Mən Yusif Əhmədizadə, atam İbrahim, Hormuzqan vilayətindənəm. Ailəmizin hamısı əhli-sünnə, Şafei məzhəbindəndir.
Şiəliyə hidayət prosesi.
Əhli-sünnə olduğum vaxtlarda hətta namaz da qılmırdım və xüsusi bir etiqadım yox idi. 1385-ci ildə (hicri şəmsi təqvimi ilə) hərbi xidmətə getmişdim. Orada bir ordu polkovniki ilə tanış oldum və o, mənim düşüncəmdə bir qığılcım yaratdı. Mən də araşdırmaya başladım, “Nəhcül-bəlağə”ni mütaliə etdim və Əmirəl-möminin (əleyhis-salam) şəxsiyyəti ilə tanış oldum. Daha sonra əqidəvi kitablar oxudum, dini mərasimlərdə iştirak etdim və tədricən anladım ki, haqq Əhli-beyt (əleyhimus-salam) məktəbinin yanındadır. Əhli-beytin (əleyhimus-salam) qiymətli sözləri insanı dəyişdirir və bu məktəbin aşiqinə çevirir. Mən Əhli-beyt (əleyhimus-salam) məktəbini tanıdım və başa düşdüm ki, onların dəyəri başqalarından daha üstündür və imamlıq və rəhbərlik etməyə ən layiqli olanlardır.
Evlənmək vaxtım çatanda dedim: «Yalnız şiə bir qadınla evlənərəm» və evləndikdən sonra bu, şiə olduğumu açıq şəkildə elan etməyimə səbəb oldu.
Mən niyə məzhəbimi pulla dəyişməliyəm?
Mən Əhli-beyt (ə) məktəbinə etiqadıma görə gəlmişəm, lakin indi çox təzyiq və əziyyətlərə məruz qalıram. Təəssüf ki, heç bir dəstək görmədim. Hətta geri qayıtmağım üçün mənə çoxlu maddi təkliflər də etdilər, amma şəraitim həqiqətən çox ağır olsa da, qəbul etmədim və dedim: «Mən Əhli-beyti (ə) tərk etmərəm və onları heç nəyə dəyişmərəm».
İstibsarın (haqqa yönəlişin) şirinlikləri və çətinlikləri.
Ən böyük çətinlik elə bu, cəmiyyətdən təcrid olunmaqdır. Hazırda yaşadığımız yerin insanları elə düşünürlər ki, mən dinimi satmışam və mənə qarşı pis niyyətlidirlər, sanki xəyanət etmişəm. Halbuki bilmirlər ki, mən Qurana əsasən hərəkət etmişəm, dinim barəsində araşdırma aparmışam və Rəsulullahın (salləllahu əleyhi və alih) Əhli-beytinin (ə) yolunu seçmişəm. Amma insan İmam Rızanın (əleyhis-salam) müqəddəs hərəminə daxil olanda bütün bu çətinlikləri unudur.
Mən öz şəhərimdən köçüb Bəşagərd bölgəsinə getmişəm, çünki İmam Əli və İmam Hüseynin (əleyhiməs-salam) yolu dəyərlidir. Mən nurlu Əhli-beyt (ə) məktəbinə müşərrəf olmuşam və Məşhədur-Rızaya gedəndə sanki bütün dünyanı mənə verirlər və dünyanın ən böyük şirinliyini mənə bəxş edirlər.
Atam və anam mənim şiə olduğumu bilirlər və məni dəstəkləyirlər, amma digər əhli-sünnələr mənə çox əziyyət verirdilər.
Mənə deyirdilər: «Sən şiə olmusan, amma övladlarını şiə etməyə haqqın yoxdur və onlar mütləq əhli-sünnə olmalıdırlar». Övladlarım ciddi təhlükə altında idilər və nəhayət, əhli-sünnədən qorxaraq Hormuzqana köçdüm.
Əhli-sünnə qardaşlara tövsiyəm.
Tövsiyə edirəm ki, həqiqətin ardınca gedin, mütaliə və araşdırma aparın, haqq yolu tapın və Rəsulullahın (salləllahu əleyhi və alih) övladları üçün keçirilən mərasimlərdə iştirak edin.
Mənim arzum yaxşı insan olmaq idi, amma İslamı tanımırdım. Bu, İmam Hüseyn (əleyhis-salam) oldu ki, bizə hər şeyi tanıtdı.
İnsan İmam Rızanın (əleyhis-salam) hərəminə daxil olanda sanki bütün dünyanı mənə verirlər. Mənim dünyam hərəmdə işıqlanırdı və öz həqiqətimi hərəmdə tapırdım. Səkkizinci İmamın (ə) müqəddəs hərəminin o hiss və halını təsvir etmək mümkün deyil.
Əhli-sünnələrə çox deyirdim ki, Məşhədə səfər edin və hərəmi yaxından görün, özünüz dəyişəcəksiniz.
Yolumu aydınladan kitablar.
Şiələrin fəzilətləri mövzusunda, həm rəvayətlərdə, həm də əhli-sünnə kitablarında olan əsərləri oxumuşam. “Nəhcül-bəlağə”ni və iki məktəbin mübahisəsini (münazirəsini) mütaliə etmişəm.
Şiəlik məktəbinin təbliğinin ən yaxşı yolu.
Şiələrin mədəniyyətini və xüsusiyyətlərini əhli-sünnəyə anlatmaq lazımdır. Nəzərə almalıyıq ki, onlar ümumiyyətlə məlumatlı deyillər və həqiqət barəsində heç nə bilmirlər.
İmam Zamanın (əf) həsrətindən yaranan yaralı qəlblər.
İmam Zaman (əccələllahu fəracəh) zühur edəndə dünyanı fəsad və zülmdən təmizləyəcək, onu dəyişdirəcək və bəşəriyyəti xoşbəxt edəcək. Amma əhli-sünnə deyir: bu yalandır!
Bizim çox mühüm vəzifəmiz var: birincisi, özümüzü zühur və O həzrətə (əf) xidmət etmək üçün hazırlamaq, ikincisi isə zühur üçün çox dua etmək.
Son söz.
Biz əhli-sünnə tərəfindən çox qınanırıq və gözləntimiz var ki, şiə tərəfindən dəstək görək. Onların iradlarından biri bu quru və sərt düşüncə tərzləridir. Biz deyirik: «İmamlarımız (ə) keçmişdə torpaq üzərində səcdə edirdilər və hər yer torpaq idi. İndi isə yerlərin hamısı xalça ilə örtülüdür və torpaq tapılmır. Buna görə biz Şiələr möhür düzəltmişik ki, həmişə İmamlarımız (ə) kimi torpaq üzərində səcdə edək». Amma onlar bizə böhtan atırlar.
Yan 2 2026
Dini laqeydlikdən və namazı tərk etməkdən haqq yoluna hidayətə qədər!

By azari • Hidayət olanların tərcümeyi-halı 0 • Tags: #doktor_ticani #vahhabilik, #əhlibeyt #imamlar #məsumlar #ehlibeyt #14mesum, #imam_zaman #imam_mehdi #zühur #axirəəzaman #selefi, #Iman #günah #eşq, #isam_əl_imad, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #vahhabi #şiə #sünni #imam_əli