Bu müsahibədə Gülüstan bölgəsindən olan müstəbsir cənab Ərazgəldi Nik-Fərcam ilə onun sufilik və batil yollardan Şiə məzhəbinə yönəlməsi mövzusunda söhbət edəcəyik ki, olduqca maraqlı və gözəldir:
Özünüzü təqdim edərdiniz.
Bismilləhir-Rahmənir-Rahim. Mən Ərazgəldi Nik-Fərcam Gülüstan vilayətindənəm.
Şiə olmazdan əvvəl etiqadi baxımdan necə idiniz?
1372-ci ildən etibarən üç il müddətində əhli-sünnə içində Qadiriyyə təriqətində idim, bu yol mürid-mürşid məsələsinə əsaslanan bir yol idi. Sufiliyə xas hallar, çilə çəkilməsi, xəlvətə çəkilmə və irfan vardı ki, çox çalışdıqda insana müəyyən qeyb halı hasil olurdu.
Qadiriyyə təriqətinə getməkdə məqsədiniz nə idi və nə işlərlə məşğul olurdunuz?
Ərazgəldi: Maraqlanmışdım və çox istəyirdim ki, elə bir mərhələyə çatim ki, fövqəltəbii aləmə, yəni qeyb aləminə nail olum. Bu təriqət əhli-sünnə arasında ona səbəb olmuşdur ki, bu yolda olan sünnilərin əksəriyyəti Əhli-beyt (əleyhimus-salam) məzhəbinə hidayət olurlar, mən özüm də bunun səbəbini dəqiq bilmirəm. Amma bəlkə də səbəbi budur ki, təsəvvüfdə daha çox Mövləvi, Sədi və bu kimi şairlərin irfani poeziyası vardır və bu şairlər öz şeirlərində insanı insani kamilliyə və Əhli-beyti (əleyhimus-salam) tanımağa yönəldirlər.
Məsələn, Sədi deyir:
Sədi, əgər aşiq olsan və cavan olsan,
Məhəmməd və Ali-Məhəmmədin eşqi bəsdir.
Və başqa bir yerdə deyir:
Sabah hər kəs bir şəfaətçidən yapışanda,
Bizik Məsum Mürtəzanın ətəyindən yapışanlar.
Şiə olmağınızı izah edərdiniz?
Ərazgəldi: Qadiriyyə firqəsi vasitəsilə və İslam tarix kitablarını oxumaqla çox şeyləri dərk etdim. Əhli-sünnə alimləri inanırlar ki, hər bir padşah və ya xan “ulul-əmr”dir (itaəti vacib olan şəxs), halbuki “ulul-əmr” öz konkret misdaqına malikdir. Müxtəlif insanlarla apardığım müzakirə və söhbətlər zamanı anladım ki, Qurandan və tarixi kitablardan əlavə, həqiqəti dərk etmək üçün hədislər də mühüm əhəmiyyət daşıyır.
Mənim ilkin marağım əhli-sünnəyə aid olan altı cildlik Kabilinin təfsirini oxumaqla başladı. Mübahilə ayəsinə çatdıqda (وَأَنْفُسَنَا وَأَنْفُسَکُمْ) (ənfusəna və ənfusəkum) mənə qaranlıq qaldı. Onun təfsirində belə yazılmışdı ki, Nəcran xristianlarının böyükləri ilə Peyğəmbər (s) arasında mübahilə qərara alındı, çünki Rəsulullah (s) İsa (ə) haqqında vəhy yolu ilə ona çatmış hekayəni onlara bəyan etmişdi, lakin onların böyükləri bunu qəbul etmirdilər. Bu səbəbdən, Peyğəmbərə (s) vəhy gəldiyini sübut etmək üçün mübahilə etməyə razılaşırlar və Peyğəmbər (salləllahu əleyhi və alih) Nəcran xristianlarının böyüyü ilə birlikdə ailələrini gətirir və Peyğəmbər-i Əkrəm (s) beş nəfəri öz Əhli-beyti (ə) kimi təqdim edir. Həmin hadisədə Əhli-kitab alimləri mübahilədən qaçdılar və cizyə ödəməyə razı oldular. Elə həmin vaxt mən ilk dəfə beş tənin (nəfərin) adını Peyğəmbərin (salləllahu əleyhi və alih) dilindən Əhli-beyt (əleyhimus-salam) kimi eşitdim. Mən düşünürdüm ki, Quranda İmamlar (ə) haqqında heç bir mətn və ayə yoxdur və məhz bu düşüncə mənim marağımı daha da artırdı.
Quranda ədədlər məsələsi də mənim üçün bir təhrikedici amil idi, məsələn, 12, 72, 8 və s. kimi ədədlər Quranda mövcuddur. 12 rəqəminə çatanda gördüm ki, bu rəqəm Quranda çox təkrar olunur. Öz-özümə sual etdim ki, deməli, şiələrin dediyi bu on iki İmam (ə) mütləq mövcuddur ki, bu rəqəm Quranda bu qədər çox gəlib. Daha yaxşı anlamaq üçün müxtəlif kitabları, o cümlədən İlahi Qumşəinin təfsirini və Ayətullah Mürtəzanın “Asib-şinasi” kitabını oxudum və nəhayət, ayələrin şəni-nüzuluna çatdım. Bu məsələ mənə çox kömək etdi ki, hədislərin ardınca gedim, çünki hədislər bizə bu ayənin kim barəsində və hansı mövzuda nazil olduğunu göstərə bilər.
Məsələn, Quran buyurur: «وَالشَّجَرَهَ الْمَلْعُونَهَ» (vəş-şəcəratul məlu’nəh) — belə ki, bir gecə Peyğəmbər (s) yuxuda görür ki, meymunlar onun minbərini zəbt ediblər. Həmin yuxudan sonra bu ayə nazil oldu və ayə nazil olan kimi Peyğəmbər (s) onun təfsirini də bəyan etdi ki, bu ayə kimin barəsindədir. Lakin siyasi və hakimiyyətlə bağlı məsələlərə görə, ayələrin şəni-nüzulu və təfsiri ilə bağlı bir çox hədislər tarixdən silinmişdir.
Bu səbəbdən daha çox hədis kitablarına müraciət edirdim. Oxuduğum ilk hədis kitabı Səlim ibn Qeys Hilalinin kitabı oldu. Səlim bir neçə İmamı (ə) görmüş və keçmiş həqiqətləri qələmə almışdı, onu oxuduqdan sonra çox sevindim və daha çox hədis kitabları oxudum, həmçinin əhli-sünnəyə aid kitabları — Süyuti, Tirmizi, Təbəri və Buxarini. Ziddiyyətli hədislər marağımı daha da artırırdı. Sünni hədislərini Quranın şəni-nüzulları ilə tutuşdururdum. Qurana uyğun gəlirdisə, o hədisi mötəbər sayırdım. Əlbəttə, bu iş Rical elmini də tələb edir. Araşdırma nəticəsində bu qənaətə gəldim ki, bəzi ravilərin ümumiyyətlə real mövcudluğu olmayıb!
Məni düşündürən başqa bir məsələ də bu idi ki, Peyğəmbərlə (s) 24 il birgə olan birinci xəlifədən təxminən 400 hədis nəql edilib, halbuki Peyğəmbərlə (s) cəmi 3 il birgə olan Əbu Hureyrədən təxminən 5700 hədis nəql olunmuşdur. Üç il ərzində, hətta gecə-gündüz Peyğəmbərin yanında olsa belə (ki, belə deyildi), bu qədər hədis əldə etməsi çox uzaq ehtimaldır. Buna görə də Əbu Hureyrənin hədislərinə müraciət etdikdə, gördüm ki, hədislərin çoxu onun öz uydurmasıdır və pul müqabilində hədis düzəldib Rəsulullaha (s) nisbət verirdi.
Ayələrin şəni-nüzulu, hədislər və onların Quranla tutuşdurulması mövzusunda çalışdım. Çünki Peyğəmbər-i Əkrəmdən (s) mütəvatir şəkildə nəql olunmuşdur ki:
«Məndən sizə çatan və Qurana uyğun olan sözləri mən demişəm, lakin sizə çatan və Qurana zidd olan sözləri isə mən deməmişəm!»
Bu məsələləri müəlliminizin yanında da dilə gətirirdinizmi?
Müəllimim mənim etiqadlarımın dəyişdiyini anladıqdan sonra, üç ildən sonra məni tərk edib getdi. Mənə deyirdi: “Şiələrin təbliğatı sənə təsir edib.” Mən isə ona deyirdim: Allah Quranda buyurur: «Məgər bilənlərlə bilməyənlər eynidirmi?» Siz Yezid ibn Müaviyə kimi fəsad törədən bir şəxsi xəlifə hesab edirsinizmi? O deyirdi: “Bunlar xəlifələrdir və onlara hörmətsizlik etmək olmaz! Mənim elmim azdır!”
Ona dedim: Araşdırmaq lazımdır. Mən Quranda çox araşdırma və təfəkkür etdim və artıq yəqinlik hasil etdim ki, Əhli-beyt (əleyhimus-salam) haqqdır.
İllərlə məqsəd ardınca canla dolaşdıq,
Yar evdə idi, biz isə dünyanı dolaşdıq.
Mövləvidən də nəql edilir ki:
Kim öz əslindən uzaq düşsə,
Bir gün yenə vüsal dövrünü axtarar.
Onlar uydurma hədisləri toplayır, möhkəm ayələrə diqqət yetirmək əvəzinə, mütəşabih ayələrin ardınca gedirdilər. Məsələn, Qurani-Kərimin «یَدُ اللَّهِ فَوْقَ أَیْدِیهِمْ» ifadəsindən istifadə edərək deyirdilər ki, Allahın əli var və Allaha maddi cisim isnad edirdilər; Qurani yalnız zahiri mənası ilə məhdudlaşdırırdılar. Əgər “Allahın kitabı kifayətdir” deyirlərsə, onda Qurani ayələrini izah edən düzgün bir müfəssirə ehtiyac yoxdurmu? Əsas müfəssir Peyğəmbərin (s) özü, sonra isə Onun Əhli-beytidir.
Şiəliyiniz ilkin mərhələdə necə idi?
Ərazgəldi: Çoxlu araşdırma və ədəbi, dini, tarixi kitabların mütaliəsi ilə, iki-üç il ərzində bu nəticəyə gəldim ki, Şiəlik haqdır. Əlbəttə, ümumilikdə təxminən 17–18 il araşdırma aparmışdım. Allah Quranda buyurur:
«وَالَّذِینَ جَاهَدُوا فِینَا لَنَهْدِیَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِینَ»
Bu ayə mənim halıma tam uyğun gəlir. Şiə olduqdan sonra təxminən 7–8 il təqiyyə etdim.
Zəhmət olmasa, təqiyyə dövrünüzü və onu necə keçirdiyinizi izah edin.
Qum şəhərinə getdim və iki ruhani ilə birlikdə dövrün məsul şəxslərindən birinin yanına getdim və ona dedim ki, şiə olmuşam. O dedi: “Həqiqətə çatdığın vaxt təqiyyəni bitir, evinin qapısına nişan vur və həqiqəti de. Nədən qorxursan?” Bu söz məndə böyük təsir buraxdı. Bir ildən sonra təqiyyəni bitirdim və bunun mənə nə qədər baha başa gəldiyini deməyə ehtiyac yoxdur. Təqiyyə etməyi dayandırdıqdan sonrakı ilk altı ay dözülməz idi.
Qohumların və tanışların şiə olmağınıza münasibəti necə oldu?
Əvvəlcə birbaşa demədim ki, şiə olmuşam. Dolayı yolla, Əhli-beytin (əleyhimus-salam) fəzilətlərini və həyat hekayələrini əks etdirən şeirləri onlara oxuyurdum. Tədricən Əhli-beyt (əleyhimus-salam) hədislərini danışırdım və izah edirdim ki, biz səhv etmişik, Peyğəmbərin (s) buyurduğu yetmiş üç firqədən nicat tapan firqə, Şiə məzhəbidir.
Şiə olma yolunda hansı kitablar sizə kömək etdi?
Əvvəlcə Quran, sonra doktor Ticani’nin kitabları, Əl-Muraciat, Pişavər gecələri, şeir və tarix kitablarını oxudum. Əl-Muraciat kitabını bəlkə də altmış dəfəyə yaxın oxudum. Bu kitabdan doymurdum və indi də oxuyuram. Mən qatıldığım hər bir məclisdə Əhli-beytin (əleyhimus-salam) fəzilət və mənaqiblərindən danışıram.
İlk dəfə İmam Rızanın (əleyhis-salam) hərəminə nə vaxt getdiniz – şiə olmamışdan əvvəl, yoxsa sonra?
Ərazgəldi: Şiə olmamışdan əvvəl bir neçə dəfə getmişdim və camaatdan eşitmişdim ki, İmam Rıza (əleyhis-salam) şəhid İmamdır, şəfa verir və qüdrət sahibidir. Amma indiki halım yox idi, yalnız iki rəkət namaz və sadə bir ziyarət idi. Lakin bu dəfə, Ərbəin ərəfəsində Kərbəlaya getdim və bu səfər məndə elə bir inqilab yaratdı ki, iyirmi illik mütaliəmə bərabər idi. Elə səhnələr görürdüm ki, məni sarsıdır və ağladırdı. Artıq qayıtmaq istəmirdim, yüngülləşmişdim.
Kərbəla səfərində mənim üçün maraqlı hadisələrdən biri də bu idi ki, təxminən 32 saat yatmamışdım, amma digər müstəbṣir zəvvarları görəndə onların yanına gedir və Əhli-beytin (əleyhimus-salam) fəzilətləri haqqında 3–4 saat danışırdım.
İmam Zaman (əf) barəsində şiə olmamışdan əvvəl və sonra hansı inancda idiniz?
Şiə olmamışdan əvvəl məlumatım çox az idi, ümumiyyətlə, doğulub-doğulmadığını belə bilmirdim. Amma indi tam şəkildə Şiə baxışına malikəm.
Əgər bir sünniyə İmam Zamanın (əf) varlığını sübut etmək istəsəniz, ona nə deyərdiniz?
Ərazgəldi: Quranda gələn əlamətlər, məsələn, «بَقِیَّتُ اللَّهِ خَیْرٌ لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ» ayəsi, həmçinin Peyğəmbərin (s) məvu’d (vəd verilmiş şəxs) haqqında buyurduğu hədislər, o cümlədən Qədir-Xum xütbəsi, İmam Zamanın (əf) mövcud olduğunu açıq şəkildə göstərir. Samirra hadisələrini, o sirdabı və bölgəni araşdırsaq, anlayarıq ki, Abbasilər hökuməti əvvəlki İmamları (ə) şəhid etdiyi kimi, İmam Zamanı (əf) da öldürmək istəyirdi. Bu səbəbdən O, Həzrət İsa kimi gizləndi və gözlərdən qeyb oldu. Mən Ona çox böyük məhəbbət bəsləyirəm və indi də Cəmkərana gedəndə qeyri-ixtiyari sarsılıram.
Quran ayələr və mənbələr:
«فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ مَا جَاءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَکُمْ وَنِسَاءَنَا وَنِسَاءَکُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْکَاذِبِینَ»
Ali-İmran surəsi, ayə 61.
«وَإِذْ قُلْنَا لَکَ إِنَّ رَبَّکَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤْیَا الَّتِی أَرَیْنَاکَ إِلَّا فِتْنَهً لِّلنَّاسِ وَالشَّجَرَهَ الْمَلْعُونَهَ فِی الْقُرْآنِ…»
İsra surəsi, ayə 60.
Kuleyni, Muhəmməd ibn Yəqub. Üsul əl-Kafi, c. 1, s. 69, h. 5, “Sünnəyə əməl etmək və kitabın şahidləri” babı.
«قُلْ هَلْ یَسْتَوِی الَّذِینَ یَعْلَمُونَ وَالَّذِینَ لَا یَعْلَمُونَ إِنَّمَا یَتَذَکَّرُ أُولُو الْأَلْبَابِ»
Zumər surəsi, ayə 9.
Fəth surəsi, ayə 10.
Ənkəbut surəsi, ayə 69.
Hud surəsi, ayə 86.
Dek 30 2025
Sufiliyin qaranlığını görüb Şiəliyin nuruna üz tutdu!

By azari • Hidayət olanların tərcümeyi-halı 0 • Tags: #doktor_ticani #vahhabilik, #ibnteymiyyə #nasibi #sələfi #vahhabi, #imam_zaman #imam_mehdi #zühur #axirəəzaman #selefi, #isam_əl_imad, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #sufilik #sunni #şiə #əqidə #məzhəb #əhli_sünnə #əhli_şiə