(Mərhum ustad Seyyid Muhəmməd Təqi Hüseyni Vərcaninin şəxsi bloqundan və “Quraniyun” saytından götürülmüş, cüzi redaktə ilə).
Bəlkə də bu ad bir çoxlarının qulağına tanış deyil. Ustad Seyyid Muhəmməd Təqi Hüseyni Vərcani – istibsar etmiş (həqiqəti dərk edərək Şiə əqidəsinə hidayət tapmış), lakin bir müddət şiəlikdən uzaqlaşaraq özünü “Qurani” adlandıran cərəyanlara yönəlmiş, daha sonra isə yenidən şiə məzhəbinə qayıtmış bir şəxsiyyətdir.
Seyyid Muhəmməd Təqi Hüseyni Vərcani 1332-ci hicri-şəmsi ilində Qum şəhəri ətrafında yerləşən Vərcan kəndində dünyaya gəlmişdir. Vərcan Qumun ətraf kəndlərindən biri olub, bu şəhərdən təxminən 20 kilometr məsafədə yerləşir. Atası Seyyid Mustafa sadə, lakin son dərəcə təqvalı bir kənd təsərrüfatı işçisi idi. Ustad özü bu barədə yazırdı:
“Atam savadsız idi, lakin saf qəlbli, ixlaslı və mömin bir insan idi və dolanışığını əkinçiliklə təmin edirdi.”
Seyyid Muhəmməd Təqi əslən Qumun Casəb bölgəsindəndir və onun əcdadları bu bölgədə məskunlaşmış seyyidlər olmuşdur.
Casəb bir neçə kənddən ibarət olan və bu adla tanınan bir bölgədir. Bu ərazi Qumdan təxminən 110 kilometr uzaqlıqda yerləşir və bu gün Mərkəzi vilayətin inzibati ərazisinə daxildir. Casəb həmçinin çoxlu sayda seyyid ailələrinin köç edərək məskunlaşdığı bir bölgə olmuşdur. Hüseyni Vərcaninin nəsil şəcərəsi də bu yolla İmam Rza (ə) və İmam Musa Kazim (ə) övladlarına bağlanır. Lakin soyadlarında “Rəzəvi” və ya “Musevi” deyil, “Hüseyni” nisbətinin işlədilməsinin səbəbi onun ata babasının adının Hacı Seyyid Hüseyn olmasıdır; ailə məhz ona nisbətlə “Hüseyni” adlandırılmışdır.
Ustad qeyd edir ki, atası və babası uzun müddət Casəbdə yaşamış, sonradan isə bu bölgəni tərk edərək onun doğulduğu Vərcan kəndinə köçmüşlər. Atası Vərcanda evlənmiş və orada məskunlaşmışdır, lakin bütün qohumlar, əcdadlar və əmioğlanları Casəbdə qalmış və həmin bölgəni tərk etməmişlər.
Seyyid Muhəmməd Təqi öz avtobioqrafiyasında yazır ki, əcdadlarının yaşadığı bölgə sərin iqlimli, yaylaq xarakterli və çox da inkişaf etməmiş bir ərazi olmuşdur. Casəbdə yaşayan əcdadları haqqında bəzi kəramətlər də nəql edilmişdir. Onların bir qismi ruhani olmuş, insanlar dini məsələlərdə onlara müraciət etmişlər.
Ailəsinin dini mühiti səbəbilə Seyyid Muhəmməd Təqi uşaqlıqdan etibarən dini məsələlərə ciddi bağlı idi və namaz, oruc kimi ibadətləri tam şəkildə yerinə yetirirdi. O dərəcədə təqvalı idi ki, hətta yaşıdları arasında belə təqvası ilə tanınırdı. Mübarək Ramazan ayında məktəbdə uşaqlara imamlıq edir, öz sözlərinə görə təxminən 150 nəfər onun arxasında namaz qılırdı. Həmçinin kəndlərində mövcud olan iki məsciddə digər uşaqlarla birlikdə geniş mədəni-dini fəaliyyətlər göstərir və bu işlərdə həmişə öncül rol oynayırdı.
O, ruhani olmağa böyük maraq göstərirdi və hövzə dərslərini oxumağa can atırdı. Bu maraq tamamilə qəlbdən gəlirdi və atası da onun ruhani olmasını istəyirdi. Hətta kənd sakinlərinin əksəriyyəti atasına tövsiyə edirdilər ki, övladı uşaqlıqdan zahid, mömin və ibadət əhli olduğuna görə onu Quma göndərib hövzə təhsili aldırmaq daha məqsədəuyğundur.
Seyyid Muhəmməd Təqi uşaqlıq illərini kənddə keçirmiş və orada altıncı sinfə qədər təhsil almışdır. Atası savadsız olduğundan və təhsil imkanları məhdud olduğundan vəziyyət çətin idi. Həyatı bu şəkildə davam edərkən Vərcan kəndində şiddətli quraqlıq baş verdi və əkinçilik ciddi zərər gördü. Bu səbəbdən ailənin maddi durumu daha da ağırlaşdı.
Bu vəziyyətdən çıxış yolu olaraq, Seyyid Muhəmməd Təqi 1345-ci ildə, hələ 13 yaşı tamam olmamış, məcbur qalaraq Tehrana köç edir.
Tehrana köçmək onu əvvəlcə çox məyus etmişdi, çünki onun əsas arzusu Quma gedib hövzəyə daxil olmaq idi. Lakin nə maddi imkanlar, nə də azyaşlı olması buna icazə verirdi.
Nəticədə o, Tehranın “Həft Çenar” bölgəsində, əvvəl “Hüsamüs-Səltənə”, sonralar Hüsaməddin adlanan küçədə atasının əmisi oğluna məxsus süd məhsulları mağazasında işləməyə başlayır. İşlədiyi müddətdə bütün fikri Allahın bir vasitə yaratması və onun hövzəyə daxil ola bilməsi idi.
Cümə və bayram günlərində məclislərə, xütbə və moizələrə qatılır, məscidlərdə camaat namazlarında və Qurani məclislərdə iştirak edirdi. Xatirələrində yazır:
“Tətil günlərində qəlbimin istədiyi işlərin – məscid, məclis, Quran və bu kimi fəaliyyətlərin arxasınca gedirdim və hər namazımda dua edirdim ki, hövzəyə daxil olmaq üçün şərait yaransın.”
Onun aldığı ilk kitab Əllamə Məclisinin “Hilyətül-Müttəqin” əsəri olmuşdur. Boş vaxtlarında mağazada bu qiymətli kitabı oxuyurdu.
Günlərin birində Hüsamüs-Səltənə küçəsində gəzərkən üzərində “Hüseyniyyə-yi Elmi Həccət” yazılmış bir lövhə diqqətini çəkdi. Hüseyniyyəyə daxil oldu və məsul şəxs olan Hacı Ağa Mühəqqiq ilə görüşdü. Ondan yarım gün işləyib yarım gün dərs oxuya bilməyəcəyini soruşdu. Cavab olaraq:
“Əgər dərs oxumaq istəyirsənsə, işi buraxmalısan.” – cavabını eşitdi.
O isə dolanışıq məsələsini izah etdi. Hacı Ağa isə:
“Allah böyükdür, gəl oxu və Allaha təvəkkül et.” – dedi.
Bundan sonra Seyyid Muhəmməd Təqi işi buraxdı və Höccət Hüseyniyyəsində dərs oxumağa başladı.
Bu mədrəsənin müəllimlərindən biri Ağa Şehsəvari idi; “Lümə”, “Məkasib” kimi kitabları tədris edir və əxlaq dərsləri verirdi. Seyyid Muhəmməd Təqi ona böyük hörmət bəsləyirdi və onu alim, mömin və pak insan kimi təsvir edirdi.
Bir il burada təhsil aldıqdan sonra ailəsi də onu bu yolda dəstəklədi. O, bir ildən sonra təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlir.
Bir müddət Qumda kirayə bir evdə yaşayaraq təhsilini davam etdirir. Onun öz sözlərinə görə, hövzə təhsili dövründə çoxsaylı müxtəlif əlavə mütaliələri də olmuşdur.
Nəhayət, mədrəsə təhsilini başa vurub, müqqədimāt və ali səviyyə dərslərini tamamladıqdan sonra, hicri‑şəmsi 50‑ci illərdə Qumun məscidlərindən birində imam‑camaat olaraq seçildi. Bundan bir müddət sonra isə Vərcan kəndinin imam cüməsi vəzifəsinə də təyin olundu. O deyir: bu işlər mənim Qumun bəzi bazar tacirləri ilə tanış olmağıma, həmçinin Qələmdarân kimi şəxslərin — yəni azğın “Quraniyyun” firqəsinin — düşüncələrini tanımağıma zəmin yaratdı.
Seyyid Muhəmməd Təqi Heydərəli Qələmdaranın bütün kitablarını və onun əsərlərinə yazılmış tənqidləri oxuyur, həmçinin hövzənin əksər müəllimləri ilə bu mövzuları müzakirə edirdi.
Qələmdaran kimdir?
Heydər Əli Qələmdaran Qumi (hicri-şəmsi 1292–1368) Qum vilayətinin Dizican kəndindən olmuş, Qum şəhərində yaşamışdır. O, sələfi meyilli və sapqın “Quraniyyun” cərəyanının tərəfdarlarından olmuşdur. Tarixi mənbələrə görə, Məhəmməd Xalisi-zadə və Əbül-Fəzl Bərqi kimi şəxslərlə eyni düşüncə xəttini paylaşmışdır. Qələmdaran şiə etiqadlarına qarşı bir sıra əsərlərin müəllifi olmuş, hətta bəzi tanınmış dini və siyasi simalara mənfi intellektual təsir göstərmişdir.
Quraniyyun kimlərdir?
Quraniyyun termini Misirdə meydana çıxmış, özünü yarı-islamçı kimi təqdim edən bir cərəyana aid edilir. Bu ad ilkin olaraq onların müxalifləri tərəfindən verilmişdir; lakin həmin cərəyanın tərəfdarları bu ada etiraz etməmiş, əksinə “Əhlül-Qur’an” adlandırılmaqla fəxr etmişlər. Zamanla bu fikir Misirdən kənara da yayılmış, İranda da az sayda tərəfdar tapmışdır. Quraniyyun adətən özlərini yalnız “müsəlman” adlandırır, sünni və ya şiə məzhəblərindən çəkinirlər.
Bu cərəyanın fikri köklərini ikinci xəlifənin məşhur tarixi ifadəsinə bağlamaq olar. O, Peyğəmbərin (s) vəfatı ərəfəsində vəsiyyət üçün qələm və kağız istədikdə, buna mane olmuş, Peyğəmbərə (s) hörmətsizlik edərək “xəstəlik səbəbilə sayıqlayır” demiş, ardınca “Bizə Allahın kitabı kifayətdir” ifadəsini işlətmişdir. Bu söz ümmətin Əhli-beytdən (ə) uzaqlaşmasına səbəb olmuşdur. Quraniyyun da bu yanaşmanı əsas götürərək sünnəti və Əhli-beyt (ə) hədislərini kənara qoyur, Quranı şəxsi ağıl ilə təfsir etdiklərini iddia edirlər. Halbuki Qurani-Kərim bu düşüncəni açıq şəkildə rədd edir:
“O, Kitabı sənə nazil edən Odur. Onun bir hissəsi möhkəm ayələrdir – Kitabın əsasıdır. Digər hissəsi isə mütəşabihdir. Qəlblərində əyrilik olanlar fitnə salmaq və öz istəklərinə görə yozmaq üçün mütəşabih ayələrin ardınca gedərlər. Halbuki onların təvilini Allahdan və elmdə möhkəm olanlardan başqası bilməz. Onlar deyərlər: ‘Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir’. Bunu yalnız ağıl sahibləri anlayar.”
(Al-İmran, 7)
Beləliklə, Quran möhkəm ayələrin (möhkəmət) yanında elə mütəşabih ayələr də ehtiva edir ki, onların təvilini yalnız Allah və elmdə möhkəm olanlar bilirlər. Şübhəsiz ki, elmdə möhkəm olan şəxs o kəsdir ki, “Allahın vəlisi” olsun; ta ki, mütəşabih ayələrin təvili Uca Allah tərəfindən ona təqdim edilsin və o da onları insanlar üçün bəyan etsin. Amma elmdə möhkəm olanların kimlər olduğu da Qurani‑Kərimdə açıqlanmışdır:
«لَقَدْ مَنَّ اللَّهُ عَلَی الْمُؤْمِنِینَ إِذْ بَعَثَ فِیهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ یَتْلُو عَلَیْهِمْ آیَاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتَابَ وَالْحِکْمَةَ وَإِنْ کَانُوا مِنْ قَبْلُ لَفِی ضَلَالٍ مُبِینٍ؛
“Şübhəsiz ki, Allah möminlərə böyük bir lütf etdi; onların arasından özlərindən olan bir peyğəmbər göndərdi ki, onlara Allahın ayələrini oxusun, onları təmizləsin və onlara Kitabı və hikməti öyrətsin; halbuki onlar bundan əvvəl açıq‑aşkar azğınlıq içində idilər.”» (Ali‑İmran, 3)
Aydındır ki, bu mübarək ayəyə əsaslanaraq Qurani‑Kərimin ayələrinin insanlara öyrədilməsi İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) tərəfindən həyata keçirilir. Əslində, əgər peyğəmbərlərin Quranı və Allahın dinini insanlara izah etməsinə ehtiyac olmasaydı, elçilərin göndərilməsi mənasız olardı və mənasız iş isə Hikmət sahibi Allahdan uzaqdır.
İslam Peyğəmbəri (salləllahu əleyhi və alih) də təbliğin, irşadın və Quranın insanlara izahının davamlı olması üçün öz haqq xəlifələrini — yəni Əhli‑Beyti (əleyhimus-səlam) — Quranın yanında “kiçik əmanət” olaraq yadigar qoydu. Səhih “Səqəleyn” hədisinin də şahidliyi ilə bu iki əmanətə birlikdə sarılmağın nicat səbəbi olduğunu bildirdi; çünki onların hər birinə tək‑tək sarılmaq fayda verməz, əksinə insanı azğınlığa aparar.
Ustad Hüseyni Vərcaninin həyatının davamı.
Ustad Vərcani tədricən Heydər Əli Qələmdaranın əsərlərinə dərindən diqqət yetirməklə yanaşı, onun özü ilə də əlaqə qurdu və ona yaxınlaşdı.
O, altı il ərzində, hövzə dərslərini davam etdirməklə yanaşı, Qələmdaranla da vaxtaşırı elmi mübahisə və münazarələr aparırdı. Vərcani xatirələrində yazır:
“Təəssüf ki, zaman keçdikcə onun düşüncələri mənə təsir göstərdi və mən tədricən onun fikirlərinə meyilləndim. Əvvəllər ona qarşı olan müxalif mövqeyim dostluq və həmrəyliyə çevrildi.”
Seyyid Muhəmməd Təqi bu fikri azğınlıq prosesinin davamında Əbulfəzl Bürqei ilə tanış olur və onun kimi sələfi yönümlü düşüncə xəttində olan şəxslərin kitablarını da oxumağa başlayır. Bir müddət sonra bu cərəyanın aparıcı simalarının demək olar ki, bütün əsərlərini mütaliə etmişdi.
Quraniyyun və oxşar kitabların intensiv mütaliəsi nəticəsində Seyyid Muhəmməd Təqi elmi bazasını gücləndirir və bu azğın düşüncə sisteminin bütün əsaslarına tam şəkildə bələd olur.
Bir neçə il keçdikdən sonra o artıq bu azğın firqənin üzvü sayılırdı. Bu səbəbdən onu Vərcan kəndinin imam cüməsi vəzifəsindən azad etdilər. Bundan sonra bir müddət elə həmin Vərcan kəndində yaşadı. Bu hadisələrdən sonra o, ruhani libasını çıxardı və Tehrana köçdü.
Tehranda Mustafa Hüseyni Təbatəbai ilə tanış olur və onunla yaxın dostluq münasibətləri qurur. Mustafa Hüseyni Təbatəbai hicri-şəmsi 1314-cü ildə doğulmuş, Quraniyyun düşüncəsinin tərəfdarlarından biri idi. Vərcani uzun illər onunla dostluq edirvə onunla elmi mövzularda mübahisə və müzakirələr aparırdı.
Hüseyni Təbatəbai bu yolda onunla bir çox məsələlərdə ortaq mövqedə idi, yeni nəşr olunan kitabları ona tanıdır, bazara çıxan yeni əsərlər barədə məlumat verirdi. Əslində, Vərcani onun üçün fikri və elmi dayaq rolunu oynayırdı və onun düşüncələrinə ciddi təsir göstərirdi. Hətta bəzən Hüseyni Təbatəbainin çapından xəbərsiz olduğu kitabları belə ona tanıdırdı.
Hüseyni Təbatəbai olmadığı zamanlarda isə Seyyid Muhəmməd Təqi onun yerinə camaat namazını qıldırır və bu qrupun iclaslarını idarə edirdi.
Vərcani bu əlaqə barədə yazır: “Bu münasibət uzun illər davam etdi və biz 25 il ərzində dostluq və yoldaşlıq etdik.”
Seyyid Muhəmməd Təqinin ağlına belə gəlmirdi ki, illərlə etiqad etdiyi bu düşüncələrdən bir gün geri dönə bilər. O, bir çox insanlarla elmi debatlar aparır və heç vaxt geri addım atmırdı.
Lakin bir müddət sonra Tehranda haqq məzhəbə etiqad edən mömin şəxslər və alimlərlə qarşılaşır və tədricən zehnində bu sual yarandı ki, öz düşüncə və inanclarını yenidən nəzərdən keçirsin.
Bu mömin dostlarla apardığı etiqadi müzakirələr zamanı yavaş-yavaş öz əvvəlki yanlış inanclarını dərk etməyə başladı və əvvəlki fikirlərinin batil olduğuna əmin oldu. Bu, ilahi bir lütf idi ki, ona nəsib oldu.
Nəhayət, Tehrandakı mömin alimlər ona “əl-Ğarāt” kimi mötəbər kitablardan dəlillər təqdim etdilər və bu, hidayət qığılcımının qəlbində alovlanmasına səbəb oldu.
Ustad Vərcani geniş araşdırmalar apardıqdan sonra Hüseyni Təbatəbai ilə fikir ayrılığına düşür və onun fikirlərini tənqid edən risalələr yazır.
Həmçinin ondan nəql olunur ki, Əhli-beyt (ə) məktəbinin haqq olduğunu elmi şəkildə sübut etdikdən sonra iki sadiq (həqiqi) yuxu görür və bunları ilahi müjdə kimi qəbul edərək qəlbi arxayınlıq qazanır.
Seyyid Muhəmməd Təqi Vərcani xatirələrində yazır: “Mən təxminən 30 il Qələmdar, Bürqei və Təbatəbai ilə yaşamışam, onların fikir və əsərləri ilə tam tanışam. Özüm illərlə onlarla birlikdə olmuş, sonra isə dönüş yaşamışam. Buna görə dediklərim tam sübut və dəlilə əsaslanır. Kim istəsə, müvafiq kitabları təqdim etməyə hazıram və bu sahədəki bütün suallara cavab verməyə hazıram. Ümid edirəm ki, Allah bizə Onun razı olduğu yolda addımlamaq nəsib etsin.”
Ustad Hüsеyni Vərcani-nin bəzi məqalələri onun şəxsi bloqunda və “Quraniyyun” adlı veb-saytda yayımlanmışdır.
Nəhayət, bu müdrik alim, uzun illər elmi mübarizədən sonra şəmsi təqvimi ilə 1398-ci ilin İsfənd ayında Allahın dərgahına qovuşdu və şiə aləmini böyük bir itki ilə üz-üzə qoydu. Allah-Taala bu böyük şəxsiyyətin dərəcəsini uca etsin.
Dek 22 2025
Seyyid Muhəmməd Təqi Hüseyni Vərcani kimdir?

By azari • Hidayət olanların hekayələri 0 • Tags: #Iman #günah #eşq, #islam #din #quran #allah #axirət #mömin #əhli_beyt, #muhəmməd_mustafa #islam_peyğəmbəri #son_peyğəmbər, #tövhid #şirk #allah, #vahhabi #şiə #sünni #imam_əli