədə qarşı minbərlərdə hücumlar edirdi. Bir gün o, Əhmədlə qarşılaşaraq deyir: “Bütün kitablarını almaq istəyirəm.” Əhməd səbəbini soruşduqda cavab verir: “Hamısını yandırmaq üçün.” Əhməd dedi: “Bu ölkədə kilsələr var və xristianlar azad şəkildə fəaliyyət göstərir. Mən də şiəyəm, məni də rahat buraxın.” Müfti deyir: “Şiəlik xristianlıqdan da təhlükəlidir, şiələr məhv edilməlidir.” Əhməd onu qəbiləsinin gücü ilə bölgədən qovacağını deyəndə müfti qorxaraq geri çəkilir [5].
O, sonda vəhhabilərin davamlı təzyiqləri səbəbindən və onların zülmlərindən amanda qalmaq üçün həyat yoldaşı və bəzi övladları ilə birlikdə Amerikaya mühacirət etməyə məcbur oldu və ömrünün sonuna qədər bu ölkədə yaşadı və hicri-qəməri təqvimi ilə 1428-ci ildə ilahi dəvəti qəbul edərək Haqqın dərgahına qovuşdu. Hərçənd onun vəfatı qəriblikdə, ailə üzvləri və qohumlarından uzaqda baş verdi, lakin pak Əhli-beyt (əleyhimus-salam) məktəbinin müdafiəsi istiqamətində qələmə aldığı əsərləri ilə adı və xatirəsi əbədi oldu və tarix boyu şiəlik səmasında bir inci kimi parladı. Bu ilahi axtarış yolçusu böyük alimın cənazəsi vəsiyyətinə uyğun olaraq və şəri məsələlər nəzərə alınmaqla Amerikadan doğma yurdu olan Cərəş şəhərinə köçürülmüş və həmin torpaqda dəfn edilmişdir. Ruhu şad, xatirəsi əziz olsun.
Qeydlər.
[1] Peyk televiziya proqramı: “Liqa xas məə səməhətiş Şeyx əl-Kurani ən əd-dai vəl-mufəkkir əl-islami Əhməd Hüseyn Yaqub”.
[2] Həmin proqram.
[3] Hüseyn ibn Talal ibn Abdullah ibn Hüseyn əl-Haşimi – mərhum İordaniya kralı Hüseyn, nəslinin köklərini Peyğəmbər (s), Həzrət Zəhra (s.ə.) və oğlu İmam Həsən Müctəbaya (ə) gedib çıxdığını və onların nəslinin qırx birinci nəsli olduğunu iddia edirdi.
[4] Həmin proqram.
[5] Həmin proqram.
Fev 3 2026
İordaniyalı hüquqşünas mərhum Əhməd Hüseyn Yaqub.
Müasir dünyagörüşlü hüquqşünas ki, Seyyidüş-Şühədanın (əleyhis-səlam) müsibətlərinə ağlamaq qəlbini iman nuru ilə nurlandırdı!
Ailəsi və həyatının başlanğıcı.
“Əl-Ətüm” ailəsi əsil-nəcabətli və köklü ərəb qəbilələrindəndir. Bu qəbilə uzun illər Şimali-Qərbi Afrika bölgəsində, indiki Mərakeş ərazisində yaşamışdır. Onlar Qəhtani ərəblərindən olmuş, Afrikaya köç etməzdən əvvəl İslam fəthlərində mühüm rol oynamış, Şimali-Qərbi Afrikanın fəthi zamanı bu ərazilərdə məskunlaşmış və zaman keçdikcə həmin bölgədə tanınmış bir nəsil kimi məşhurlaşmışlar. Daha sonra bu qəbilənin bir hissəsi bu gün İordaniyada qədim vilayət sayılan “Cərəş” bölgəsinə köç etmişdir. Şeyx Hüseyn Yaqub da bu qolun nümayəndələrindən idi və ata-babaları həmin ərazidə məskunlaşmışdılar. O, həyatının ilk çağlarından Cərəş bölgəsinin “Kəfərxəl” adı ilə tanınan dağlıq ərazisində yaşamış və öz bölgəsində “Əl-Ətüm” qəbiləsinin başçısı olmuşdur.
Şeyx Hüseyn hicri-qəməri 1358-ci ildə xeyirli və bərəkətli bir övlad sahibi oldu. O, oğluna Həzrət Peyğəmbərin (salləllahu əleyhi və alih) mübarək adına ehtiram olaraq Əhməd adını verdi və onu özünün və bölgənin istedadlı, ağıllı qadınlarından olan anasının himayəsində böyütdü.
Təhsili.
Mərhum və məğfur Əhməd Hüseyn uşaqlıq yaşlarından təhsilini doğma yurdunda başlamış, daha sonra təhsilini tamamlamaq üçün Misirə getmiş və orta təhsil mərhələsini bu ölkədə başa vurmuşdur. O, bu mərhələni bitirdikdən sonra Dəməşqə yollanmış və bu şəhərin universitetində hüquq ixtisası üzrə ali təhsilini davam etdirərək müvafiq diplom almışdır. Elm axtarışındakı tükənməz şövqü onu Livana aparmış və orada da hüquq sahəsində əlavə ixtisas təhsili keçmişdir. O, bu ölkədə ikinci diplomunu almış, həmçinin Beyrut şəhərində yerləşən Hikmət Universitetindən hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır. O, təcrübəli vəkil və peşəkar hüquqşünas olmuş, eyni zamanda dini biliklərə malik olduğu üçün bəzi bölgələrdə cümə imamlığı vəzifəsini də icra etmişdir. Onun digər fəaliyyət sahələrinə bələdiyyə sədrliyi və jurnalistlik də daxil idi. Bir sözlə, cənab Əhməd Hüseyn Yaqub tam mənada elmi və mədəni bir şəxsiyyət idi, onun bütün fəaliyyəti elm, ədəbiyyat, mədəniyyət və qanunla bağlı olmuşdur.
Hidayət qığılcımı.
Əhməd ilk gündən etibarən açıq fikirli, tənqidçi və həqiqət axtaran bir şəxsiyyət idi. Onun Beyrut Universitetində yazdığı dissertasiyanın mövzusu “İslam şəriəti və tarixi baxımından dövlət rəhbərliyi və xilafətin tənqidi araşdırılması və bu sahədə təqlidçi yanaşma” idi. O, dissertasiyasını müdafiə etmək üçün Beyruta səfər etdiyi zaman ilahi hidayət nuru onun əlinə həyat yolunu dəyişdirən bir kitab verdi. Bu kitab sünni məzhəbinə mənsub bir müəllif tərəfindən Kərbəla hadisəsi haqqında yazılmış “Əbnaur-Rəsul fi Kərbəla” (Peyğəmbər övladları Kərbəlada) adlı əsər idi. Müəllifi Xalid Muhəmməd Xaliddir.
Hərçənd ki, kitabın müəllifi Aşura faciəsinin cinayətkarlarını təmizə çıxarmağa çalışmışdı, lakin Seyyidüş-Şühədanın (əleyhis-səlam) bayrağının əzəməti və hidayət qüdrəti Əhmədin qəlbini istər-istəməz həqiqəti axtarmağa sövq etdi. Əhməd bu barədə yazır: “Bu kitabı bir qədər oxuduqdan sonra İmam Hüseynə (əleyhis-səlam), onun Əhli-beytinə və səhabələrinə edilənlər qəlbimi dərin şəkildə sarsıtdı.” O bildirir ki, İmam Hüseynin (əleyhis-səlam) şəhadətindən xəbərdar olmaq qəlbini dərin şəkildə yaraladı və bu yaralı qəlb yalnız daha çox kitab oxumaqla sakitləşirdi. Buna görə də o, şiə mənbələrində daha geniş araşdırma aparmağa qərar Verdi, çünki bilirdi ki, İslam tarixində İmam Hüseynin (əleyhis-səlam) qanını tələb edən yeganə bayraqdar məzhəb şiəlikdir. Əvvəlcə mərhum Əllamə Şərəfuddinin “Əl-Muraciat” kitabını əldə edib diqqətlə oxudu. Bu və digər kitabları dərindən mütaliə etdikdən sonra zehnində çoxsaylı suallar yarandı. Bu suallar qəlbinin dənizini fırtınalı dalğalar kimi sarsıdırdı. Açıq fikirli və haqq axtaran bir şəxsiyyət olduğu üçün Livandakı mövcud azad mühitdə tədqiqatlarını daha da genişləndirdi.
Əhməd daha geniş araşdırmalara qərar verdikdən sonra İslam tarixini etnik və məzhəbi təəssübkeşliklərdən uzaq, tam bitərəf şəkildə araşdırmağa başladı ki, hadisələr haqqında düzgün hökm verə bilsin.
O, hələ rəsmi şəkildə şiə olduğunu elan etməzdən əvvəl qısa müddətli Tehrana səfər etdi və İranda xalqın Əba Əbdillah Hüseynin (əleyhis-səlam) müsibətləri ilə bağlı mərasimlərində iştirak etdi. Bu səfər onun hidayət yolunun sürətlənməsində güclü bir amil oldu. O bu barədə deyir: “İrana və Tehrana səfərimdən sonra müxtəlif mənbələrdən araşdırma və qeydlərimi kədər və hüzn içində davam etdirdim. Getdikcə hər dəfə Həzrət Zeynəbin (salamullahi əleyha) müqəddəs məzarını ziyarət edərkən oxuduqlarım sanki gözlərim önündə canlanırdı. Tədqiqatlarımı Əhli-beyti (əleyhimus-salam) sevən həqiqi alimlərə təqdim etdikdə isə məni daha da təşviq edir və deyirdilər ki, siyasi düşüncəni nəzərə alsaq, bu qeydlər mütləq fərqli bir kitaba çevriləcək.”
İstibsar.
Əhməd Hüseyn demişdir ki, Hikmət Universitetinə daxil olduğu vaxtdan etibarən qəlbi heç bir şübhə və tərəddüd qalmadan Əhli-beyt (əleyhimus-salam) məzhəbinin nuru ilə işıqlanana qədər təxminən on dörd il vaxt keçmişdir [1]. O bildirirdi ki, Əhli-beytin (əleyhimus-salam) tarix boyu müsəlmanlar üçün ən doğru sığınacaq və müraciət mənbəyi olduğunu dərk etmişdir. Lakin onların düşmənləri daim onları kənarlaşdırmağa çalışmış və onların yerinə fikri, etiqadi və əməli sapmalara malik, heç vaxt Əhli-beytin (əleyhimus-salam) yerini tutmağa layiq olmayan şəxsləri xəlifə və hakim kimi təqdim etmişlər. İllər boyu azğın alimlərin fikirlərini təqlid etdiyini anlayan Əhməd Hüseyn dərin peşmançılıq hissi keçirmiş, bu səbəbdən namazlarının qunutunda şiddətlə ağlamış və Allahdan qəlbini daim iman nuru ilə nurlandırmasını diləmişdir. Nəhayət hicri-qəməri 1408-ci il ətrafında rəsmi şəkildə Şiə məzhəbinə keçmiş və bunu açıq şəkildə elan etmişdir.
O, həqiqəti tapdıqdan sonra Allah-taala ilə əhd bağladı ki, ömrünün sonunadək Əhli-beytin (əleyhimus-salam) məqamını qoruyacaq, başqalarını da çatdığı bu həqiqətə yönəldəcək və qələm və dil silahı ilə tarix boyu onlara zülm edənlərə qarşı onların hüquqlarını müdafiə edəcəkdir.
Əsərləri.
Mərhum Şeyx Əhməd Hüseyn Yaqubun ömür boyu apardığı fikri, mədəni və etiqadi mübarizənin bəhrəsini onun Əhli-beyt (əleyhimus-salam) məzhəbinin müdafiəsi və ona zidd düşüncələrin ifşası sahəsində qələmə aldığı dəyərli əsərlərində görmək mümkündür. O, iyirmiyə yaxın qiymətli əsər qoyub getmişdir ki, onların ən mühümlərindən biri “Kərbəla, əs-Səvra və əl-Məsaə” (Kərbəla – qiyam və müsibət) adlı kitabıdır.
Şeyx Əhməd deyir: “Doqquzuncu kitabım olan ‘Məsahətun lil-hivar’ nəşr edildikdən sonra Kərbəla mövzusu ətrafında yazmağa başladım. Bu kitabı yazdığım günlər həyatımın ən kədərli günləri idi, çünki araşdırmalarım zamanı əldə etdiyim hər bir qeydlə ağlayırdım və qəlbimdə bu sual yaranırdı: insan Kərbəlada baş verənləri eşidib necə ağlamaya bilər?!”
Mərhum Əhməd Hüseynin qələmi hüquqi yönümlü olduğu üçün onun əsərlərini Əhli-beytə (əleyhimus-salam) edilən zülmlərin hüquqi müdafiəsi kimi qiymətləndirmək olar. Bu qələm azacıq da olsa insanlıq duyğusu olan hər bir kəsin vicdanını yaralayır [2].
Mərhum ustad Əhməd Hüseyn Yaqubun bəzi əsərlərinin siyahısı aşağıdakılardan ibarətdir:
“Ədalətus-Səhabə” kitabının yenidən nəşri ilə bağlı bir xatirə.
İordaniya vəqflər naziri sələfi və vəhhabı təəssübkeşlərin təhriki ilə ustad Əhməd Hüseynin “Ədalətus-Səhabə” kitabının nəşrinin qarşısını almaq istəyirdi. Şeyx Əhməd bacarıqlı jurnalist olduğu üçün redaktoru və yazarı olduğu qəzetin bir sayında bu etiraza açıq şəkildə yer verdi. Bu addım təsirsiz qaldıqda, o, vəqflər nazirinə qarşı rəsmi şikayət etdi. Şikayət hüquqi nəticə verməsə də, nazir onu görüşə dəvət etdi. Şeyx Əhməd əvvəlcə hüquqi məntiqlə danışaraq dedi: “Siz kitabımın nəşrini qadağan etmisiniz, halbuki İordaniyada müxtəlif mövzularda kitab və məqalələrin nəşri azaddır. Siz hətta İslama zidd fikirləri təbliğ edən, Qərb müəlliflərinə aid kitabların nəşrinə icazə verirsiniz, amma yalnız tarixi sənədlərə əsaslanan kitabıma niyə icazə vermirsiniz?” Müzakirə uzandı və nəhayət o, dedi: “Siz Kral Hüseynin nazirisiniz, yoxsa sələfilərin?” Nazir cavab verdi: “Əlbəttə, mən Kral Hüseynin naziriyəm.” Əhməd dedi: “Elə isə nə üçün kitabımda Kral Hüseynin əcdadlarının təriflənməsinə baxmayaraq onu qadağan edirsiniz? Mən bu kitabın bir nüsxəsini krala təqdim etdim və o, onu çox bəyəndi.” Nazir dedi: “Kitabda bəzi səhabələr tənqid olunur və bu İslama zərər verir.” Əhməd cavab verdi: “İslam səhabələr üzərində qurulub, yoxsa səhabələr İslamı yaşadıb?” Nəticədə nazir elmi və hüquqi arqumentlər qarşısında geri çəkilərək nəşr icazəsini verdi [4].
Şəxsi həyatı və vəfatı.
Şeyx Əhməd Hüseyn Yaqub (rəhmətullahi əleyh) gənc yaşlarında ailə qurmuş, ondan on oğul və dörd qız övladı dünyaya gəlmişdir. Şiəliyi qəbul etdikdən sonra bu qərarını ailəsinə bildirmiş və onları Əhli-beyt (əleyhimus-salam) məzhəbi ilə tanış etmişdir. Nəticədə ailə üzvlərinin hamısı onun tapdığı həqiqəti qəbul edərək şiəliyə keçmişdir.
O, şiəliyi qəbul etdikdən sonra Cərəş bölgəsində yaşayan vəhhabıların ciddi təzyiq və təhqirləri ilə üzləşmişdir. Onlar onu və ailəsini davamlı olaraq kafir, rafizi, mürtəd adlandırır, cəmiyyət içində nüfuzunu sarsıtmağa çalışırdılar.
Deyilənə görə, həmin bölgədə fələstin əsilli, vəhhabı düşüncəli bir müfti məskunlaşmış və Şeyx Əhmədə qarşı minbərlərdə hücumlar edirdi. Bir gün o, Əhmədlə qarşılaşaraq deyir: “Bütün kitablarını almaq istəyirəm.” Əhməd səbəbini soruşduqda cavab verir: “Hamısını yandırmaq üçün.” Əhməd dedi: “Bu ölkədə kilsələr var və xristianlar azad şəkildə fəaliyyət göstərir. Mən də şiəyəm, məni də rahat buraxın.” Müfti deyir: “Şiəlik xristianlıqdan da təhlükəlidir, şiələr məhv edilməlidir.” Əhməd onu qəbiləsinin gücü ilə bölgədən qovacağını deyəndə müfti qorxaraq geri çəkilir [5].
O, sonda vəhhabilərin davamlı təzyiqləri səbəbindən və onların zülmlərindən amanda qalmaq üçün həyat yoldaşı və bəzi övladları ilə birlikdə Amerikaya mühacirət etməyə məcbur oldu və ömrünün sonuna qədər bu ölkədə yaşadı və hicri-qəməri təqvimi ilə 1428-ci ildə ilahi dəvəti qəbul edərək Haqqın dərgahına qovuşdu. Hərçənd onun vəfatı qəriblikdə, ailə üzvləri və qohumlarından uzaqda baş verdi, lakin pak Əhli-beyt (əleyhimus-salam) məktəbinin müdafiəsi istiqamətində qələmə aldığı əsərləri ilə adı və xatirəsi əbədi oldu və tarix boyu şiəlik səmasında bir inci kimi parladı. Bu ilahi axtarış yolçusu böyük alimın cənazəsi vəsiyyətinə uyğun olaraq və şəri məsələlər nəzərə alınmaqla Amerikadan doğma yurdu olan Cərəş şəhərinə köçürülmüş və həmin torpaqda dəfn edilmişdir. Ruhu şad, xatirəsi əziz olsun.
Qeydlər.
[1] Peyk televiziya proqramı: “Liqa xas məə səməhətiş Şeyx əl-Kurani ən əd-dai vəl-mufəkkir əl-islami Əhməd Hüseyn Yaqub”.
[2] Həmin proqram.
[3] Hüseyn ibn Talal ibn Abdullah ibn Hüseyn əl-Haşimi – mərhum İordaniya kralı Hüseyn, nəslinin köklərini Peyğəmbər (s), Həzrət Zəhra (s.ə.) və oğlu İmam Həsən Müctəbaya (ə) gedib çıxdığını və onların nəslinin qırx birinci nəsli olduğunu iddia edirdi.
[4] Həmin proqram.
[5] Həmin proqram.
By azari • Hidayət olanların hekayələri 0 • Tags: #doktor_ticani #vahhabilik, #əhməd_huseyn_yaqub, #ibnteymiyyə #nasibi #sələfi #vahhabi, #Iman #günah #eşq, #isam_əl_imad, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #istibsar #mustebsir #müstəbsir, #vahhabi #şiə #sünni #imam_əli