Bu əsər müəllifin ərəbcə yazdığı kitablardan biridir. İndiyə qədər urdu, fars, türk dillərinə tərcümə edilərək çap olunmuşdur. Biz də bunu azəri türkcəsinə çevirdik.
İMAM HÜSEYNİN (Ə) HƏZRƏT MEHDİ (Ə.F) HAQQINDA
İslam hədisləri araşdıranların hər birinə yaxşı məlumdur ki, xatəmən-nəbiyyin Həzrət Mühəmməd (s) adamları dinə dəvət etməyə başlarkən onları belə müjdələmişdir: «Müşriklər istəməsə də Allah-Taala öz dinini bütün dinlərə qalib çıxaracaqdır». Sonra Həzrət Peyğəmbər bu müjdəsini açıqlayaraq bildirmişdir ki, adı mənim adım, künyyəsi mənim küniyyəm olan bir nəfər zühur edəcək, zülm və təcavüzlə dolu olan dünyanı bərabərlik və ədalətlə idarə edəcəkdir. Bu şəxs Mehdidir (ə.f). Bu mövzuda bir çox kitablar yazılmışdır. Onların müəllifləri şiələrin və sünnilərin ən görkəmli alimləridir. Həzrət Rəsulullahdan (s) sonra onun əshabının və Əhlibeytindən olan məsum imamların dövründə də adamların bu mövzu ətrafında düşündüklərini bilirik. Məsum imamlardan (ə) və Həzrət Rəsulullahın (s) əshabından İmam Mehdinin (ə.f) xasiyyəti, əxlaqı, əzəməti, qeyb olması və zühur əlamətləri haqqında nəql edilən rəvayət buna parlaq misaldır. İmam Mehdi (ə.f.) barəsindəki hədisləri toplayarkən mənə aydın oldu ki, onun haqqında ən çox hədislər İmam Hüseynə (ə) məxsusdur. Həzrət İmam Hüseyn (ə)-ın mövzudakı hədisləri babası Həzrət Mühəmmədin (s) və atası Həzrət Əlinin (ə) söylədiklərindən belə çoxdur. Bunların hamısı şiə və sünni qaynaqlarında vardır.
Avq 2 2024

By azari • Şiə kitabxanası 0